"Təhsilə, elmi tədqiqatlara yatırılan investisiyalar çox önəmlidir"

 

Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, güclü kadr potensialının formalaşdırılması baxımından Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın da əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsinə nail olmaqdır.

 

Bu gün Azərbaycanda ölkənin ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram sayəsində xaricdə təhsil alan fəlsəfə doktoru dərəcəsi olan yüksək ixtisaslı kadrlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Bu yolla da Azərbaycanın ali təhsil müəssisələrinın kadr potensialı gücləndiriləcək. Ölkənin gələcək inkişaf prioritetlərini özündə əks etdirən proqram çərçivəsində artıq bir qrup azərbaycanlı gənc doktorantura təhsilini müvafiq xarici ali təhsil müəssisələrində davam etdirmək hüququ qazanıb.

 

Dövlət Proqramı çərçivəsində Kanadanın Alberta Universitetində "Süni intellekt" ixtisası üzrə doktorantura təhsili (PhD) almaq şansı qazanan gənclərdən biri Şahin Atakişiyevdir.

 

Ş.Atakişiyev 1993-cü ildə Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. 2010-cu ildə adıçəkilən kənd tam orta məktəbini bitirib. Eyni ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında 645 bal toplayaraq Qafqaz Universitetinin (Bakı Mühəndislik Universiteti) "Kompüter mühəndisliyi" (ingilis dilində) bölümünə qəbul olub. 2015-ci ildə Kanadanın Alberta Universitetindən qəbul təklifi alaraq 2016-cı ilin yanvarından 2018-ci ilin yanvarına qədər burada "Proqramlaşdırma mühəndisliyi intellektual sistemlər" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2019-cu ilin sentyabrında isə Alberta Universitetinin təqaüdünü qazanaraq Kompüter Elmləri Departamentində "Süni intellekt" ixtisası üzrə doktorantura təhsilinə başlayıb. 2020-ci ilin mayında  "2019-2023 Dövlət Proqramı"na qəbul olunub. Həmçinin, 2020-ci ilin mayında doktorantura tədqiqatı üçün Kanadanın "Huawei Technologies" şirkətinin üçillik dəstəyini (Huawei Doctoral Fellowship) qazanıb. Bu müddətdə il yarıma yaxın Kanadada iki texnologiya şirkətində süni intellekt mühəndisi kimi çalışıb.

 

Ş.Atakişiyev deyir ki, təhsilə, elmi tədqiqatlara yatırılan investisiyalar çox önəmlidir bu baxımdan xaricdə təhsil üzrə Dövlət Proqramının bizlərə çox böyük faydası var. Bu proqram yüzlərlə gəncə dünyanın ən nüfuzlu universitetlərində təhsil almağa kömək edir gənclərin bütün diqqətini təhsilə ayırmalarına imkan yaradır: "Təhsilə yatırılan investisiyanın ölkənin gələcəyinə, sosial iqtisadi inkişafına töhfə verən ən önəmli məsələlərdən biri olduğuna tam şəkildə inanıram. Dövlətin təhsilə göstərdiyi dəstəyi təqdir, proqramdan çox sayda gənclərimizin yararlanmasını arzu edirəm. Bu gənclərin təhsili, dünyagörüşü təcrübələrilə həm ölkə daxilində xidmətləri ilə, həm xaricdə ən yüksək səviyyədə ölkəmizi təmsil edəcəklərinə inamım böyükdür".

 

Onun sözlərinə görə, Alberta Universiteti Kanadanın dünyanın ən aparıcı, yüksək reytinqli universitetlərindən biridir hazırda universitetdə 40 min tələbə təhsil alır. Universitet elmi-tədqiqatlara çox üstünlük verir burada tələbə professorların ən üst səviyyədə tədqiqatlar aparması üçün hər cür imkan laboratoriyalar var. Sadə nümunə göstərsək, 2020-ci il tibb üzrə Nobel mükafatına Alberta Universitetindən professor Maykl Hauton layiq görüldü: "Doktorantura üzrə tədqiqat layihəm avtonom (sürücüsü olmayan) nəqliyyatlar üçün təhlükəsiz izah edilə bilən süni intellekt qeyri-səlis məntiq metodları hazırlamaq bu metodları real həyatda tətbiq etməkdən ibarətdir. Hazırda sürücüsü olmayan nəqliyyatlar üzrə araşdırmalarda çox böyük irəliləyişlər var. Hətta bir sıra inkişaf etmiş ölkələrdə pilot layihə olaraq yollarda hərəkət edən avtonom maşınları görə bilərik. Bununla belə, avtonom nəqliyyatların iştirakı ilə bir sıra yol hadisələri da olur ki, bu da bəzi hallarda onların süni intellektlə işləyən idarəetmə sistemindəki xətalardan dolayı baş verir. Ona görə bu növ sistemlərin süni intellekt əsaslı proqram təminatının daha da təhlükəsiz olmasına sistemin kritik anlardakı qərarlarını izah edə bilməsinə ehtiyac vardır. Bizim tədqiqatımızda da əsas istiqamət anlaşıqlı süni intellekt sistemi hazırlayaraq avtonom nəqliyyatları daha da təhlükəsiz etməkdir ki, bu da yol qəzalarını minimuma endirə insanların həyatını xilas edə bilər".

