"Şərəfsizlik tarixi, yaxud Vernadski
prospektində"
Ötən
il sentyabrın 27-dən başlayıb 44
gün davam edən və sonda işğal altındakı ərazilərimizin
azad olunması ilə bitən Vətən müharibəsi
tariximizin ən parlaq səhifəsinə, Azərbaycan
xalqının iftixar və qürur mənbəyinə
çevrildi. Müzəffər Azərbaycan
Silahlı Qüvvərinin Ali Baş Komandanın rəhbərliyi
altında cəmi 44 günə mümkünsüzü
mümkün etdi. 30 il davam edən ədalətsizliyə
dözən, böyük səbr göstərən Azərbaycan
xalqı sonda sarsımaz birlik nümayiş etdirərək bu
mənfurların ədalətsizliyinə son qoydu. Azərbaycan xalqı öz liderinin ətrafında
sıx birləşərək bütün dünyaya
gücünü, mətinliyini, mübarizliyini nümayiş
etdirdi. Noyabrın 8-i xalqımızın
tarixinə şanlı, qızıl hərflərlə
yazıldı.
Bəli,
məhz Vətən müharibəsi dövründə Azərbaycan
hərbçisinin nümayiş etdirdiyi cəsarət, rəşadət,
qarşısına qoyulan bütün
tapşırıqları şərəflə, dəqiqliklə
yerinə yetirməsi nəticəsində bu gün yeni əsrin
müharibəsini aparmış qalib Azərbaycan Ordusunun
qüdrətindən danışılmaqdadır. Böyük
Qələbə, ordumuzun qalibiyyəti barədə artıq
kitablar, hərbi dərsliklər, elmi və publisistik məqalələr
yazılmaqdadır. Yazıçı
Hüseynbala Mirələmovun bu günlərdə işıq
üzü görən "Şərəfsizlik tarixi, yaxud
Vernadski prospektində" sənədli əsəri də məhz
belə nümunələrdəndir. Kitabda
misli görünməmiş erməni qəddarlığı
danılmaz faktlar və tarixi sənədlər əsasında,
müəllifin ədəbi ümumiləşdirmələri
və dolğun bədii təsvirləri vasitəsilə
oxuculara təqdim olunur. 30 illik həsrətimizə,
nisgilimizə son qoymuş Vətən savaşını bir
möcüzə adlandıran yazıçı həmin hərbi
əməliyyatların dünyanın müxtəlif ölkələrinin
hərbi məktəblərində XXI əsrin ilk yeni tipli savaş
taktikası və strategiyası kimi öyrəniləcəyindən
əminliyini ifadə edir. Rəşadətli Ordumuzun, Vətən
yolunda canından keçmiş fədakar şəhidlərimizin,
qəhrəman qazilərimizin və heç şübhəsiz
ki, xalqı öz ətrafında bir yumruq kimi birləşdirən
Silahlı Qüvvələrimizin Ali Baş Komandanın müəllifi
olduğu böyük qələbə əsərdə milli
birliyi möhkəmləndirən tarixi sınaq kimi qiymətləndirilir.
Kitabın əsasını təşkil edən sənədlərdə
dövlətin və onun başçısı - İlham
Əliyevin fəaliyyət xətti aydın izlənilir. Məhz onun iradəsi
və liderlik keyfiyyətləri, strateji məqsədlərlə
düşünmək və onlara çatmaq
bacarığı, möhkəm siyasi və mənəvi
mövqeyi ölkənin inkişaf sürətini müəyyən
etmiş, onun dünya miqyasında tanınmasını, Vətən
müharibəsində qələbəsini təmin
etmişdir.
