Sevgizaman mazoxizmə çevrilir?  

 

Ötən ilin son günləri Latviyada müəmmalı şəkildə ölən dünya şöhrətli kinorejissor Kim Ki Duk filmlərini saran mövzudan - sadomazoxizmdən söz açarkən demişdi: "Tükənən dünyada mənim üçün ən maraqlı mövzu sadizm və mazoxizmdir".

 

İnsan ruhunda baş-ayaq durmuş butalar kimi mövcud olan əzazillik əzadarlıq sənət müstəvisində olduqca orijinal simalarda təcəssüm edib. Düzdür, baxır kimdə necə...

 

Füzulidən, xüsusən ,  - "Həm ver mənə qəm yemək kəmali, həm aləmi qəmdən eylə xali!" - fikrindən sonra ədəbiyyatımızda əzadarlıq, qəmkeşlik ehtirası çox da gözə dəymir.

 

İsa Məsih müstəvisində qurbangetmə istəyi daşıyan bu misralardan sonra boşluq gəlir. Sonda Müşfiq gəlir... Müşfiqin şeirlərindəki şirin fədakarlıqlar da insanı riqqətə gətirir.

 

Düzdür, İsanın, Füzulininki insan, qadın simasında təqdim edilən, ikincidə yar adıyla simvollaşdıran ilahi müstəvidə alovlanmadır. Müşfiqin yarı isə elə qadın idi, yetməyəndə göylərə qədər uzana bilən qadının özü.

 

Bilməm məni neçin atmış, unutmuş,

Cövrü-cəfasına qurban olduğum.

Yoxsa özgəsinə üzünü tutmuş,

Yeni sevdasına qurban olduğum?

 

Qadına qurban olmanın bu həddi Azərbaycan ədəbiyyatında yoxdur. Sanki Müşfiq bu şeiri yazanda özünü belə bir sual cavab dilemma qarşısında qoyub:

 

- Məni çox sevirsən?

 

- , lap çox.

 

- Mən səni sevmirəm. olar, məni çox sevirsənsə, çalış məni sevmə!

 

İnsan, xüsusən bir kişi (erkək) sevdiyi qadının yeni sevdasına necə qurban ola bilər?

 

Düşünürəm ki, bu akt artıq sevgi mərhələsini aşmış, aşırı bir hissdir bu hissin adı dilimizdə mənası kirlənən mazoxizmə, yəni əzadarlığa bağlanır. Bəli, sevginin son həddi mazoxizmdir! İsa da, Füzuli , Müşfiq , Kim Ki Duk da bunu deyirdi.

 

Ancaq təkcə sevginin yox, ehtirasın da aşırı həddi sadizmə, mazoxizmə aparıb çıxarır.

 

Müşfiqin yarı Allah yox, məhz qadın olduğu üçün onun şeirlərində mazoxizm daim İsa, Füzuli müstvisində olmurdu.

 

Gəlmiş hüzuruna bir qara dağlı

Bir qara qulundur qolları bağlı.

 

Məsələn, bu şeirdə mazoxizm bir az da pornoestetik simada diqqət çəkir. Əminəm ki, burda Müşfiqin qolları zəncirlə bağlıdır. Məcnuna bənzəyən bu "qara qul" yaşasaydı, bəlkə canındakı ehtiras həsrətdə qovrulacaq, gözünün qarasına çökəcək bu gün "Müşfiqin yanında QAL" dediyi obyektə bir gün, elə Məcnun kimi "GET, get, sən O Leyli deyilsən" deyəcəkdi.

 

Bu mətnin mövzusu olmasa da, təəssüf ki, o "qara qul" elə qolları bağlı şəkildə 29 yaşında, sevgisi canında yağda böyrək kimi qovrulduğu anda getdi...

 

Qayıdaq onun illər sonra Zeynəb Xanlarovanın qol açıb mahnısını oxuduğu "Qal, sənə qurban" şeirinə bu şeirdəki mazoxizmin daha çox cinsəl müstəvisində olması iddiasına...

 

Gümüş topuğunda xal, sənə qurban...

 

Az əvvəlki iddiamı tamamlayan təsvirlərdən biri: gümüş topuğunda xal, sənə qurban... Şair misraları nişana çevirib keçirdiyi hisslərdən tablo yaradır oxucu da istər-istəməz həmin tablonun içinə girir... Tabloya girmək üçün isə gərək əvvəlcə dizlərini yerə atasan. Sınmasan, iməkləməsən, bu tabloya yerləşməz, həmin gümüş topuğu görməz, xalı heç hiss etməzsən.

 

Alman psixoanalitik, yazar Erik From da onu deyir: "Sevgi almaq yox, verməkdir".

 

 

Sərdar Amin

Yazıçı

serdaramin@gmail.com

 

525-ci qəzet.- 2021.- 30 oktyabr.- S.21.