"Yada
düşdü"nün daha bir sayı
Ədəbi-bədii, nostalji jurnal olan "Yada düşdü"nün növbəti
sayı oxuculara təqdim edilib. Jurnal akademik Rafael Hüseynovun
"Qaranquş yuvaları
hörən adam"
adlı yazısı ilə açılır.
Yazı Musa Yaqubun poeziyasından, onun əsrarəngiz şair təbiətindən bəhs
edir.
Xalq yazıçısı Elçinin
Musa Məmmədova həsr
etdiyi "Mənəviyyatın
təmizliyi" adlı
yazısı da "Yada düşdü"nün
bu sayında yer alıb. Elçin müəllim ötən günlərə səyahət
edərək Musa Məmmədovu
yad edib.
Flora Xəlilzadə jurnalın
bu sayında Əməkdar jurnalist Sona Bağırovanı xatırlayıb. Bu yazı
qocaman qələm sahibinin 90 illiyinə töhfədir.
Oxucular "Yada
düşdü" jurnalının
bu sayında Xalq yazıçısı
Kamal Abdullanın
"Hacı Mir Həsən
ağa Səyyah" adlı hekayəsini mütaliə edə bilərlər.
"Yadımda belə
qalıb" adlı yazı Vasif Quliyevin Mir Cəlal Paşayevlə bağlı
xatirələrinin məcmusudur.
Fərid Hüseyn "Həqiqətlə
həmfikir şeirlər"
yazısında Musa Yaqubun
poeziyası barədə
düşüncələrini oxucularla bölüşüb.
Vaqif Yusifli
"Yada düşdü"
jurnalında ölməz
şairimiz Əliağa
Kürçaylını yada
salıb, onun parlaq yaradıcılıq
yolundan bəhs edib.
"Yada düşdü"
bu sayında oxucuların görüşünə
həm də şeir çələngi
ilə gəlib. Rəşad
Məcidin sevgi şeirləri, Xalq şairi Fikrət Qocanın "Ana" şeiri,
Əsəd Cahangirin
"Xarıgülnar" poeması,
Şöhlət Əfşarın,
Fərid Bayramlının
şeirləri jurnalda
öz əksini tapıb.
Filologiya
elmləri doktoru, professor Rüstəm Kamal "Salam, Sabir Rüstəmxanlı yolu"
yazısında Xalq şairinin həyat və yaradıcılığından,
çoxşaxəli poeziyasından
bəhs edib.
Ülkər Hüseynova Ömər
Faiq Nemanzadəni, onun "Nə etməliyik?" adlı məqaləsini xatırlayıb.
Müəllif "Tarixin ibrət
səhifələri" adlı
yazısında sözügedən
məqalə haqqında
düşüncələrini bölüşüb. Eyni zamanda,
ədibin "Nə etməliyik?" məqaləsi
də jurnalda yer alıb.
Yazıçı-publisist Bəxtiyar Qaracanın "Qızılgülləri yadından
çıxarma" adlı
yazısı tanınmış
rəssam Yuran Məmmədova həsr olunub.
BDU-nun dosenti Sultan Seyidova
görkəmli türkoloq
Əlövsət Abdullayevi
100 illik yubileyində yad edib, onun
səmərəli elmi
yaradıcılığından söhbət açıb.
"Güneydən əsən
yellər" "Yada
düşdü" jurnalının
bu sayına Elyad Musəvinin poetik nümunələrini
gətirib.
"Dünya ədəbiyyatından
seçmələr" bölməsində
Əyyub Qiyasın tərcüməsində Qabriel
Qarsia Markesin "Belə günlərdən
biri" adlı hekayəsi oxuculara təqdim olunub.
Tədqiqatçı Şəmistan Nəzirli
"Növcavanlar var olsun" adlı yazısında Molla Pənah Vaqifin keşməkeşli ömür
yolu haqqında söhbət açıb. Qeyd edək ki, yazının
davamı ilə "Yada düşdü" jurnalının növbəti
sayında tanış
ola bilərsiniz.
İrad İsak "Sənətkar
ömrü"ndə nəğmələri
ilə könüllər
oxşayan, mərhum sənətkar Zöhrə
Abdullayevadan bəhs edib.
"Gözlədiyimiz kitablar" bölməsində
yeni nəşr olunan kitablarla tanışlıq imkanı
var.
Nadir YALÇIN
525-ci qəzet.- 2021.- 30 oktyabr.- S.21.