Tanınmış folklorşünas alim Nizami Muradoğlu
vəfat edib
Tanınmış folklorşünas alim, şair-publisist, AMEA Folklor
İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin
baş elmi işçisi, filologiya elmləri doktoru Nizami Muradoğlu (Məmmədov) vəfat edib.
AMEA Folklor İnstitutundan
“Report”a verilən məlumata görə, o,
66 yaşında dünyasını
dəyişib.
Nizami Murad oğlu Məmmədov 1955-ci il aprel ayının 2-də Naxçıvan
Muxtar Respublikasının
Ordubad rayonunun Əylis kəndində anadan olub. 1972-1976-cı illərdə akademik Y.Məmmədəliyev adına Naxçıvan
Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat
fakültəsində Azərbaycan
dili və ədəbiyyatı ixtisası
üzrə təhsil alıb.
1976-cı ilin oktyabr
ayından 1977-ci ilin noyabr ayınadək hərbi xidmətdə olub.
1978-1986-cı illərdə Naxçıvan MR-da komsomol təşkilatlarında,
1987-1994-cü illərdə təhsil sahəsində çalışıb.
1994-cü
ilin may ayından
1996-cı ilin noyabrınadək
Ordubad rayon icra hakimiyyətində icra başçısının müavini,
1996-cı ilin noyabr ayından 2002-ci ilin aprel ayınadək icra başçısı
vəzifəsində işləyib.
N.Muradoğlu (Məmmədov) 2010-cu ilin noyabr ayından AMEA Folklor İnstitutuna elmi işçi vəzifəsinə qəbul
edilib. 2013-cü ildə “Məmməd Araz yaradıcılığında
folklor motivləri” mövzusunda filologiya üzrə fəlsəfə
doktoru dissertasiyasını
müdafiə edib.
2016-cı ildə folklorşünaslıq
ixtisası üzrə
dosent elmi adını alıb.
2019-cu ildə “Müstəqillik
dövrü Azərbaycan
şeiri və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə
layiq görülüb.
2021-ci ildən AMEA Folklor
İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin
baş elmi işçisi kimi fəaliyyət göstərən
Nizami Muradoğlu Azərbaycan Yazıçılar
və Jurnalistlər birliklərinin üzvü
idi. O, 20 kitab, 100-dən artıq
elmi məqalə müəllifi olub.
N.Muradoğlu “Qızıl qələm”,
“Vətən-media”, “Həsən
bəy Zərdabi” mükafatları laureatı
idi.
Allah rəhmət eləsin!
525-ci qəzet.- 2021.- 26 oktyabr.- S.16.