Əsərin əsas ideyası illərlə davam edən
erməni işğalçılığını,
torpaqlarımızın azad olunması ilə nəticələnən
Vətən müharibəsinin gedişini, həmin ərəfədə
baş verən prosesləri xroniki qaydada oxucuya
çatdırmaqdan ibarətdir. Kitabı vərəqləyən hər
kəs Böyük Qələbənin əsas formulu kimi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin dönməz
siyasi iradəsini, proseslərə strateji baxışı və
sistemli yanaşmasını, son illərdə
yürütdüyü uğurlu daxili və xarici siyasəti,
erməni işğalı ilə barışmayan
xalqımızın və gənc nəslin torpaqlarımızı
azad etmək əzmini, Prezident-Xalq-Ordu birliyinin vahid dəmir
yumruq kimi birləşdiyini görür və bununla qürur
duyur. Kitabda Osmanlı imperiyası dövründən
bu günə qədər ermənilərin törətdikləri
vandalizm, qanlı terror aktları sistemləşdirilib bədii
ensiklopediya formasında tərtib edilib. Kitab
uzun dövr ərzində davam etmiş erməni terrorizmini
ifşa etmək, son illər baş vermiş hadisələri,
Azərbaycan Prezidentinin bütün fəaliyyətinin məhz
torpaqların işğaldan azad olunmasına yönəldiyini
daha müfəssəl təqdim etmək üçün 39
hissəyə bölünüb. Müəllif
kitabda erməni qəddarlığını konkret faktlar,
tarixi sənədlər əsasında təqdim edir. Mətn oxucuya müəllifin öz dilindən, habelə
əsgərlik dostu, Moskvada, Vernadski prospektində yaşayan
rus türkoloqun təsvirləri və onun mənzilində
kirayənişin kimi yaşayan üç erməni gəncin
yazdığı kitab şəklində
çatdırılır. Əsərdən
aydın görünür ki, erməni gəncləri nədənsə
başa düşmək istəmirdilər ki, onların
törədilən vəhşiliklərlə öyünmələri
əslində, cinayətə rəvac verməkdir.
Xalqlarının guya "Şərəf tarixi"ni yazdıqlarını güman edən bu alitəhsilli
tələbələr on illərlə millətçi həmyerlilərinin
törətdikləri qanlı terrorları qəhrəmanlıq
aksiyaları adlandırmaqla ən böyük pisliyi elə
özlərinə qarşı edirlər.
Kitabda da
qeyd olunduğu kimi, əslində, erməni millətçilərinin
ərazi iddiaları təkcə Osmanlı imperiyasının
varisi olan Türkiyə və Azərbaycanla bitmir, onlar hələ
lap SSRİ-nin yaranışının ilk dönəmlərində
Kremldə mövqelərinin güclü olmasından istifadə
edib Azərbaycanın Dağlıq Qarabağ və
Naxçıvan, Gürcüstanın Axalkalaki bölgələri
ilə yanaşı, Rusiyanın Krasnodar diyarına da
iddialarını ortaya qoyub, Rusiyanın cənubunda yerləşən
Armavir şəhərini dırnaqarası Böyük Ermənistanın
paytaxt şəhərlərindən biri adlandırıblar. Krasnodar diyarında yerləşən Soçiyə
qarşı iddialar da zaman-zaman irəli sürülüb.
Bir neçə il əvvəl isə onlar
Rusiyanın Yakutiya Respublikasının qədim erməni
diyarı olduğunu iddia edən və bununla bağlı həqiqətə
uyğun olmayan informasiyalar yayıblar. Budur, erməni
xalqının əsl siması... Yolları ermənilərlə
kəsişmiş hər bir xalqın məşhur şəxsləri
bu xalqın iç üzünü görən kimi onlar barədə
neqativ fikir səsləndiriblər. "Şərəfsizlik
tarixi" əsərində həmin sitatların bir qismi
toplanaraq oxuculara təqdim olunub. "Sən
köləsən, sən qorxaqsan, çünki sən ermənisən"
(A.S.Puşkin), "Erməniləri bir millət kimi yer
üzündən silmədiyimiz üçün gələcəkdə
ya məni alqışlayacaqlar, ya da lənətləyəcəklər"
(Əmir Teymur), "İndi olduğu kimi, keçmişdə
də qədim hayların ağızdan-ağıza keçən
nəğmələrə həvəsləri olmayıb.
Ona görə də kəmağıl, nadan və vəhşi
adamlar haqqında danışmaq lazımsızdır" (Musa
Xorenatsi), "Ermənilər qədimdən ikiüzlü və
riyakardır" (Korneli Tatsit), "Ermənilər sağ
qalmaq üçün öz qadınlarını digər
xalqlara satan ilk millətdir" (Karl Marks) və
s.
