Kubartla ifadə olunan vətən eşqi

 

13 yaşlı Ayxan Əlizadə kubik-rubiklərlə sənət əsərləri yaradır

 

Müsahibim - Ayxan Əlizadə kubartla məşğuldur. O, hər birimizin uşaqlığında sevərək oynadığı, çoxumuzun düzəltməyi heç cür bacarmadığı kubik-rubiklərlə gözəl sənət əsərləri yaradır. Son zamanlar daha çox diqqət yetirdiyi mövzu isə Vətən müharibəsi qəhrəman şəhidlərimizdir. O, kubik-rubiklərlə şəhidlərimizin portretini yaradır. Bu istedadıyla cəmiyyətin diqqətini cəlb edən Ayxan Əlizadəylə həm bu fəaliyyəti, həm ümumiyyətlə, vətənpərvərlik mövzusundakı düşüncələriylə bağlı söhbət etdik.

 

Ayxan Əlizadə 2008-ci il 25 dekabrda Sumqayıt şəhərində anadan olub. 1-ci sinifə 2014-cü ildə Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbə gedib. Hazırda həmin məktəbin 7-ci sinif şagirdidir.

 

Deyir ki, bu kubik-rubiklərlə uşaq yaşlarından tanışdır. Hətta onlarla ilk tanışlığında rənglərin qarışdığını, sonra düzəltmək lazım olduğunu bilməyib. Amma yutubda buna aid videolar izlədikdən sonra özündə bunlara qarşı maraq yaranıb:

 

"Məndə daha uşaq yaşlarından kubik-rubiklərə maraq var idi. İlk dəfə kubiklərin qarışdırıb yığılmasına 9 yaşımdan başladım. Əvvəllər kubikləri yeni-yeni bir neçə saata qarışdırıb yığırdım. Lakin daha sonra sosial şəbəkələrdən kubikləri necə tez yığa biləcəyimi araşdırmağa başladım. Bir müddət məşq etdikdən sonra kubik-rubiklərin hazırlanmasını daha qısa zamanda öyrəndim. Bu işdə müəllimim Həzrət Məmmədrzayevin dəstəyi oldu. Öyrənmək üçün onun yanına üç dəfə getdim. Sonra isə portretlərdə kömək etmək üçün gedirdim. Hazırda kubikləri 30-50 saniyə zaman intervalında hazırlayıram bunun üçün 600-dən çox alqoritmdən istifadə edirəm".

 

 

 

Ayxan bu işdə təkcə bir formalı kublardan istifadə etmir. O, müxtəlif ölçülü, dizaynlı kubik-rubiklərdən istifadə edir hər birini eyni cəldliklə yığmağı bacarır. 2020-ci il 27 sentyabrda başlanan 44 gün davam edən Vətən müharibəsi isə onun bu istedadını məhz vətənpərvərlik yönündə istifadə etməsinə stimul verir. Böyük tarixi qələbəmizin sevincini ifadə etmək, şəhidlərimizin xatirəsini yaşatmaq üçün Ayxanın da əlindən gələn məhz bu idi. Bunu da etdi:

 

"İlk dəfə kubiklərdən portret yaratmaq ideyası Vətən müharibəsi başlayanda yaranmışdı. Vətən müharibəsi başlayanda dayım ehtiyatda olan zabit olduğuna görə könüllü olaraq cəbhəyə yollandı. Həmin ərəfələr evdən dayımla tez-tez maraqlanırdılar mən ilk dəfə II Qarabağ müharibəsində "QARABAĞ AZƏRBAYCANDIR!" ifadəsini kubik-rubiklərlə hazırladım. Sonra isə dayımın portretini hazırladım. Artıq qələbəyə doğru irəliləyirdik məndə belə bir ideya yarandı ki, şəhidlərimizin portretini yaradım. İlk dəfə Xudayar Yusifzadəni, Nahid Səfərovu başqa şəhidlərimizin portretlərini yaratmağa başladım. Şuşa azad olunandan sonra isə "Şuşa, gəlirik" cümləsini kubik-rubiklərlə düzəltdim. Şuşanı görmək ən böyük arzularımdan biridir. İnşallah, gedib o gözəl yerləri görəcək, orda daha gözəl əsərlər yaradacağam".

 

Biz təkcə bir kubu düzəltməyi bacarmazkən, 13 yaşlı Ayxan yüzlərlə kubik-rubikdən müxtəlif insanların portretini yaradır. Bu, həm ciddi vaxt əmək tələb edir. Biz müsahibimizdən ən çox ən az zaman sərf etdiyi portretləri xəbər aldıq:

 

"Ən çox zaman sərf etdiyim portret Milli Qəhrəmanımız, şəhid generalımız Polad Həşimovundur. Onun portretini hazırlamaq üçün 21 saat vaxt sərf etmişəm. Ən tez zamanda hazırlanan portret isə şəhid Mehrab Niftəliyevin portreti oldu. 17 saatda bitirdiyim həmin portreti hazırlamaq üçün 494 ədəd kubdan istifadə olunub".

