“8 Noyabr – Zəfər Günü” adlı metodik
vəsait təqdim
olunub
44 gün sürən hərbi əməliyyatlar
nəticəsində müzəffər
Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan
xalqının tarixində,
mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini,
Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini,
Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox
kəndlərini, Tərtər
rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri
daxil olmaqla, ümumilikdə, 300-dən çox
yaşayış məntəqəsini,
həmçinin Ağdərə,
Murovdağ və Zəngilan istiqamətlərində
mühüm strateji yüksəklikləri işğaldan
azad etdi.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini
təmin edən mühüm amillərdənsayılır. Ulu əcdadlarımızın
zəngin dövlətçilik
və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı
qəhrəmanlıq salnaməsi
yazaraq, özünün
qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən
üzərində tarixi
zəfər çaldı.
525.az xəbər verir ki, ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər
Gününün təsis
edilməsi haqqında”
Sərəncamına və
Mədəniyyət Nazirliyinin
Tədbirlər Planına
uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən
“8 Noyabr – Zəfər
Günü”adlı metodik
vəsait hazırlanıb.
Metodik vəsaitdə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi haqqında
qısa məlumat, “Azərbaycan Respublikasında
Zəfər Gününün
təsis edilməsi haqqında” və “Bakı şəhərində
Vətən müharibəsi
memorial kompleksinin və
Zəfər muzeyinin yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamları,
həmçinin, kitabxanalarda
8 Noyabr – Zəfər Günü iləbağlı
tədbirlərin keçirilməsi
haqqında metodik tövsiyələr verilmişdir.
Vəsaitdə həmçinin
“10 noyabr 2020-ci il tarixindəAzərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin xalqa müraciəti”, işğaldan
azad olunmuş şəhər, qəsəbə
və kəndlərimizin
siyahısı və digər məlumatlar öz əksini tapıb.
525-ci qəzet.- 2021.- 27 oktyabr.-
S.21.