Qaçaq Nəbinin 170 illiyinə həsr
olunmuş kitab nəşr
edilib
170 illiyi bu il tamam olan xalq qəhrəmanı
Qaçaq Nəbinin adı bir əsrdən
çoxdur ki, Quzey və Güney
Azərbaycanda, Anadolu ellərində sevgi ilə anılır. Yazılı
və şifahi ədəbiyyatımızda şəninə
ən çox xalq mahnısı, qoşma, dastan, roman, povest, pyes, hekayə,
poema, şeir, bədii film həsr edilən qəhrəmanımız
Qaçaq Nəbidir.
"Zəngəzur" Cəmiyyətləri
İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə
doktoru Hacı N?rimanoğlunun yenicə çapdan çıxan "Qaçaq
Nəbi tarixd?, elmi, yazılı v? şifahi ?d?biyyatda, inc?s?n?td?" monoqrafiyasında həm də bunun gerçək
səbəbləri də
aydın görünür.
Azərbaycan xalqının
milli azadlıq hərəkatı və qəhrəmanlıq tarixində
xüsusi yeri olan, 20 ildən çox rus çarizminin işğalçılıq
siyasətinə, bu imperiyanın əlaltısı
olan nankor, xəyanətkar erməni hampalarına, sapı özümüzdən olan
zalım xan, zülmkar bəylərə
qarşı silahlı
partizan mübarizəsinin
başında duran Qaçaq Nəbiyə, dəstəsinə və ən yaxın silahdaşı, vəfalı
ömür-gün, əqidə
yoldaşı qaçaq,
qoçaq Həcər
xanıma həsr olunmuş kitabda Azərbaycan, Rusiya, Gürcüstan, İran və Türkiyə mənbələrinə, sənədlərə,
arxiv materiallarına, tədqiqatçı alimlərin
əsərlərinə istinadla
Qaçaq Nəbi mübarizəsinin həqiqi
mahiyyəti, əsas qayəsi, real tarixi xronikası oxuculara çatdırılıb. Kitabda bu
mübarizənin xalq yaddaşında, incəsənətimizin
müxtəlif növlərində,
folklorumuzda, ədəbiyyatımızda
bədii inikasını
əks etdirən xeyli nümunələrə
də yer ayrılıb. Çoxsaylı
faktlarla diqqətə
çatdırılıb ki,
Qaçaq Nəbi, Qaçaq Həcər həyatlarını xalqın
azad yaşamasına həsr ediblər, zülmə, ətalətə
və ədalətsizliyə
boyun əyməyiblər,
xalq da illərlə
onlara arxa, dayaq olub, bütün
təhlükə, təzyiqlərə
baxmayaraq, özlərini,
ailəsini, qaçaq
dəstəsinə qoşulanları
düşmən əlinə
keçməkdən qoruyub
saxlayıblar.
2021-ci ildə sevilən xalq qəhrəmanımız
Qaçaq Nəbinin anadan olmasının 170 ili, xəyanətlə qətlə yetirilməsinin
125 ili həm də 2020-ci il sentyabrın 27-də başlanıb
44 gün davam edən Vətən müharibəsində Qaçaq
Nəbinin və Qaçaq Həcərin dünyaya göz açdığı Şərqi
Zəngəzur elləri,
o cümlədən, qəhrəmanların
doğulduğu Qubadlı
torpağı 25 oktyabr
2020-ci ildə işğal,
girovluqdan qurtuluşu ilə üst-üstə düşür. Müzəffər
Azərbaycan Ordusu bu savaşda ölkəmizin 20 faiz torpaqlarını 28 illik əsirlikdən azad etməklə bərabər,
qanlı döyüşlərdə
qazandığı qələbə
ilə xalqımızın
milli mənliyinin, heysiyyətinin tapdanmasına
da son qoyub, milli şərəf və qürurunu da özünə qaytarıb, ucaldıb, sübut edib ki, Nəbilər, Həcərlər yetirən
torpaq yağı tapdağında əbədi
qala bilməz. Qaçaq Nəbinin, qoçaq Həcərin düşmənə boyun
əyməyən misilsiz
qəhrəmanlıqlarla dolu
fədakar mübarizəsi
də bu müqəddəs savaşda
əsgər və zabitlərimizə mənəvi
dayaq, örnək, nümunə olub. Onların çox sayda həmyerlisi, qan qohumları da dədə-baba torpaqlarımızın
azad olunması uğrunda gedən döyüşlərin önündə
mərdlik, cəsarət,
şücaət nümunəsi
göstərib, bir çoxu şəhid və qazi olub,
dövlətimizin ən
yüksək təltiflərinə
layiq görülüb.
