Azərbaycan-Fransa əlaqələrinin açılmamış səhifələri

 

 

Bu günlərdə peşəkar jurnalist, tədqiqatçı-alim, AzərTAC-ın iyirmi ilə yaxın Fransada xüsusi müxbiri işləmiş filologiya üzrə fəlsəfə doktoru Əsgər Əliyevin "Azərbaycan Fransa mətbuatında" kitabı çapdan çıxıb. Kitabın ön sözünün müəllifi akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru Abid Tahirlidir.

 

Kitabda Azərbaycan ictimaiyyətinə məlum olmayan arxiv sənədləri üzə çıxarılıb, tədqiqatçı-jurnalist peşəkarlığı ilə həmin materiallar diqqətlə təhlildən keçirilib. Kitabı dəyərləndirən əsas cəhət müəllifin Azərbaycan-Fransa ədəbi əlaqələrinə yeni töhfə sayıla biləcək bir çox qaranlıq səhifələrə aydınlıq gətirməsidir.

 

Kitabda iyirmi  ildən artıq Azərbaycan  ədəbiyyatı  mətbuatı haqqında Fransada  nəşr olunan jurnal məcmuələrdə bir-birindın maraqlı məqalələr çap etdirən fransız şərqşünası Lüsyən Buva, həmçinin, fədakar istiqlalçı, Azərbaycan Demokratik Cümhuriyyətinin ilk parlament sədri Əlimərdan bəy  Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransında iştirak etmək üçün Azərbaycan nümayəndə  heyətinin tərkibində Fransaya gedən Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra həmişəlik qürbətdə  yaşamaq  məcburiyyətində  qalmış Miryaqub Mehdiyev, eləcə görkəmli ictimai-siyasi xadim, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri Ceyhun bəy Hacıbəylinin mühacir həyatı fəaliyyəti barədə müfəssəl məlumatlar toplanıb.

 

 

 

Əsgər Əliyev Miryaqub Mehdiyev Əlimərdan bəy Topçubaşov, eləcə Fransadakı azərbaycanlı mühacirlərlə bağlı zəngin arxiv sənədlərini toplayıb Azərbaycana gətirməkdə əvəzsiz xidmətləri olan Ramiz Abutalıbov, M.Mehdiyevin Fransadakı fəaliyyətindən bəhs edən Vilayət Quliyev, Nasiman Yaqublu, Ədalət Tahirzadə kimi alimlərin, araşdırıcı Dilqəm Əhmədin kitab məqalələrini lazımınca dəyərləndirməklə yanaşı, özü tərəfindən aşkarlanan bir çox materialları tədqiqata cəlb edib.

 

Miryaqub Mehdiyevlə bağlı bir fakt da kitabda yer alıb. O da Miryaqub Mehdiyevin Monpelye Universitetində doktorluq dissertasiyası  müdafiə etməklə bağlıdır. Kitabdan oxuyuruq:

 

"Miryaqub Mehdiyev "SSRİ- milli məsələ" mövzusunda dissertasiyasını vaxtından əvvəl bitirib Müdafiə Şurasına təqdim edib.  Şura üzvləri əsəri yüksək qiymətləndirib M.Mehdiyevə hüquq elmləri doktoru elmi dərəcəsinin verilməsinə yekdilliklə razılıq veriblər.

 

Müzakirəyə yekun vuran müdafiə  şurasının sədri bildirib ki, dissertasiyasının fəlsəfi tərəfi o qədər  güclüdür ki, mövzu hüquq elminə həsr olunmasaydı, biz müəllifin fəlsəfə elmləri doktoru alimlik dərəcəsinə layiq görülməsinə tərəddüd etmədən, məmnuniyyətlə səs verərdik".

Bu sözlər hər bir təəsübkeş Azərbaycan oxucusunda haqlı qürur iftixar hissi doğurur.

 

Kitabda diqqət çəkən məsələlərdən biri M.Mehdiyevin 1933-cü ildə Parisdə Fransız dilində  nəşr olunmuş "Qafqaz problemi" kitabı barədə ətraflı təhlildir. Bu gün gündəmdə olan bir çox problemlər müəllif tərəfindən özünəməxsus peşəkarlıq "azərbaycançılıq mövqeyi ilə" (İ.Həbibbəyli) oxuculara təqdim edilib. M.Mehdiyev məqalələrini təkcə fransız dilində deyil, eyni zamanda, rus dilində çap etdirirdi. Dediyimizin təsdiqi kimi kitabdan oxuyuruq: "Azərbaycan Demokratik Cumhuriyyətinə həsr olunan məqalə kitab müəlliflərinin çoxu Miryaqub Mehdiyevin yaradıcılığına toxunaraq milli istiqlalçı fəalın "Beynəlmiləl siyasətdə petrol" "Beynəlxalq vəziyyət sovetlərdə milli məsələ" məqalələrinin adını çəkir, hər iki əsərin rus dilində qələmə alındığını bildirmişlər".

