Ana masa açmışdı
Ana masa
açmışdı,
Açmışdı
oğlu üçün...
Vətən
bir az acmışdı,
Acmışdı oğlu üçün.
Bəlkə
də quş apardı,
Qara bir
daş apardı,
Dəsmalda
yaş apardı,
Quru
dodağı üçün...
Ana masa
açmışdı,
Masa sinə daşında.
Şəkildən
baxan oğlu,
Sanki masa başında.
Ana
söz söyləyirdi
Bir qədəh göz yaşıyla.
Qara
çörək yeyirdi
Qapqara baş daşıyla.
Nə tez böyüdün belə?
Bu gündən ilin çıxır.
Qonşularım
deyir ki,
Qəbrindən gəlin çıxır.
Heç
olmasa əynini-
başını dəyişəydin,
Görüşünə
gedəndə
Ütülüyüb
yuduğum
Kəfəni
geyinəydin...
Oğul
heç nə yemədi,
Daş iştahı kəsildi.
Ana
yığdı qabları,
Ağladı,
sildi, sildi...
***
Mənə Şuşanı göstər
Mənə
Şuşanı göstər,
Kim
olduğunu deyim!
Ana Vətən
deyilsən,
Olar ki, bu
gün sənə
Ana bətnisən deyim?
Sənin
bətnindən axdı
Şəhidlərin
qanları,
Sən
qayalarda doğdun
O şəhid
oğulları.
Torpaq ola bilmədim,
Yarpağın,
quşun olum,
Qəlibinə
tökülüm,
Şuşam,
qurğuşun olum!
Otuz ildir
çarmıxda
Yaş
axıtdı "İsa"sı,
Şuşa
sevgi kəşfidi,
Qələbə ixtirası.
Şuşa
- qəzəbli əlin,
Masadakı
hikkəsi!
Şuşa
- geri alınan
Şirin Vətən tikəsi.
Vaqif ola bilmədim,
Dəryatək dərin imiş.
Kəndi
Xan eyləyən də
Sənin gözlərin imiş.
***
Yaş yuxular
Mən
içirəm qurtum-qurtum,
Sən gedirsən addım-addım.
Mənim
boğazım,
Sənin
gözlərin yaş...
Adlarımız
tam başqa,
Bəxtimiz əkiz, adaş.
Mənə
içindən ağla,
Tərləyən şüşə kimi.
Məni
yuxumdan çağır,
Çəkilmiş ərşə kimi.
Məni
susuz xatırla,
Mən səhra cadarıyam.
Mən balı zəhər dadan
İynəsiz bir arıyam.
Məni sənsiz
xatırla,
Mən sənsiz
şəkillərin
Uşağı, məktəblisi.
Mən sənsiz,
sənsizliyin
Ən doğması, əkizi.
Məni
uzaqda düşün,
Əlçatmazam, böyüyəm.
Kəfənlə
yaddaşını,
Mən orda da ölüyəm.
Kortəbii
adamam,
Mən təbiətəm,
koram,
Bağlan,
qana-qan deyir
Qanağlayan, koryaram.
Sus ki, bu
sükunətin
Gecəyə qardaş olsun.
Ağlama,
istəmirəm
Yuxularım yaş olsun.
Sən mənim
istəmədən
Qırdığım
oyuncağım,
Sən mənim
başqasına
Qucaq açan qucağım.
Bu gecə
də bitəcək,
Səhərlər oyanacaq.
İnan
ki, sonda sənə
O
çarpayı qalacaq.
***
Saçlarıma qar yağıb
Baxdı
saçlarıma
Uzun-uzadı,
Baxdım
saçlarına
Gözüm uzandı.
Uzandı
kirpiyim
Üzümə
kimi,
Çökdüm
qarşısında
Dizimə kimi.
Düşdü
qollarıma
Dəyib
qırıldı,
O
sınan qadından
Kəsiklər qaldı.
Deşdi
damarımı
Kor iynə
kimi,
Mənə
yalan dedi
Gözümə kimi.
Baxdı
saçlarıma
Uzun-uzadı
Dedi ki,
ağarıb,
Qar
yağır dedim.
Palçıq
da şaxtadan
Ağarır
dedim.
Çevirdi
üzünü
Getdi bir
addım,
Ağladı
bir addım,
İtdi bir addım.
Nə
saçı qayıtdı,
Nə
gözü gəldi,
Bir
gün məzarımız
Üz-üzə gəldi.
