Regional inkişafın görünməyən
tərəfi
Ölkənin inkişaf səviyyəsi vətəndaşların həyat
şəraitinə və
rifah səviyyəsinə
təsir göstərən
ən əsas amildir. Bu səbəbdən bütün ölkələr
iqtisadi inkişafa nail
olmağı hədəfləyir.
İqtisadi inkişaf anlayışı
ölkələr üçün
xüsusilə, İkinci
Dünya müharibəsindən
sonrakı dövrdə
böyük əhəmiyyət
qazandı. Bu, xüsusilə də inkişaf etməkdə olan ölkələri narahat edən əsas məsələdir.
Çünki bir ölkənin
iqtisadi inkişafı
dedikdə, onun ümumi inkişaf səviyyəsi nəzərdə
tutulur. İqtisadi inkişaf, ölkənin
iqtisadi, sosial, siyasi və mədəni tərəfləri
ilə bir çox cəhətdən
inkişafı deməkdir.
İnkişaf prosesi isə təktərəfli yox, planlı və proqramlı şəkildə
ölkənin bütün
regionlarını əhatə
edəcək formada aparılmalıdır.
Bir ölkənin
əsas iqtisadi gücünü onun istehsal həcmi, vergi daxilolmaları təşkil edir. İstehsal, sənaye
yoxdursa, vergi də azdır, inkişaf da. İqtisadi inkişafa istehsal və adambaşına düşən gəlir artımı ilə yanaşı, struktur dəyişiklikləri, texniki
və institusional tənzimləmələr, istehsal
strukturundakı dəyişikliklər
və sektorlar arasında resurs bölgüsü də daxildir. Bu baxımdan
ölkəmizdə də
dövlət qurumları
arasındakı əlaqələr, iş birlikləri böyük əhəmiyyət
kəsb edir.
Məsələn, İqtisadiyyat Nazirliyi,
Mərkəzi Bank və
Kənd Təsərrüfatı
Nazirliyi arasındakı
iş birliyi və ortaq bir
layihənin dəstəklənməsi
regional inkişaf üçün
təşviq xarakterli
addımların atılması
baxımından böyük
əhəmiyyət kəsb
edir. Qurumlararası bu cür əlaqələr ölkə
səviyyəsində iqtisadi
artımın təmin
olunması üçün
vacib xüsusiyyətdir.
İqtisadi artım baxımından vacib olan məqamlardan
biri də budur ki, iqtisadi
inkişaf yalnız mövcud olanın kəmiyyət artımını
deyil, həm də müsbət mənada yeni bir quruluşun yaradılmasını tələb
edir. Başqa sözlə, iqtisadi
inkişaf iqtisadi və sosial-siyasi inkişafı və sosial rifah artımını
da əhatə etməlidir.
İqtisadi inkişafın əsas
dayaq nöqtəsi olan regional inkişaf
Qeyd etdik ki, iqtisadi, siyasi,
inzibati, hüquqi və sosial-mədəni faktorlar iqtisadi inkişafın müəyyənediciləridir. Bir ölkənin
iqtisadi inkişafı
təkcə meqapolislərin
hesabına yox, regionların, həmin regionlarda qurulmuş təsərrüfat və
sənaye strukturlarının
hesabına böyüyə
bilər. Bu tarazlıq təmin olunmadıqda isə, böyük şəhərlərdə
inkişaf, rayon və
qəsəbələrdə geriləmə gedir. Kənd təsərrüfatı, sənaye
yaşlı təcrübə
və gənclik gücünün vəhdəti
ilə idarə olunmalıdır. Amma
son illərdə müşahidə
olunan budur ki, gənc nəsil
regionlardan ayrılır,
böyük şəhərlərə
pənah aparır, az maaşa,
kirayə evlərdə
yaşamağa özlərini
məhkum edirlər.
Bu da onu deməyə imkan verir ki, regional inkişaf, təkcə banklar və xüsusi layihələrlə
yox, həm də psixoloji təşviqlə mümkün
ola bilər.
Bu məqamda uğur
anlayışının, əməyə,
alın tərinə verilən dəyərin yenidən formalaşdırılmasının
vacibliyini anlayırıq. Yeni texnologiyalardan
yetərincə istifadə
olunmayan kənd həyatı çətin
və yorucudur. Xüsusilə qadınların ağır
yük və təzyiq altında çalışdıqları kənd
həyatını yeni
nəsil qadınlar yaşamaq istəmirlər.
Bu səbəbdən də
kəndli bir kişi ilə
evlənmək istəyən
qadınların da sayı zaman keçdikcə azalır.
Belə bir mənzərə yaranır ki, yaxşı bir ailə qurub, əl-ayağı təmiz
yaşamaq üçün
şəhərlərə köç qaçılmazdır.
Bu minvalla qulluq
sahibi olmaq arzusu ilə kənd-kəsəyini tərk
edən gənclər
şəhər həyatının
xidmət sektorunda dolanışıqlarını təmin etdirməyə çalışırlar. Görünür, kənd təsərrüatı
məhsullarının vergidən
azad edilməsi də bizdə bu sahəyə marağı artırmır.
Bunun bir səbəbi də ölkəmizdə vergi faizlərinin elə də yüksək olmamasıdır.
Bütün bu sosial-psixoloji durumu aradan qaldırmaq
üçün regionlarda
sənaye, təsərrüfat
sektorlarına və orda çalışan əməkçilərə dövlət
tərəfindən böyük
dəyər verildiyini
göstərmək önəmli
addım olar.