 

Kitabdakı "Fransız şərqşünası: Lüsyən Buva Azərbaycan ədəbiyyatı haqqında", "Lüsyən Buva Azərbaycan mətbuatı" bölmələrində tarixi faktlardan bəhs olunur. L.Buvaanın dahi Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan Dərviş Məstəli şah, "Xəsis" ("Hacı Qara" nəzərdə tutulur - M.İ) komediyalarını, "Aldanmış kəvakib" əsərini "Hekayəti Yusif şah" başlığı ilə 1903-1906-cı illər arası Parisdə fransız dilində çap etdirməsi, satirik şairlərimiz Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir haqqında geniş şərhi, eləcə "Azərbaycan mənşəli Osmanlı müəlliflər" başlığı ilə XV əsrdən başlayaraq XX əsrin əvvəllərinə kimi yazıb-yaratmış müəlliflər haqqında məlumat verməsi onun Azərbaycan ədəbiyyatı ilə ardıcıl davamlı olaraq məşğul olduğunu göstərir.

 

Müəllif Lüsyən Buvanın Azərbaycan ədəbiyyatına mediasına marağının Məhəmməd ağa Şahtaxtlı tərəfindən yaradıldığını onların dostluq əlaqələrindən rişələndiyini faktların dili ilə əsaslandırır.

 

Müəllif eyni zamanda, Lüsyən Buvanın Azərbaycan Xalq Cumhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri, dövlət xadimi tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminlinin "Azərbaycan ədəbiyyatına bir nəzər" irihəcmli məqaləsindən söz açmasını, həmin məqalənin tərcüməsini 1922-ci ildə "Müsəlman aləmi" jurnalında dərc etdirməsini, ölkəmizə, onun zəngin tarixinə, ədəbiyyatına, mədəniyyətinə mətbu orqanlarına dair tədqiqatlarını da diqqətdən kənarda qoymayıb.

 

Yusif Vəzir Çəmənzəminlinin diplomatik fəaliyyətlə yanaşı, İstanbul kitabxanalarında axtarışlar aparması, 1918-ci ildə "Azərbaycan azərbaycanlılar" adı altında Krımda nəşr olunan "Millət" qəzetində silsilə məqalələr dərc etdirməsindən söz açan Lüsyen Buvanın ədibin axtarışlarına yüksək  qiymət verməsi avropalı alimlərin orijinal mənbələrdən istifadə nəticəsində Azərbaycan ədəbiyyatının həqiqi tarixinə dair orijinal mənbələrdən bəhrələnə biləcəklərini xüsusi vurğulaması ilə bağlı fikirlər maraqla oxunur. Bundan əlavə, Yusif Vəzir Çəmənzəminlinin ədəbiyyatşünas Əli Əmri Əfəndinin 50 il ərzində topladığı 14 min kitabdan istifadə etməsi faktı da diqqəti çəkir.

 

Kitabın bir hissəsi Azərbaycan Demokratik Cümhuriyyətinin əsas mətbu orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin qardaşı, ömrünün sonuna qədər Azərbaycan sevdası ilə yaşayan, azadlıq carçısı Ceyhun bəy Hacıbəylinin Fransada yaşadığı illərdə jurnalistik fəaliyyəti ilə bağlıdır. Müəllifin özünün qeyd etdiyi kimi, həmin illərdə C.Hacıbəyli ölkəmizin tarixi, azadlıq hərəkatı, Azərbaycanın istilasından sonra orada baş verən hadisələr barədə Parisdə nəşr edilən "Aziatik", "İki dünya", "Müsəlman aləmi" jurnallarında,  habelə başqa mətbu orqanlarda müntəzəm yazılar dərc etdirib, Azərbaycan folklorunun nümunələri, yazıçılarımızın hekayələrini fransız dilinə tərcümə edərək ayrıca kitab şəklində buraxdırıb. Ceyhun Hacıbəylinin kitabda təqdim  edilən iki məqaləsi - "Qafqaz müsəlmanlarında təhsil", "İlk müsəlman respublikası" adlarından da göründüyü kimi, özlüyündə tariximizin Avropada təbliği baxımından dəyərli faktları özündə ehtiva etməklə qalmır, eyni zamanda, həmin tarixi hadisələrin səbəb nəticələri barədə oxucuları düşündürə biləcək bir çox sualları da cavablandırır.

 

Əsgər Əliyev kitabda "Şərqi-Rus" qəzetinin naşiri redaktoru Məhəmməd ağa Şaxtaxtlının həyatının Fransa dövrünə işıq salır.

 

Qeyd etmək yerinə düşər ki, Əsgər Əliyevin "Elmin Eyfel qülləsi", "Fransa fransızlar" monumental kitabları mübaliğəsiz olaraq təkcə geniş oxucu kütləsinin deyil, fransaşünaslar ədəbi əlaqələr üzrə mütəxəssislərin stolüstü kitabına çevrilib. Müəllifin yeni "Azərbaycan Fransa mətbuatında" kitabının da həm tarixçilər, diplomatlar, həm oxucular tərəfindən sevilə-sevilə oxuyacağına şübhə etmirik.

 

Nəticə olaraq deməliyik ki, Əsgər Əliyevin "Azərbaycan Fransa mətbuatında" kitabında tariximizdə iz qoymuş bir çox görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına güzgü tutulub, Azərbaycan-Fransa əlaqələrinin xeyli açılmamış səhifələri yeni baxış bucağından təhlil ediliböz obyektiv qiymətini alıb.

 

 

Mayıl İsmayılov

Mingəçevir Dövlət Universitetinin dosenti, Əməkdar müəllim

 

525-ci qəzet.- 2021.- 28 oktyabr.- S.14.