Qarabağa kitabla gedək kampaniyası davam edir

 

Oktyabr ayının 22-dəAzərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyiQarabağa kitabla gedək”kitabtoplama kampaniyasına ADA Universitetinin kitabxanası da qoşuldu.

 

525.az xəbər verir ki, ADA  Universiteti kitabxanasının direktoru Elçin Məmmədov ilk öncə Mədəniyyət NazirliyiMilli Kitabxananın birgə təşkil etdiyi bu kitabtoplama kampaniyasını çox mütərəqqi bir layihə kimi qiymətləndirib. O, bildirib ki, ADA Universiteti kitabxanası olaraq belə ümumbəşəri bir layihədə iştirak etməkdən çox məmnunuq. Və kitabxana olaraq 754 adda 1257 nüsxə ədəbiyyatı “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində Milli Kitabxanaya təqdim edirik. Sonra o, vurğulayıb ki, inanırıq ki, tezliklə toplanan bütün kitablar Qarabağda bərpa olunacaq kitabxanalara göndəriləcək və oxucular bu ədəbiyyatlardan yararlanacaqlar. Son olaraq o, hər bir azərbaycanlınıbu nəcib təşəbbüsə qoşulmağa dəvət etdi.

 

525-ci qəzet.- 2021.- 23 oktyabr.- S.13.