Qoydu
başdaşını
Sinə
daşıma,
Dedi ki,
ağarıb
Qar
yağır dedim.
***
Qatlanmış məktublar
Adamlara
qat düşüb,
Köhnə məktublar kimi.
Biri
ağlayır yazır,
Birinə
məktub-gəmi...
Qatlanır
ən maraqlı,
Ən çox oxunan yeri.
Ağrayır
əllərimin,
Məktub toxunan yeri.
Mən bu
yazı üstünə
Nə yazım, nəyi pozum?
Qoy məni
ciblərinə
Məktub olum, əzilim.
Mən
yarımçıq cümlənin
Pozulmuş
üç nöqtəsi,
Mən
korun barmağında,
Gəzən
ölüm kəlməsi...
***
Şair qoxusu
Yağış
yağır sən olan yerdə
Hiss edirəm...
Sümüklərim
sızıldayır
Beynim
yaş
Bax,
gözlərimə...
İstədiyin
kimi ölürəm
Aram-aram, yavaş-yavaş.
İstədiyin
kimi ölürəm,
Başqa
cür qucaqlarda,
Başqa cür qürublarda.
Alatoran
öpüşlər
Bu nə qürub, bu nə sur?
O biri
dünyalardan
Bu
dünyaya qan qusur!
Cəhənnəmlik
arzular
Sıxılma!
Yaxşı olar,
Mənə
bu içkilərdən
Sən qalırsan - susuzluq.
Bir yolum
var, gedəcəm
Birdəfəlik,
biryolluq,
Amma
darıxacaqsan
Küçənin iti kimi.
Ağ
tük də işıq görən
Tənha
başbiti kimi,
Başdan
qan içəcəksən
Hamı başımdan keçdi.
Qaşıyıb
keçəcəksən
Sevgi də
qabıq verir,
Zamanla
quruyacaq
Bir
gün O olmayacaq!
Bir
gün ONLAR olacaq!
Nə əvəzlik,
nə isim,
Nə
adlıq, nə yiyəlik,
Adam var
bir ömürlük
Adam var
birdəfəlik...
Mən
gedirəm, darıxma!
Darıxma
ki,
Qapılar
çölə açılır ancaq,
Darıxma
ki, darıxmaq
Ancaq sənə
qalacaq...
Gecələrin
qorxusu,
Bir
gün övladlarından
Gələcək
ölüb getmiş
Dahi
şair qoxusu...
***
Bir də gördün yuxusan
Bir
içimlik adamlar
Yadımdan
tərlə çıxır,
Gözümün
içinə dik
Ancaq pişiklər baxır.
Hamı
söz içindədi
Söz
iylənir adamlar,
Ürəksiz
söz deyirsən,
Ürəklənir adamlar.
Hamı
iz içindədi,
Balaca göldü hamı.
Bir də
gördün gözündə,
Boğulub öldü hamı.
Bir də
gördün yuxusan,
Ancaq yatanlar görür.
Göz
qapağın döyürsən,
İçəridən
it hürür...
***
Hamı üşüyür indi
Hamı
üşüyür indi
Hamı soyuducudu.
Kişilərin
içində
Ət
ürəyi buz tutub,
Qadınların
köksündə
Bir içim südü donub.
Bir
şüşə şərab yatır,
Ən aşağı gözündə.
Keçmişdən şəkillər var.
Soyuducu üzündə.
Hamı
üşüyür indi,
Bitmir bu qış yuxusu.
Ərisə
adamların
Yayılacaq qoxusu.
Bu isinmək
qorxusu
Ayıracaq
hamının
Sümüyünü
ətindən,
Buzlaq səltənətindən.
Qovulur Qar
qızları,
Qışın Şaxta babası.
Yay gələndə
dilənir,
Amma mənim
evimdə
Soyuducu bəslənir...
Tapmaca
qadın
Qadınlar
ağlayır,
Kişilər
içir...
Qadının
içi çaxır,
Kişinin çölü çaxır.
Gözləri
yol yorğunu,
Sözü ağzında dustaq.
Xoşbəxt
görünmək asan
Bir az saç, bir də daraq.
Qırıq
güzgü parçası,
Süni dodaq qaçması.
O
qadın tapmacadır,
Açması
bir kişinin
Tənha içki açması.
***
Tək qalanların sayı...
İşıqlandıqca
evlər
Pəncərə güzgü olur.
