Qalxaydım buludlara,
uçaydım sənə sarı...
"Qarabağ şikəstəsi"ni oxuyar,
Şuşadan çıxan o sonuncu
zabit,
Qayıdacağıq deyib
Dəfn
edər yaddaş məzarıstanında,
Hey qisas gözləyən nakam ruhların
Susmayan harayını.
Əsir
düşmüş körpə
gülüşləridir -
Döyülməkdən sırtılan ən pis uşaq ,
Ölümdür müharibə!..
İşğal olunmuş saysız
ümidlərdir,
"Topxana"dan gələn imdad səsləri,
Qəbirlərdir yiyəsiz.
Kaş üşüyən vüqarımın
çiyninə,
Buşlatını atasan, şanlı
əsgər
Həsrət gözümü qırıb
-
Bakının havası düşmədi
yaman,
Qohumlarım xatirə oldu bir-bir ,
Quş olub uçdu hamı.
Quruyar gözlərimdən axan çaylar,
Dalğalanar göydə zəfər bayrağı
Duman olub çəkilər,
Gözümüzdən vətənsizlik
qorxusu;
Xoşbəxtlikdən hamıyla qucaqlaşar,
Doğmalaşar insanlar.
Həqiqətin dilində azan verər,
Yarası
sağalan Şuşa
məscidi
Dayanıb namaz qılar,
üzünü küləyə
tutan çiçəklər.
Dağlara düşən şəhid
qanı dönüb,
qırmızı lalə
olar.
***
Səngərə yağış yağır
-
rəngi qırmızı.
Analar
balası sağ-salamat
qayıtsın deyə,
dua edər namaz üstə.
Doluxsunar
məscid minarələri,
ağlayar hönkür-hönkür
oğullarını dəfn
edən atalar.
"Müharibənin əzizi ölsün!"
yazar taxta hasarlara
həyətdə oynamağa top tapmayan
oğlan uşaqları.
Salavat çəkər hər gün,
təzə qəbrin üzünə
al qırmızı qərənfillər
Səs gələr hardansa:
"Komandir, tunelə
girdik!" -
baş-başa verib ağlaşar
salxım söyüdlər,
tullayar günəşə
sarı
buşlatını əsgər
Axşam
düşər...
***
Ev kirayələsəm dənizə
yaxın:
hər gün sahildə dayanıb
niyyət etsəm,
dalğalansa suları,
ləpələnsə köynəyinə
hopmuş dörd
misralıq
ayrılıq şeiri.
Musa olub çıxıb gəlsən
sudan,
sübh namazı vaxtı
doğulsan təzədən
-
qanadlansa arzularım
qağayılar tək...
Seyid
AYNUR
525-ci qəzet.- 2021.- 29 sentyabr.- S.23.