Necə
ki, son illərdə reallaşdırılan təşviq
planlarının həyata
keçirilməsi iyirmi
il əvvəlki
ilə müqayisədə
regional inkişafı nisbətən
sürətləndirə bilib,
bu təşviq proqramlarının davamlılığının
təmin olunması, insanları kənd həyatına həvəsləndirə
və ürəkləndirə
bilər. Daha bir iyirmi il sonra kəndlər, qəsəbələr
də şəhərlər
qədər sənaye
mərkəzlərinə, böyük
fakriklər üçün
ən yaxşı və perspektivli yerlərə çevrilə
bilər. Bəs bütün bunlar
üçün bizə
hansı inkişaf planı lazımdır?
Regional inkişafı təmin etməyin yolları
Regional inkişaf, regional və
şəhər səviyyəsində
ölkənin inkişaf
siyasətinin əsasını
təşkil edir. Burda önəmli olan qərar qəbul etmə proseslərində
dövlət sektorunun,
özəl sektorun və vətəndaş cəmiyyətinin iştirakını
təmin etmək, inkişaf üçün
ölkənin bütün
resurslarını səfərbər
etməkdir. Regionların rəqabət qabiliyyətinin
artırılması ilə
yanaşı, həm də bölgələrarası
inkişaf fərqlərinin
azaldılması siyasəti
paralel aparılmalıdır.
Bu iki siyasət
arasında tarazlığın
qorunması iqtisadi baxımdan struktur və təməl siyasət kimi qiymətləndir.
Regional inkişaf siyasəti
milli prioritetlərə
əsaslanan prinsiplərlə
- bərabər imkanlara
sahib olmaq, davamlılıq,
səmərəlilik, iştirak,
əməkdaşlıq və
tərəfdaşlıq, idarəçilik,
lokallıq və tabeçilik prinsipləri
çərçivəsində həll oluna bilər. Bu cür inkişafa
nail ola bilmək
üçün isə
bir neçə nüans önəmlidir:
- Regional inkişaf fərqlərini
azaldaraq ölkə daxilində sərvətin
daha balanslı bölünməsi;
- Bütün bölgələrin
potensialından istifadə
edərək və rəqabət qabiliyyətini
artıraraq milli inkişafa maksimum səviyyədə töhfə
verilməsi;
- İqtisadi və sosial inteqrasiyanın gücləndirilməsi;
- Ölkə daxilində əhalinin məskunlaşma
prosesində balansın
qurulması.
Bu qaydaları tətbiq
etmək həm asan, həm də bir o qədər
çətin görünür. Amma imkansız
deyil.
Regionlarda
sənaye müəssələrinin
yaradılması
Regional inkişafın təmin olunması üçün ən vacib məqamlardan biri də sənayedir. Bu gün dünyanın sənayeləşmiş və
inkişaf etmiş ölkələrinin demək
olar ki, hamısı dövlətin
yardımı ilə buna nail olub. Bu baxımdan uğurlu
olan ölkə nümunələrini araşdırıldıqda,
dövlətin özəl
sektora birbaşa və ya dolayı
dəstəyinin sənayeləşmənin
açarı olduğu
görürük. Bu, İngiltərə, ABŞ, Almaniya,
Yaponiya və Cənubi Koreya kimi ölkələr üçün də keçərlidir.
İqtisadçılar dövlətlərin sənayeləşmək üçün əsas dörd şərtə əməl etməli olduqlarını qeyd edirlər. Həmin dörd əsas vəzifə isə belədir:
Birincisi, ölkənin infrastrukturu sağlam və iqtisadi inkişaf üçün əlverişli olmalıdır. İkincisi, enerjidir. Enerji təmini sənayeləşmə yolunda həlledici rol oynayır. Artan enerji ehtiyacını müntəzəm və təhlükəsiz şəkildə qarşılaya bilməyən bir ölkə sənayeləşmə nöqtəsində çıxılmaz vəziyyətə düşə bilər. Bu nöqtədə dövlət, ölkənin uzunmüddətli enerji ehtiyaclarını nəzərə alaraq, ölkəyə davamlı və etibarlı bir şəkildə enerji təchizatı təmin etməyə çalışmalıdır. Qeyd etməliyik ki, dünyada enerji istehsal edən ölkələrdən biri olan Azərbaycan bu baxımdan avantajlıdır.
Üçüncüsü, alman iqtisadçı Friedrich Listin irəli sürdüyü "kiçik sənaye tezisi" çərçivəsində dövlət, sənayeləşmə yolunda irəliləməyə çalışan şirkətləri xarici rəqabət qarşısında qorumağa çalışmalıdır. Nəhayət, ölkədə əsas peşə təhsili və ali təhsil ilə ölkəyə lazım olan işçi qüvvəsini hazırlamaq üçün keyfiyyətli sistem olmalıdır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham
Əliyevin 29 yanvar 2019-cu il
tarixli 500 nömrəli Fərmanı ilə
təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı" regional inkişaf
üçün böyük
əhəmiyyət kəsb edir. Bu
proqramın əsas məqsədi regionların, o cümlədən, kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti
illərdə də davam etdirilməsi, eləcə
də infrastrukturun və sosial
xidmətlərin daha da
yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun
və maddi rifahının yüksəldilməsidir.
Proqramın gələcək illərdə də davam etdirilməsi, ölkəmizin regional inkişafı və hər bölgənin
ölkə iqtisadiyyatına öz töhfəsini
verməsinə ümidləri daha da artırır.
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.- 1 sentyabr.- S.8.