Teatrlara doğru yeni dalğa!
Bu dəfə "Covid-19"un
növbəti dalğasınd an yox, tamaşaçı axınından
söhbət gedir
Son iki ilə yaxın müddətdə
qapalı qalan teatrlarımız oktyabrın
1-dən etibarən Nazirlər
Kabineti yanında Operativ Qərargahın müəyyən məhdudiyyətlər
daxilindəki icazəsi
ilə öz qapılarını öncə
yaradıcı heyətin,
sonra isə sevimli tamaşaçılarının
üzünə açdı. Bəzi teatrlarımız
icazədən bir neçə gün sonra artıq tamaşalarıyla teatrsevərlərin
görüşünə gəlsə
də, bəziləri
hələ də məşq proseslərini davam etdirir və
yaxın günlərdə
mövsümü açmağa
hazırlaşır. Pandemiyadan öncə
teatrlarla çox sıx əlaqə saxlayan bir jurnalist
və teatrsevər tamaşaçı kimi bu dəfə də bütün diqqətim bu sənət ocağına
yönəldi. Mətbuat katibləri
təmsil etdikləri teatrların repertuarlarını
ictimaiyyətlə paylaşdıqca
vəziyyətlə maraqlanırdım
və onlardan aldığım cavablar məni çox sevindirirdi. Belə ki, teatrlara maraq o qədər artıb ki, onlar jurnalistlər və xüsusi qonaqlar üçün belə dəvətnamələr
ayıra bilmirlər.
Hətta
kassadan bilet tapmaq belə müşkülə çevrilib.
Bu vəziyyətin ayrı-ayrı teatrlarda necə olduğunu, ümumiyyətlə bərpadan
sonra teatrlarımıza
marağın səviyyəsini
öyrənmək üçün
bəzi teatrların mətbuat katibləriylə
əlaqə saxladıq.
Çox sevindirici haldır ki, onların cavabı da bizim müşayiətimizlə
üst-üstə düşür:
Azərbaycan Dövlət Akademik
Musiqili Teatrının
mətbuat katibi Fəridə Aslanova qeyd etdi ki,
uzunmüddətli karantin
dönəmindən sonra
teatrlara maraq xeyli dərəcədə
artıb: "Xüsusi
vurğulayım ki, hətta noyabrın sonuna kimi olan
tamaşalarımızın hamısına bütün
biletlər alınıb.
Fəaliyyətimiz bərpa olunandan
sonra çox böyük ruh yüksəkliyi ilə tamaşalarımızın məşqləri
davam edir. Yaradıcı heyət yeni
bir tamaşa üzərində çalışır.
Vətən müharibəmizə və böyük zəfərimizə həsr
olunan "Bir nəfəs" qədər
adlı səhnə əsərinin premyerası
ilə bağlı məlumat yaxın günlərdə ictimaiyyətə
veriləcək.
Teatrımıza maraq barədə deyə bilərəm ki, gözlədiyimizin on qatı qədər tamaşaçıların marağı
ilə qarşılaşırıq. Hətta sosial
şəbəkə səhifələrimizdə,
mənim özümün
şəxsi nömrəmə
yazıb maraqlanır,
tamaşalar haqqında
soruşurlar. Bəzi valideynlər
uşaq tamaşalarını
soruşur, niyə hələ uşaq tamaşalarının olmadığını
soruşurlar. Təbii ki,
bu, bizi çox sevindirir. Yaxın zamanda teatrımız tam mənasıyla əvvəlki
fəaliyyətinə qayıdacaq,
uşaq tamaşaları
da, digər baxımlı tamaşalarımız
da teatrsevərlərin
görüşünə gələcək".
Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrının
mətbuat xidmətinin
rəhbəri Cavid Zeynallı teatrın 15 oktyabrdan etibarən tamaşaların nümayişinə
başladığını dedi: "Akademik Milli Dram Teatrı oktyabrın 15-dən etibarən
tamaşaların nümayişinə
başlayıb. Operativ Qərargah
teatrların və bir sıra mədəniyyət
müəssisələrinin fəaliyyətinə icazəylə
bağlı qərarını
qeyd edəndə bəzi insanlarda belə bir təəssürat
yarandı ki, elə məhz oktyabrın 1-dən tamaşalar
oynanılacaq. Amma teatra
və ordakı proseslərə bələd
olan adamlar bilir ki, iki
ilə yaxın müddətdə teatr bağlı olduğundan tamaşaların qarşısına
birbaşa şəkildə
çıxmaq olmazdı.
