Vyetnamda Nizami Gəncəvi konfransı

 

Vyetnamın Hanoy şəhərində dahi şairimizin 880 illiyinə həsr olunmuş "Nizami Gəncəvi irsi Vyetnam tədqiqatçılarının gözü ilə" mövzusunda konfrans keçirilib. Konfrans Vyetnamdakı səfirliyimiz, Azərbaycanın Elmi, Mədəniyyəti Tarixi üzrə Mərkəzi, Vyetnam Ədəbiyyat Sənətşünaslığın Tənqidçiliyi üzrə Mərkəzi Şurasının birgə təşkilatçılığı ilə gerçəkləşib. Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, yerində iştirak onlayn formatda keçirilən konfransda Vyetnamın dövlət qurumlarının ictimaiyyətinin təmsilçiləri, Vyetnam Yazıçılar Cəmiyyəti, Vyetnam Ədəbiyyat Sənətşünaslığın Tənqidçiliyi üzrə Mərkəzi Şurasının, Azərbaycan-Vyetnam Dostluq Assosiasiyasının, Azərbaycanın Elmi, Mədəniyyəti Tarixi üzrə Mərkəzinin rəhbərləri üzvləri, diplomatlar, tədqiqatçılar, elm, mədəniyyət təhsil ocaqlarının nümayəndələri, jurnalistlər iştirak ediblər.

 

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov 2021-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Nizami Gəncəvi ili" elan edildiyini bildirib, şairin həyat yaradıcılıq yolundan danışıb, əsərləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Nizami Gəncəvi ilk növbədə Azərbaycan şairi olmaqla, dövrünün bütün mədəni irsini öz yaradıcılığında əks etdirməyi bacarıb: "Nizami Gəncəvi öz dühası sayəsində bütün bəşəriyyətə humanizm ideyalarını çatdırmağa müvəffəq olub. Onun 8 əsr öncə yazdığı əsərlər bu gündə aktuallığını itirmir bu, Nizami Gəncəvinin dahiliyinin bariz təzahürüdür".

 

Vyetnamın tanınmış şair yazıçıları, ədəbiyyatşünasları jurnalistləri, diplomat ictimai xadimləri çıxış edərək dahi Nizami Gəncəvinin irsi ilə bağlı öz tədqiqatları haqqında danışıb, fikirlərini bölüşüblər. Nizami Gəncəvinin yaradıcılığına Vyetnam ədəbiyyatı, mədəniyyəti adət-ənənələri prizmasından yanaşmalar xüsusi maraq doğurub.

 

Konfrans əsnasında iştirakçılara Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş fotosərgi və mövzu ilə bağlı videoçarx nümayiş olunub. Tədbir Vyetnam KİV-də geniş işıqlandırılıb.

 

525-ci qəzet.- 2021.- 30 oktyabr.- S.13.