 

Təbii ki, şəhid olmuş övladlarını geri qaytara bilməsək , onların xatirələrinin yaşadılması üçün görülən hər bir , göstərilən hər bir diqqət şəhidlərimizin ailələri üçün kiçik olsa təsəllidir. Ayxan kimi yaşı kiçik, ürəyi vətən sevgisi böyük gəncimizin əl əməyini məhz şəhidlərimizin portretlərini yaratmaq üçün sərf etməsi, əminəm ki, onların ailələrini çox sevindirən bir hadisədir. Demək ki, canını, qanını bu vətən, bu xalq yolunda qurban verən qəhrəmanlarımız unudulmur. Gənc nəsil onları sevir, xatirələrini hər zaman əziz tutur. Ayxan deyir ki, bəzən şəhid ailələri özləri övladlarının şəkillərini göndərirlər, bəzən portreti hazırlayandan sonra xəbərləri olur bu yaradıcılıq işindən. Lakin təəssüf ki, maddi baxımdan portretləri olduğu kimi saxlamaq, ailələrə hədiyyə etmək mümkün deyil. Yeni portreti yaratmaq üçün lazım olan kubik-rubikləri köhnəni sökərək əldə edir. Amma müasir texnologiya yaradılan hər bir əl əməyinin lentlərdə, fotolarda uzun müddət yaşadılması, qorunması ünvanına çatdırılması üçün əlverişli şərait yaradır. Ayxan da məhz texnologiyanın yaratdığı bu şəraitdən istifadə edərək yaradıcılıq işlərini əbədiləşdirir:

"Yaratdığım əsərləri videoya çəkirəm, həmin şəhid ailələrinə göndərirəm, sonra isə özümün sosial şəbəkələrdəki səhifəmdə paylaşıram. Yenisini hazırlamaq üçün isə yeni kublar lazımdır, maddi sıxıntı üzündən, yaratdığım portreti sökmək məcburiyyətində qalıram. Amma bunu çox istəksiz şəkildə edirəm".

 

Təkcə şəhidlərimizin portretləriylə yetinmir müsahibim. O, həm Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin, qələbəmizin üç minə yaxın Vətən müharibəsi şəhidlərimizin simvolu olan Xarıbülbülün rəsmlərini yaradıb. Deyir ki, Ulu öndər Heydər Əliyevin portretini 10 saat ərzində hazırlayıb:

 

"Bu portreti sevə-sevə, böyük qürur hissiylə hazırladım. Həm üzərimdə böyük bir məsuliyyət vardı. Çünki Azərbaycanın Ümummilli liderinin, Heydər Əliyev kimi dahi şəxsiyyətin portretini hazırlayırdım. Çalışırdım ki, ən yaxşı şəkildə alınsın".

 

Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruğu"nun əks olunduğu portreti isə Ayxan müəllimiylə birlikdə hazırlayıb. Bu portretə ümumilikdə 14-15 saat vaxt sərf ediblər. O, bu əsərlə Ali Baş Komandanın Vətən müharibəsinin taleyini həll edən dəmir yumruğunu əks etdirərək Azərbaycan xalqının birgə gücünü, əzmini, cəsarətini göstərdiyini deyir.

 

Onun müəllimiylə birgə hazırladığı növbəti əsər isə Vətən müharibəmizin simvolu olan Xarıbülbül emblemidir. Onlar şəhidlərimizin ruhuna, qələbəmizə həsr etdikləri bu əsəri iki günə, ümumilikdə isə 18 saata yaradıblar. Hazırda isə Ayxan bütün əsərlərini özü təkbaşına yaradır.

Ayxan Əlizadənin gələcəklə bağlı planları, ideyaları düşüncələri məhz bu sənətlə əlaqəlidir:

 

"Gələcəkdə bu sahəni inkişaf etdirmək üçün özümə emalatxana yaratmaq fikrim var bu sahəyə həvəs göstərən istedadlı uşaqlara bunu öyrətmək istəyirəm".

 

Müsahibəmizin sonunda həmsöhbətim Ayxanla vətənpəvərlik duyğularından, vətənə, torpağa, xalqa olan sevgisindən də söz açdıq. Cəmi 13 yaşı olan, Qarabağın işğalından 15 yaş kiçik olan Ayxanın qəlbindəki vətən sevgisi insanı heyrətə salır. Hiss etdim ki, o, vətənə olan sevgisini dildə danışmağın deyil, əməldə göstərməyin tərəfdarıdır. Elə Azərbaycan gəncliyinin vətənpərvəlik hisslərini də məhz əməldə ən yüksək şəkildə göstərdiklərini deyir:

 

"Bilirsiniz, gənclərimiz vətənpərvərliyini II Qarabağ müharibəsində layiqli şəkildə göstərdilər. Mənim üçün vətən anadır, müqəddəsdir, əzizdir".

 

AyxanAyxan kimi balaların Azərbaycan sevgisini, milli təəssübkeşliyini görmək insanda bu xalqın, bu vətənin gələcəyinə olan ümidləri daha da artırır. Demək ki, şəhidlərimizin uğruna canını verdiyi, qazilərimizin, döyüşçülərimizin gözləri qırpmadan savaşdığı o amal bu gün layiqli və əmin əllərdir. Cəmi 13 yaşında əlinin istedadından məhz vətən müharibəsinin, şəhidlərimizin təbliğatı üçün istifadə edən Ayxan və digər yaradıcı uşaqlar bu yurdun gələcəyə olan inamı, arxayınlığı, azad nəfəsidir.

 

Ayxan Əlizadəyə seçdiyi bu yolda uğurlar arzulayır, şəhidlərimizə Allahdan rəhmət diləyirik!

 

 

 

Şahanə Müşfiq

 

525-ci qəzet.-2021.- 4 sentyabr.- S.15