Vidadi Babanlıdan "Sabaha ismarıc"
Tanınmış yazıçı, Əməkdar
incəsənət xadimi
Vidadi Babanlının
yeni - "Sabaha ismarıc" adlı romanı çapdan çıxıb. Roman "Elm və təhsil" nəşriyyatında çap
olunub.
Kitabın ön söz müəllifi akademik Nizami Cəfərov yazır ki, V.Babanlı XX əsrin ortalarından başlayan genişmiqyaslı, eləcə
də dərin ictimai-mənəvi problemlər
qaldıran yaradıcılığı
ilə əsrin sonlarına doğru Azərbaycan ədəbiyyatının
canlı klassikinə çevrilib, həm poeziyası, həm nəsri, həm də dramaturgiyası ilə xalqımızın
arzularının, ideyalarının
keşiyində durmağın
örnəklərini təqdim
edib. Yazıçının "Vicdan susanda"
romanı yalnız müəllifinə deyil, bütövlükdə onun
mənsub olduğu ədəbiyyata böyük
şöhrət qazandırıb.
Qeyd olunur ki, keçən
əsrin səksəninci
illərinin sonu, doxsanıncı illərinin
əvvəllərində Sovetlər
Birliyinin dağılması
ilə ölkəmizdə
vüsət almış
milli azadlıq hərəkatı kontekstində
baş verən hərc-mərclik, özbaşınalıq
meylləri, etiraf etmək lazımdır ki, bizim ədəbiyyatımıza
- nə poeziyamızda,
nə nəsrimizdə,
nə də dramaturgiyamızda hələ
lazımi dərinlikdə
araşdırılmayıb. Odur ki, görkəmli yazıçımız - şair,
nasir və dramaturqumuz Vidadi Babanlının "Sabaha
ismarıc" romanı
ilk növbədə öz
tematikası baxımından
ciddi maraq doğurmaya bilməz.
Qiymətli bir ədəbi
hadisə olaraq "Sabaha ismarıc"ı fərqləndirən bir əlamət də odur ki, doxsanın
arxasını yerə
vurub yüzə doğru inamla addımlayan yazıçı
bu romanı əlinə qələm alıb yazmayıb, dahi sələfi Dədə Qorqud kimi sinədən deyib. Bəlkə də, ona görədir
ki, romanda "Dədə Qorqud" böylarının ruhu, bəy ərənlərin
sarsılmaz iradəsi
var..."
SEVİNC
525-ci qəzet.- 2021.- 27 oktyabr.- S.24.