Teatr canlı sənətdir və intensiv məşqlərə ehtiyac
vardı. Akademik Milli
Dram Teatrının rəhbərliyi
də 15 gün müddətində repertuardakı
tamaşaların məşqlərini
təyin etdi. Bu tamaşalardakı aktyorlar səhər və axşam olmaqla intensiv məşqlərə cəlb
olundular. Beləcə, biz oktyabrın 15-də mədəniyyət
naziri Anar Kərimovun iştirakı
ilə "Qarabağnamə"
tamaşası ilə
mövsümü açıq
elan etdik.
Əlbəttə, tamaşaçılarımız, teatrsevərlər
bu müddətdə teatr üçün darıxmışdılar və
onlar müxtəlif vaxtlarda sosial şəbəkələrdə öz narahatlıqlarını
bölüşürdülər. Hətta bizim özümüzə
də yazanlar olurdu. Nə yaxşı ki, bu açılış baş verdi.
Təbii
ki, yenə də karantin qaydalarına ciddi şəkildə əməl
olunur. Covid pasportu olmadan heç kim
teatr binasına buraxılmır. Həmçinin, tamaşa zalında
hər kəs tibbi maskadan istifadə edir. Bu, birmənalı və zəruridir. Bundan əlavə isə təlimata əsasən tamaşa zalında yalnız 50 faiz tamaşaçı olur.
Pandemiya səbəbindən bizim müxtəlif layihələrimiz
təəssüf ki, təxirə düşdü. Hazırda həmin
layihələrin reallaşdırılmasıyla
məşğuluq. Cari repertuarda
olan tamaşaların məşqləri bitəndən
sonra artıq yeni işlərimizi tamaşaçılarımıza təqdim edə biləcəyik. Həm
Azərbaycan, həm də dünya dramaturgiyasından çox
maraqlı əsərlər
var ki, həmin
əsərlərlə tamaşaçıların
görüşünə gəlməyi
planlaşdırırıq. Təbii ki, növbəti mərhələdə teatr
həm də yerli və beynəlxalq
qastrollara çıxmağı
planlaşdırır".
Abdulla Şaiq adına
Azərbaycan Dövlət
Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə
Rüstəmova isə
deyir ki, teatr elə ilk gündən tamaşaçıları
ilə görüşə
gəlib: "Bildiyiniz
kimi, müvafiq qurumun icazəsi ilə teatr-konsert müəssisələri oktyabrın
1-dən müəyyən məhdudiyyətlərlə
də olsa, fəaliyyətini bərpa
etdi. Abdulla Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrı da bu sıraya ilk qoşulanlardan oldu. Belə ki, icazənin ilk günündən - oktyabrın
1-dən biz sevimli balaca
tamaşaçılarımızın, ümumən kukla teatrı həvəskarlarının
qarşısındayıq. Rəngarəng aylıq repertuarımız
üzrə tamaşalarımız
davam edir. Artıq 1 aydır ki, hər həftənin
cümə, şənbə
və bazar günləri üç hər gün üç seans
olmaqla tamaşalarımızı
nümayiş etdiririk.
Sevindirici haldır ki, tamaşalara hədsiz maraq var. Sanki insanlarda teatra istək, tələbat artıb, özlərində bu zəngin və əvəzsiz estetik zövq, mənəvi istirahət məkanına
sevgi, ehtiyac yaranıb. Təbii ki, teatr təmsilçiləri kimi
bu, bizi hədsiz sevindirir.
Təbii ki, bu da teatr təmsilçilərinə əlavə stimul, fəaliyyət zövqü aşılayır. Hazırda bizim teatrda da 2 yeni tamaşanın məşqi gedir. Ötən həftə bir premyera ilə tamaşaçıların qarşısına çıxdıq. Yəni teatr artıq özünün qaynar yaradıcılıq həyatına qayıdıb.
Biletlərin qiymətinə gəlincə, hələ ki, bu barədə hər hansı bir fikir, müzakirə yoxdur. Doğrudur, bizim teatr kimi tamaşaçı tutumu nisbətən az olan zallarda (zalımız 200 nəfərlikdir və biz yalnız 80 bilet sata bilirik. hərçənd tələbat, istək çoxdur) buna ehtiyac var. Amma pandemiya şəraiti, ümumən tamaşaçılarımızın teatra marağının azalmaması, qiymət artımının hər hansı maeəyə çevrilməməsi üçün biz bu barədə hələ ki, düşünmürük. Çünki dediyim kimi əsas odur ki, valideynlər uşaqlarını istədikləri vaxt teatra gətirə bilsinlər.
Teatrımıza pandemiyadan öncə də daim tamaşaçı marağı olub və birmənalı olaraq biz yalnız kassadan satışla işləyən, tamaşaçısı ilə birbaşa ünsiyyət quran teatr kimi onların istək və arzularını daim ön planda saxlayırıq".
