Akademik İsa Həbibbəylinin
məqaləsi Tatarıstan EA-nın elmi
jurnalında işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik İsa Həbibbəylinin “Azərbaycan
ədəbiyyatını dünyaya
tanıdan xəzinə:
Nizami Gəncəvinin
“Yeddi gözəl”i” adlı məqaləsi Rusiya Federasiyasının Tatarıstan Elmlər Akademiyasının “Ôәííè Òàòàðñòàí” (“Elmi Tatarıstan”) elmi jurnalında dərc edilib.
525.az xəbər verir ki, Tatarıstan EA Qalimjan İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutu
tərəfindən hazırlanmış
nəşrin “Türk
xalqları ədəbiyyatı”
rubrikası altında
çap olunmuş məqalədə dahi şair Nizami Gəncəvinin yaradıcılığı
və Azərbaycan ədəbiyyatının ən
dəyərli nümunələrindən
olan “Yeddi gözəl” poeması haqqında ətraflı məlumat verilir.
Məqalədə qeyd edilir ki,
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” kimi qeyd olunması haqqındakı Sərəncamı
görkəmli sənətkarın
həyatı və yaradıcılığının müstəqil dövlətçilik
ideallarının işığında
yenidən tədqiq və təbliğ edilməsi vəzifəsini
irəli sürür. Nizami Gəncəvini
dünyada Azərbaycan
şairi kimi tanıtmaq, əsərlərindəki
ədalət və humanizm ideyalarını ölkəmizdə və beynəlxalq aləmdə təbliğ etmək elmimizin və ictimai fikrimizin qarşısında yeni üfüqlər açır.
Dahi şairin “Xəmsə”si haqqında söz açan akademik İsa Həbibbəyli məqalədə “Yeddi gözəl” əsərinin
dünya ədəbiyyatında
yeri və ideya-bədii xüsusiyyətlərindən
bəhs edərək bu qiymətli əsəri “Azərbaycan ədəbiyyatının gözəli”
kimi dəyərləndirir.
Qeyd edək ki,
“Ôәííè Òàòàðñòàí” elmi jurnalı
Tatarıstan Respublikası Elmlər Akademiyası tərəfindən
təsis olunub və görkəmli türkolq alim Kim Minnullinin baş redaktorluğu ilə
tatar dilində işıq üzü
görür.
525-ci qəzet.- 2021.- 26 oktyabr.- S.9.