Sən
küçəyə baxırsan,
Sən
küçədən baxırsan...
Evdə
bir darıxırsan,
Çöldə bir darıxırsan.
Arada bir
şüşə var
Buxardan içi tərdi.
Tək
qalanların sayı,
Gecə
işığı düşən
Pəncərələr qədərdi.
***
Vergül qoy məndən sonra
Bircə
bənd şeir qaldı,
Üzünə deyib getməyə.
Bircə
bənd bəndə qaldı,
Unudub əzbər deməyə.
Sənin ev tapşırığın,
Həyatdan xaric oxu.
Çarpayın
kök altında,
Ürəyinə də doxu.
Üçüncü
şəxsin təki,
Əvəzliksən hamıya.
Min felə
aldanmısan,
Gəlməmisən bir saya.
Min sifət
gördüm səndə,
Nə
tamamlıq, nə təyin,
Mübtədası
ayrılıq,
Səndən gələn xəbərin.
Halın
yiyəlik deyil,
Saitin
dodaqlanır,
Vergül
qoy məndən sonra,
Mötərizən bağlanır.
***
Bayraq Ata
- Ana, atam
kim olub?
- Bayraq
olub, can bala!
- Bəs Orxanın atası?
- ...
- Bəs Faiqin atası?
- ...
- Onlar
bayraq deyillər?
- Gəl,
dərsə hazırlaşaq...
-
Atamın üç rəngi var...
- Gətir
kitablarını.
- Necə
ölür atalar?
- Bunu sənə
kim deyib?
- Sinif
yoldaşım Həsən.
- Qulaq
asma sən ona.
- Ana, sabah görəsən...
- Atan
bayraqdı sənin...
-
Qucağına istədim...
-...
- Bəs
sən darıxmırsan heç?
- Söz
vermişəm atana.
- Bəs
niyə ağlayırdın?
- Hardan
düşdü yadına?
- Yuxuda
dedi atam.
- Yuxuda?
- Hə,
yuxuda.
-
Başqa nə dedi, balam?
- Dedi
ayım, ulduzum...
-
Başqa?
-
Yaşıl, qırmızım.
-
Gördün? Bayraqdı atan!
- Bəs Faiqin atası?
- O da
bayrağı tutan.
***
Mən şəhid anasıyam!
Mən
şəhid anasıyam!
Pəncərədi
gözlərim!
Titrəyər
dodaqlarım
Vətən
sağ olsun!
Ürəyimin
başı şəkil siyirtməsi,
Əlcəklərim
övladımın çəkməsi...
Sən
bilməyəcəksən,
Nədir ananın torpağa süd verməsi.
Məzarı
yırğalamaq,
Daşlara
laylay demək,
Yasında
xına çəkmək,
Ağlayan
qohumlara
Oynayın, toydu demək.
Mən
şəhid anasıyam,
Boş eyvandı həmdəmim.
Külək
yol saçlarımı
Dən dənəm,
dən-dən
Qurut
yaş örpəyimi,
Solmuş
görünməliyəm,
Quru
görünməliyəm!
***
Mən şəhid atasıyam!
Mən şəhid
atasıyam!
Belimdən
gələn oğlum
Belimin büküşündə.
Təsəllim
başsağlığı
Gələnlərin
dediyi
- Allah rəhmət
eləsin!
Dilucu
cavablarım
-
Çox sağ ol,
cansağlığı...
Mən şəhid atasıyam!
Oğlumun büründüyü
Ayım var, ulduzum var,
Gecəm yox, gündüzüm var.
Mənim yaşayanlara
Bircə kəlmə sözüm var -
Mən
şəhid atasıyam!
***
Torpaq olan oğullar
Yağmur
qanayır yavrum,
Pəncərənin
o tərəfi sən,
Pəncərənin
o tərəfi əsgər yolu...
Şəmsiyə
tut baş daşıma
Yağan göz yaşı - dolu.
Gözü
yolda qadınlar
Yuxuları
səngərdə
Gələn
tabut xəbəri,
Yerə
düşən çəngəldə
Üzümüz
qışa gedir
Üzümüz
qırışlara...
Şəhid
torpağa hopur,
Qoşulub yağışlara.
Yağmur
qanayır yavrum,
Qaysaq bağlar buludlar.
Biz torpaq
istəyirik,
Onlar torpaq olurlar
Mehman Rəsulov
525-ci qəzet.-2021.- 4 sentyabr.- S.23.