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Pərvin Nurəliyeva da qadağalardan sonra teatra yaranan ümumi maraqdan razıdır: "Ən əvvəl onu deyək ki, Operativ Qərargahın qoyduğu qaydalara əsasən, zallarımızın yalnız 50 faizinin tamaşaçıyla doldurulmasına icazə olduğu üçün biz bütöv mənzərə haqqında tam fikir deyə bilmirik. Çünki bu, çox da böyük rəqəm deyil. Amma bununla belə, həqiqətən hiss olunur ki, mühitdə, cəmiyyətdə teatra, sənətə bir təşnəlik, köhnə həyat tərzimizə qayıtma sevinci var. Təbii ki, sağlamlığımız hər şeydən önəmlidir və biz daim tamaşaçılarımızı bu qaydalara riayət etməyə çağırırıq. Bütün bu qaydalar çərçivəsində həm köhnə tamaşalara, həm də yeni qurulan səhnə əsərlərinə maraq hiss olunur. Bildiyiniz kimi, bizim böyük zal təmirdə olduğundan, biz böyük zalın tamaşalarını hələlik R.Behbudov adına Mahnı Teatrı və Kukla Teatrının səhnələrində təqdim edirik. Həm həmin teatrlardakı tamaşalara, həm də kiçik zalımızdakı mono tamaşalara da xeyli sayda seyrçi reaksiya vermişdi, baxmağa gəlmişdi. Hətta kiçik zaldakı tamaşamızın başlamasına dəqiqələr qalmışa qədər də tamaşaçı yaxınlaşdı və təəssüf ki, zal artıq dolu olduğundan Operativ Qərargahın qaydalarına əsasən bizim əlavə tamaşaçı qəbul etmək icazəmiz yox idi. Buna görə də məyus olduq ki, tamaşaçılar geri qayıtmalı oldular. Bu kimi kiçik detallar həqiqətən də yaradıcı insanlarda bir ruh yüksəkliyi yaradır.
Eyni zamanda, bizim uşaqlar üçün yeni layihəmiz var: "Bəbə" səhnəsi layihəsi. Onun "Şirin qoğal" adlı ilk tamaşası təqdim olundu. Bu, bizim teatrımız üçün tamamilə fərqli və yeni estetikada qurulmuş tamaşa idi. Ona da ən kiçik yaşlı tamaşaçılarımızın xoş reaksiyalarını görmək çox sevindirici idi. Sanki "Bəbə" səhnəsinin qarşısına qoyduğu həmin o nağıl ab-havasını görmək olurdu.
Əlbəttə, uzun müddətdir qapanma şəraitində olduğundan və hələ də mövcud qaydalar davam etdiyindən yəqin ki, əvvəlki tempə qayıtmaq müəyyən zaman tələb edəcək. Amma yenə də bu cür maraq və həvəs görmək bizdə böyük sevinc, gələcəyə inam yaradır. Yaxın zamanlarda teatr öz yeni tamaşalarını da teatrsevərlərə təqdim edəcək".
Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə müdiri Anar Bürcəliyev karantin zamanında teatrın onlayn şəkildə fəaliyətini davam etdirdiyini, hazırda isə özünün 126-cı teatr mövsümünə hazırlaşdığını dedi: "Öncə onu qeyd etməliyəm ki, Gəncə Dövlət Dram Teatrı iki ilə yaxın pandemiya zamanında tam olaraq qapanmadı. Teatr onlayn şəkildə tamaşaçıların görüşünə gəlməyə davam edirdi. Biz ilk teatrıq ki, tamaşalarımızı onlayn təqdim etməyə başladıq. Bu, əvvəl həftədə iki gün, sonra isə həftənin beş günü reallaşdı. Həmçinin, aktyorlarımız məşq proseslərindən də qalmadılar. Onlar oxunuş prosesini onlayn rejimdə həyata keçirirdilər. Xüsusən, Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah" əsərinin məşq prosesi gedir. Əsəri tanınmış rejissor Gümrah Ömər səhnələşdirib.
Ondan başqa, yaradıcı heyət bir sıra başqa tamaşaların nümayişinə hazırlaşır. Məsələn, Teatrımızın Vətən müharibəsi qazisi, aktyor Həsən Cəfərovun "Millətim" əsərini rejissor Elşad Əhmədov səhnələşdirib. Eləcə də, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru Əsgər Əsgərovun quruluşunda "Cavad xan" əsərləri hazırlanır.
Oktyabrın 1-dən etibarən, yəni teatrların fəaliyyətinin bərpasına icazə verilən gündən artıq onlayn şəkildə oxunuşu aparılan tamaşalarımızın səhnə hazırlığı başlayıb və ciddi məşqlər davam etməkdədir. Çox güman ki, bu yaxın günlərdə Gəncə Dövlət Dram Teatrı özünün 126-cı teatr mövsümünü Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah" əsəri ilə açacaq".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 30 oktyabr.- S.16.