Kitab Qaçaq Nəbi, Qaçaq Həcərin timsalında xalqımızın
azadlığı, müstəqilliyi,
torpaqlarımızın bütövlüyü
uğrunda yadellilərə
qarşı savaşlarda
canlarını fəda
etmiş igid vətən övladlarının,
şəhidlərimizin, qazilərimizin
əbədiyaşar xatirəsinə
həsr olunub.
Qeyd edək
ki, kitab AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilib.
"Mütərcim" nəşriyyatında
çıxan 208 səhifəlik
kitabın elmi redaktoru AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, rəyçisi
AMEA Tarix İnstitutunun
icraçı direktoru,
professor Cəbi Bəhramov,
məsləhətçiləri "Akademkitab"ın direktoru,
professor Əliağa Cəfərov və yazıçı-jurnalist Dostəli
Abdullayevdir.
Nəşrin üz səhifəsində
verilən aforizm də düşündürücüdür:
"Tarixinə, tarixi
şəxsiyyətlərinə sahib çıxmayan xalq məhvə məhkumdur".
Kitab həm də zaman-zaman xalqın sevdiyi, dəyər-qiymət
verdiyi tanınmışlarımıza
çamur, böhtan, iftira atan bəzi
"hərşeyşünas"larımıza
da cavabdır.
Elə kitabın başlıq, mövzu düzümü də Qaçaq Nəbi və Həcər xanımın
həyat, mübarizə
tarixinin miqyası barədə aydın təsəvvür yaradır;
"Qaçaq" kimlərə
deyilir, Qaçaq Nəbinin həyatı, mübarizəsi tarixi mənbələrdə, Nəbinin
fiziki görkəmi, əxlaqı, Qaçağı
el saxlar, Nəbinin həbsdən iki qaçışı, Qaçaq
Nəbi mübarizəsinin
əsas hədəfi işğalçı rus
çarizmi idi, 3 rus və 1 fars
generalı Nəbiyə
qarşı, Peterburqdan
xəfiyyə generalının
gəlişi, Qaçaq
Nəbi xəyanətkar
ermənilərin qənimi
idi, Mehdini ermənilərin öldürməsi,
Nəbinin intiqamı,
Novruz bayramında sui-qəsd, Nəbinin İranda xəyanətlə
qətli, Həcəri
özündən ay qoçaq
Nəbi, Qaçaq Nəbi elmi tədqiqatlarda, Qaçaq Nəbi kinoda, musiqidə, heykəltaraşlıq
və rəssamlıqda,
Qaçaq Nəbi və qoçaq Həcər Türkiyə
mənbələrində, Qaçaq
Nəbinin Türkiyə
variantı, Qaçaq
Nəbi Güney Azərbaycanda, Bəhlul Behcət və onun "Qaçaq Nəbi" əsəri, Nəbi-Həcərin kəndi,
ailəsi, soy-kökü,
törəmələri, Qaçaq
Nəbi, Qaçaq Həcər obrazı nəsrimizdə, Qaçaq
Nəbi - Həcər
obrazı şeirimizdə,
Qaçaq Nəbi və Qoçaq Həcərə həsr edilmiş xalq nəğmələri, qoşmalardan
seçmələr, Qaçaq
Nəbi-Həcər yurdunun
şəhid
övladları və
s.
Kitab xalq qəhrəmanlarımız
haqqında yazılmış
ən populyar əsərlərdən biri
olan tanınmış
yazıçı Cəlal
Bərgüşadın "Bozatın belində" romanından epiqrafla açılır: "Dünyada
mənə elə bir igid göstərin
ki, iyirmi bir il el-obasından
didərgin düşüb,
öz ömür-gün
yoldaşı ilə qaranlıq mağaralar da, qalın meşələrdə, qarlı
dağlarda məskən
salmış olsun. Dünyada mənə elə bir cəngavər göstərin ki, at belində yaşa dolub, at belində vuruşsun; at belində qocalıb, at belində həlak olsun. Belə bir xalq
qəhrəmanına və
onun özündən
qoçaq can yol daşına bəstələnən
el nəğmələri bir
vaxt anamın laylasına qarışıb
mənim də beşiyimə axmışdır.
İndi bu nəğmələri mən öz sə simlə oxumaq istəyirəm".
Tariximizə, xalq qəhrəmanlarımızın
şərəfli ömür
yoluna ayna tutan Qaçaq Nəbi - Qaçaq, Qoçaq Həcər haqqında bu kitab da eyni
sevgi ilə yazılıb.
Qubadlının işğaldan
azad edildiyi günlərin
ildönümündə çıxan Qaçaq
Nəbi ünvanlı kitabın ilk
nüsxələri "Zəngəzur" Cəmiyyətləri
İctimai Birliyi
adından Vətən müharibəsi şəhidlərinin
ailələrinə hədiyyə ediləcək.
525-ci qəzet.- 2021.- 23 oktyabr.- S.17.