Əlizadə Nurinin "Su notu"
Şair,
Prezident təqaüdçüsü Əlizadə
Nurinin bu günlərdə "Su notu"
adlı yeni kitabı çapdan çıxıb. "Gənclik" nəşriyyatında
çapdan çıxan
kitabda şairin son dövr yaradıcılığını
əhatə edən şeirlər yer alıb.
Qeyd edək
ki, "Su notu" Əlizadə Nurinin oxucularla səkkizinci görüşüdür. Şairin
bundan öncə
"Pəncərəmdə ağlayan yağış",
"Tanrı, gəl tanış olaq",
"Durna lələyidi
bu yağan yağış", "Tənha
şamın kölgəsi",
"Bir eşqin xatirə muzeyi", "Ulduzların göz yaşı" və
"Şeirlə dolu
şəhər" adlı
şerlər kitabı
çap olunub.
Kitabın ön söz müəlliflərindən olan
Xalq yazıçısı,
Azərbaycan Yazıçılar
Birliyinin sədri Anar qeyd edir
ki, Ə.Nuri özünün səmimi
obrazlarla zəngin şeirləri ilə müasir şairlər sırasında layiqli yer tutur.
Kitabda Ə.Nuriyə
həsr olunan şeirlər, rus dilinə və rus dilindən tərcümə edilmiş
əsərlər yer alıb.
S.QARAYEVA
525-ci qəzet.- 2021.- 27 oktyabr.- S.24.