 

Ş.Atakişiyev bildirib ki, bir çox inkişaf etmiş ölkələrin, o cümlədən, Kanadanın təhsil sisteminə nəzər yetirsək, burada universitetlərdə professor tələbələrin tədrislə yanaşı, tədqiqatlara da çox zaman ayırdığını müşahidə edirik. burada ən önəmli məsələlərdən biri belə ölkələrdə dövlət universitetlərin elm sahəsində işləyən insanlara lazımi elmi maddi dəstəyi göstərməsidir. Aktual önəmli bir sahə olması baxımından süni intellekt tədris tədqiqat sahəsi kimi təhsil sistemimizə ali təhsil müəssisələrimizə çox böyük fayda verə bilər. Məsələn, tərəfdaş ali təhsil müəssisəsində Süni İntellekt Laboratoriyası quraraq həm akademik, həm sənaye yönümlü tədqiqatlarla  dünya universitetləri arasında nüfuzunun artmasına, həm tədqiqat nəticələrinin sənaye, iqtisadiyyat, istehsalat, idarəetmə, tibb s. kimi sahələrdə real problemləri həll edərək ölkəmizin inkişafındakı töhfəsinə nail ola bilərik.

 

Ş.Atakişiyevin dediyinə görə, Alberta Universiteti demək olar burada magistr doktorantura səviyyələrində tədqiqat aparan bütün tələbələri maliyyələşdirir, onların təhsil haqqını ödəyir həmçinin, tələbələri aylıq yaşayış xərcləri ilə təmin edir. Məsələn, hazırda işlədiyim tədqiqat universiteti tələbələri 2019-cu idən başlayaraq 2024-cü ilə qədər 5 illik maliyyələşdirir. Bundan əlavə, tələbələr konfranslarda öz tədqiqat işlərini təqdim etməyə gedəndə universitet bütün səfər xərclərini ödəyir. Həmçinin, universitetdə tələbələr sahələri üzrə bütün elmi jurnalların konfransların materiallarını rahat şəkildə əldə edə bilir. Burada ən çox xoşa gələn cəhətlərdən biri insanların daim yeniliyə, innovasiyaya, öyrənməyə meyilli olmasıdır. Universitet innovativ ideyası olan insanları hər zaman cəlb edərək onları elmi praktiki ideyalarını həyata keçirmək üçün hər cür imkanla təmin edir. Bundan əlavə, universitet daim böyük sənaye, texnologiya şirkətləri ilə sıx münasibətdə olur, tələbələrin bu şirkətlərdə istər təhsil aldıqları dövrdə təcrübə keçməsinə, istərsə məzuniyyətdən sonra tam stajlı işçi kimi işləməsinə köməklik göstərir. Həmçinin, bu şirkətlər onların tədqiqatını da maliyyələşdirə bilir. Ona görə Alberta Universitetində tədqiqatçı tələbə kimi işləməyin, istər tələbələrin gələcəkdə universitetlərdə, tədqiqat institutlarında, istərsə sənaye sahəsində çalışmasına yol açması baxımından çox müsbət tərəfləri var.

 

O vurğulayıb ki, 2021-ci ilin sentyabrından başlayaraq ənənəvi tədris bərpa olunub, universitetin həm inzibati, həm də akademik heyəti, yəni tələbələr, tədqiqatçılar, professorlar universitetə gələrək ənənəvi formada dərslərini davam etdirirlər, bəzi dərslər isə həm də onlayn formatda keçir. Beləliklə, hazırda təhsil hibrid formatda - həm ənənəvi, həm də onlayn formada davam edir: "Müntəzəm olaraq universitetdə laboratoriyamıza gedərək tədqiqat işimi davam etdirirəm".

 

Ş.Atakişiyevin söylədiyinə görə, o, qarşıdakı üç ildə doktorantura tədqiqatını ən üst səviyyədə davam etdirib avtonom nəqliyyatların süni intellekt sisteminin daha da təhlükəsiz və qərarlarını şəffaf şəkildə izah edə bilməsinə, əldə edilən nəticələrin ən önəmli elmi jurnallarda dərc olunmasına nail olmaq istəyir: "İnsan mərkəzli, şəffaf və etik Süni İntellekt və Qeyri-Səlis Məntiq sahəsi bu günün və gələcəyin elmidir. Ona görə də bundan sonra da universitetya elmi-tədqiqat mərkəzlərində sahəm üzrə tədqiqatları davam etdirmək, laboratoriyamı qurmaq və gənclərimizi buraya dəvət edərək onlarla bərabər, ölkəmizə və dünyaya fayda verəcək layihələr üzərində çalışmaq istəyirəm".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2021.- 26 oktyabr.- S.11.