Din və ədəbiyyat  

 

Din insanın yaranması, ölüm kimi ekzistenisial məsələlərə işıq saçdığından bədii təfəkkürü müəyyən dini yanaşma olmadan təsəvvür etmək çətindir. İstənilən bədii ədəbiyyat nümunəsi həm onun yazıldığı dövrün dini təmayülləri, həm müəllifin mövqeyi barədə oxucuya məlumat verir, onu həyatın mənası, yaxşı pis əməllər, onların aqibəti barədə düşünməyə sövq edir.

 

Din insanların hisslərinə, düşüncəsinə, beləliklə, davranışına təsir edən vasitə, ədəbiyyat isə insanın arzu istəklərinin, duyğularının obrazlı təcəsümü olduğundan istənilən halda onların yolu kəsişir eyni məqsədə - insanın bu həyatda daha anlamlı, məqsədyönlü yaşamağına xidmət edir.

 

Humanist dəyərləri təbliğ edən elə bir dini-fəlsəfi düşüncə yoxdur ki, öz bədii əksini tapmamış oxucuların qəlbinə yol tapmamış olsun. Hətta ateizm ideologiyasının təbliğ olunduğu Sovet dövründə yaradılan ədəbiyyat nümunələrində belə din, Allah, şeytan, qismət mövzuları qələmə alınmış, Bibliya Qurana istinadlar olmuşdur. Ədəbi simalar zaman-zaman insanların pis əməllərindən, şər cinayətlərindən sarsılaraq,  onları düz yola çağırmaq üçün, habelə dövrün siyasi rejiminə etiraz olaraq dini simvollardan istifadə etmişlər. Mixail Bulqakov İblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən "Master Marqarita" əsərində ən parlaq İblis obrazlarından birini yaratmışdır.

 

Azərbaycan ədəbiyyatında  dini-fəlsəfi baxışların bədii düşüncəyə, ədəbi fikrə ciddi şəkildə təsir etdiyi dövr olmuşdur. Belə ki, təriqət ideyaları görüşləri ədəbiyyatımızda XII əsrdə Nizami, Xaqani kimi sənətkarlarımızın yaradıcılığı ilə başlayıb XIX əsrin sonuna qədər davam edərək böyük bir dövrü əhatə etmişdir. Azərbaycan ictimai-tarixi ədəbi-mədəni mühitində sufizm hürufizm - iki təriqət cərəyanı mövcud olmuşdur.

 

Sufizmin, hürufiliyin tarixini, mahiyyətini, əsas ideya baxışlar sistemini, simvollarını bilmədən Həsənoğlu, M.Əvhədi, M.Şəbüstəri, F.Nəimi, İ.Nəsimi, Ə.Təbrizi, M.C.Həqiqi, Ş.Q.Ənvar, Xəlili, M.Füzuli, Ə.S.Nəbati başqa çoxsaylı sənətkarlarımızın əsərlərini, ideya obrazlar aləmini anlamaq mümkün deyil.

 

Təsəvvüf irfan düşüncəsində son başlıca məqsəd kamil insan problemidir. Təsəvvüf ideoloqları insanları dini, irqi, milli, cinsi s. mənsubiyyətlərinə görə fərqləndirib bu əlamətlərə əsasən birini digərindən üstün hesab etmir. Kəbə ilə kilsə, məscidlə bütxanə, müsəlmanla xristian həqiqət əhlinin nəzərində mahiyyətcə eyni, bir-birindən fərqli olmayan varlıqlar sayılır:

 

Kəbəvü deyr nədir, qeyr nədir, seyr nədir?

Məscidü bütkədəvü xirqəvü zünnar nədir?  (Nəsimi)

 

Mükəmməl mənəvi-əxlaqi davranış normaları, bütöv dini-fəlsəfi etiqad sistemi olan təsəvvüf ədəbi simaların yaradıcılığını zənginləşdirən mənbə olmuşdur. XII əsr şairlərimizin yaradıcılığında sufizm meylləri ötəri olsa təzahür edir. XIII əsrdən etibarən bu meyl güclənir. XIII-XIV əsrlərdə İ.Həsənoğlu, M.Şəbüstəri, Z.Şirvani, M.Əvhədi, Ə.Təbrizi, İ.Nəsimi başqaları XV-XVI əsrlərdə Q.Ənvar, Xəlili, Kişvəri, İ.Gülşəni, Həbini, Xətai, Füzuli kimi sənətkarlarımızın yaradıcılığında təriqət ideyaları ciddi bədii əksini tapmışdır.

 

Təriqət ədəbiyyatını yaradanlar mənsubiyyətinə görə müxtəlifdir. Onların bir qismi bilavasitə təriqət başçılarıdır. Ə.Yəsəvi (yəsəvilik), C.Rumi (mövləvilik), S.Ərdəbili (səfəviyyə) kimi. Bəziləri ayrıca təriqət yaratmasalar da,  müəyyən təriqətin üzvü, hətta şeyx olmuşlar. Məsələn, İ.Həsənoğlu, M.Əvhədi, Ş.İ.Xətai   başqaları Üçüncü bir qism şairlər isə konkret hər hansı bir təriqətə mənsub olmamış, lakin yaradıcılıqlarında təsəvvüf irfan ideyalarını əks etdirmiş, onun obraz rəmzlərindən bəhrələnmişlər. Məsələn, Füzuli kimi.

 

Azərbaycanın orta əsrlər ictimai, dini-fəlsəfi ədəbi-mədəni gerçəkliyində sufizmdən sonra öz əksini tapan ikinci bir təriqət cərəyanı hürufilikdir. Hürufilik dini-fəlsəfi təriqət kimi, əsasən, XIV-XV yüzilliklərdə özünü təzahür etdirir.

 

XIII-XV əsrlər Azərbaycan ədəbiyyatının ən böyük ədəbi siması İ.Nəsimi bu təriqətin nümayəndəsidir. Onun şeirlərinin çoxu da hürufilik ideyalarının bədii ifadəsinə təbliğinə xidmət edir.

 

Nəsimidən başqa, XIV-XV əsrlər ədəbiyyatımızı təmsil edən F.Nəimi, M.C.Həqiqi, Süruri, Tüfeyli başqa hürufiməslək şairlərimiz var ki, onlar ədəbiyyatımızın yüksəliş tarixində əhəmiyyətli rol oynamışlar.

 

Təriqət ədəbiyyatının izləri sonrakı dövr ədəbiyyatımıza təsirsiz ötüşməmişdir. Vahid yaradana inam, Allaha təvəkkül, haqla nahaqqın ayırd edilməsi, Tanrının mərhəmətinə sığınma, pis əməllərdən tövbə, xeyir işlərə çağırış həmişə ədəbiyyat nümunələrində təbliğ olunmuşdur.

 

İslamın yayılmasından sonra Azərbaycan ədəbiyyatında dinsizlik heç zaman yer almamışdır. Əksinə, ədəbiyyat nümunələri vasitəsilə xürafat tənqid edilmiş, insanlar cəhalətlə mübarizəyə çağrılmışlar. Çünki xalqımız inanclı olmuş, uzun əsrlər boyunca din adət-ənənələr xalqımızın milli mənəviyyatını formalaşdırmışdır.

 

Səyyad ARAN

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini, Filologiya elmlər namizədi

 

525-ci qəzet.- 2021.- 28 oktyabr.- S.5.