Müəllif əsərdə ermənilərin müxtəlif
illərdə törətdikləri Quba qırğını,
Xocalı soyqırımı, Şamaxı
qırğını kimi terror aktlarını bütün bəşəriyyətin
faciəsi adlandırır. "Hətta ən qəddar manyak
belə törətdiyi cinayətdən ermənilər qədər
ləzzət almayıb, almayacaq da", - deyə H.Mirələmov
qeyd edir.
"On
milyonlarla insanın ölümünə səbəb olan,
döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə
27 milyon hərbi xidmətçinin həyatını sona yetirən,
bundan başqa, 25 milyona yaxın dinc əhalinin həyatına
son qoyan müharibədə faşist cəlladlarının
silahdaşları olmaları ilə fəxr edən bir xalqdan nə
gözləmək olar axı?! Hətta müasir almanlar
özləri belə faşizm tarixlərindən
utandıqları halda, Adolf Hitlerin adını
aşağıladıqları halda bu xəstələr
faşizmə xidmətləri ilə qürurlanırlar, Njdeni
peyğəmbər adlandırıb ona təzim edirlər",
- deyə müəllif qeyd edir.
Bəli, Azərbaycan xalqı 44 günlük müharibənin
sonunda təkcə işğal altında olan
torpaqlarını azad etmədi, həm də ilahi ədaləti
bərpa etdi.
Erməni xainləri ordumuzun bu rəşadətli
hünəri qarşısında diz çökdü. Yalan və hiylə ilə qurulan qondarma rejim
özünün çürüklüyünü və
iflasa uğradığını etiraf etdi. Dünyanı öz çirkin, bəd əməlləri
ilə əsas həqiqətlərdən yayındırmaq istəyən
xain düşmən ilahi həqiqəti aldada bilmədi.
Otuz il bundan əvvəl ayaqyalın evindən,
doğma yurd-yuvasından didərgin saldıqları
insanların taleyini bu gün özləri yaşadılar. Terrorçu dövlət olan Ermənistanın dəstəklədiyi
terror siyasətinin sülhü təhdid edən vasitə kimi
ortadan qaldırılması istiqamətində işğalçı
ölkəyə yaxşı dərs verildi. Özü haqqında məğlubedilməzlik
sindromu yaradan Ermənistan silahlı qüvvələri
qısa müddət ərzində darmadağın edildi.
Azərbaycan hərb tarixinə yenilik kimi
düşən strategiyanı tətbiq edərək, ən
müasir silahlardan istifadə etməklə, habelə minimal
itkilər verərək qısa müddət ərzində
düşmənin əksər hərbi texnikasını məhv
etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Ermənistanın və onun havadarlarının
işğala və tədricən Azərbaycan ərazilərinin
ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən
yeni siyasi reallıq yarandı. Yekun nəticədə
Azərbaycan vətəndaşlarının 30 ilə yaxın
davam edən torpaq həsrətinə son qoyuldu.
"Beləcə, ermənilərin özlərinin
"Şərəf tarixi" kimi yazdığı kitabı
"Şərəfsizlik tarixi" adı altında oxumaq azərbaycanlılara
qismət oldu. Hazırda təqaüddə olan sadə bir
türkoloqun zərbəsi ilə laxlayan, saxtalığı
önə çıxan bir ideologiya olan erməni millətçiliyinin
bu aqibəti həqiqətən də tarixin əsl
ironiyasıdır. Yüz illərdir ki, qulaqları dəng edən
bir milləti yola verənlərə, onların qəlbini
qırmaq istəməyənlərə, nəticədə
onların havadarlarına çevrilənlərə isə bir
ittihamdır. Bu tarix həm də bizim ayılma, bir daha qəflət
yuxusuna getməmə, hər zaman ayıq-sayıq qalma tariximiz
olmalıdır. Çünki tarixin bir ümdə xüsusiyyəti
də onun təkrarlanmağa meyilliliyidir. Azərbaycan
xalqının bundan sonra səhv etməyə haqqı
yoxdur", - deyə müəllif sonda bildirir.
Rafiq
ƏLİYEV
525-ci qəzet.- 2021.- 7 sentyabr.- S.12.