Hələ boş ev var

 

Ovcumun içində bişir çörəyim,

Hərdən küt gedəni olur görürsən.

Kirayə mənzilə dönüb ürəyim,

Gələni, gedəni olur görürsən.

 

Uzanır ömür-gün torpaq yol kimi,

Hər ötən yolçunun tozanağı var.

Kimi baxıb keçir quru kol kimi,

Kiminin gözündə göz qınağı var.

 

Yanıram ürəyi qısıq olana,

Sonuncu tikəmə baxıb doyuram.

Hərdən umduğuna umsuq olana,

Mən də ürəyimdən bir pay qoyuram.

 

Gələnin dərdi var, gedənin yükü,

Hər kəsə pay çatar Allaha qalsa.

Kasıba paltardı bir quşun tükü,

Quşun da yiyəsi insaflı ola.

 

Yüksək kürsülərə çıxır yalanlar,

Cırtdan tikəsinə göz dikən dev var.

Küçədə qalanlar, evsiz olanlar,

Gəlin, ürəyimdə hələ boş ev var.

 

 

 

Hər kəs qalır

 

Axıb gedir günlər, aylar,

Geriyə bir həvəs qalır.

Ümidin əldən saldığı

Dəymədüşər nəfəs qalır.

 

alan, satan udur,

Sanır ki, daş atan udur,

Ara yerdə şeytan udur,

Bizə bəhsəbəhs qalır.

 

Dən düşüb itir içində,

Gör

lər bitir içində,

Səs uçub gedir içindən,

Yerində boş qəfəs qalır.

 

Hönkürüb boylanır bəri,

Bir qanadı qırıq pəri,

Qayıdıb baxıram geri

Məndən başqa hər kəs qalır.

 

 

 

Düşür

 

Sən uca, kölgəli dağ,

Baxanda papaq düşür.

Kölgən qonaq sevəndi,

Hər gün bir qonaq düşür.

Göy durur yeddi qatda,

Yeddi bük, yeddi qatda,

Qurduğun çadır altda,

Hər fəsil yığnaq düşür.

 

Var olan eləcə var,

Bar verən gətirir bar,

qədər sevənin var,

Sevginə ortaq düşür.

 

 

 

Biz endik, sən qaldın

 

İsti bir yay günü,

Bir ağac altda,

Üzün göy üzünə çox oxşayırdı.

Üfüq yaxın idi, gün batabatda,

Sənin gözəlliyin göz oxşayırdı.

 

Üzündə ilıq bir təbəssüm vardı,

Gözün gizlədirdi öz qüssəsini.

səni tanıyır,

sözüm vardı,

axtarırdı ruhum səsini.

 

Arabir ötürdün yanımızdan sən,

Gəlişin sərin bir külək kimiydi.

Göydənmi enmişdi bu can, bu bədən,

Sən bəyaz geyinmiş mələk kimiydin.

 

Ayrıldıq, əl qatdı zaman özünə,

Ayrıldıq,

Sən qaldın o ağac altda.

Qalxmışdıq yanına, o göy üzünə,

Biz endik, sən qaldın yuxarı qatda.

 

 

 

Öldürüb gedir

 

Bu dərdimi mələklərə

Nədəndi bildirib gedir.

Adım Lövhü-məhfuzdaydı,

Pozdurub, sildirib gedir.

Gəlib görür üç-beş məni

Dərdim qurudur çeşməni.

Ara yerdə dost-düşməni,

Üstümə güldürüb gedir.

Arısı yoxdu şan versin,

Yağı yoxdu, yavan versin,

Gəlmişdi cana can versin.

Bilmir ki, öldürüb gedir.

 

 

 

Bir Qarabağ şikəstəsi... 

 

Qaldırın qollarınızı,

Qaldırın.

Bir az şənlik edək.

Qarabağ şikəstəsi altında

Rəqs edək.

Arzularımız

Cəngi havası ilə rənglənsin.

Ayaqlarımız eyni ahəngə köklənsin.

Addımlayıb gedək

İşğal altındakı torpaqların üstünə.

Tökülsün günəşin şəfəqləri

Şuşa qalasına sancılan

Üçrəngli bayraqların üstünə.

Qaldırın qollarınızı.

Döyüşə-döyüşə,

Düşmənlərdən təmizləyib,

Açın yollarınızı.

Hamının üzündə

Məğlubiyyətdən doğan xəcalət təri.

Sən ey məğlub ölkənin əsgəri,

Silahını saz kimi sinənə basıb,

Ürəkdən bir

Qəhrəmanı havasını çal.

Çal, düşmənlərin halvasını çal.

Qaldırın,

Qırıq quş qanadları kimi sallanan

Qollarınızı qaldırın.

Yeriyin düşmən üstünə,

Şuşada ermənilərə

Bir Qarabağ şikəstəsi  çaldırın.

 

 

 

Çatır

 

Qısalıb dünyanın boyu,

Əl atsan başına çatır.

Verdiyi adamına,

qurd-quşuna çatır.

 

Üşüməz çörəyi varsa,

Bir yırtıq köynəyi varsa,

Əl-ovcunda nəyi varsa

Bir yarma aşına çatar.

 

Uyar çoban tütəyinə,

Qonar arı pətəyinə,

Əl yetməsə ətəyinə,

Gücü göz yaşına çatar.

 

durulub, arına,

görsə gəlməz arına,

Kəbənin divarına,

qara daşına çatar.

 

 

 

İyulun son şeiri 

 

Dalğın, yorğun baxışlar,

Məğlub yamaclar,

Uduzulmuş yoxuşlar.

Göy üzündə

Yağmağa fürsəti olmayan yağışlar.

Havalı bir sıxıntı.

Heç yerdə əl atıb tutmağa

Yox bir çıxıntı.

Deyəsən, üzaşağı gedirəm.

Bəlkə qayıdası olmadım.

Hər kəsi dost bildim,

Kimsəyə asi olmadım.

Sinəmdə qaçqın düşüncələr,

Yurdsuz fikirlər.

Ayağı xınalı arzular.

İçimdəki daşlar üzərində səkir.

Gözüm solğun şəkil.

Üzüm mürəkkəbi qarışmış məktub.

Bu gecə gözümü qan tutub.

Bir azdan əllərim

Yeni bir şeirin qanına bulanacaq.

Göy üzü sulanacaq,

Köynək kimi söküləcək.

Bir azdan

Buludlar

Aşağı töküləcək. 

 

 

 

Gedək günəş doğan yerə

 

Keçdi bahar, ötdü payız,

İllər bizi ayrı saldı.

Mən tək oldum, sən yalqız,

Fələk bizdən ömür çaldı.

 

Yuxu kimi keçdi aylar,

sən gəldin, mən çatdım.

Elə səmtsiz axdı çaylar,

Sən dərd aldın, mən qəm satdım.

 

Biz iki dağ, aramızdan

Bir ayrılıq çayı axır.

Kimsə görmür, çiynimizdə

Dərd çəkirik, dağdan ağır.

Gəl, ayrılıq sona yetsin,

Sığın könlüm sığan yerə.

Tut əlimdən çıxaq gedək,

Gedək günəş doğan yerə.

 

 

 

"Mənsuriyyə"

 

Bir səs tutub yeri, göyü,

Su yerinə səs ələnir.

Bürünüb tarın səsinə

İsti bir nəfəs ələnir.

 

Kaman elə havalanıb,

Səs götürüb onu gedir.

Qavalın köksü sökülür,

Tarın qızıl qanı gedir.

 

Həllac Mənsurun külüdü,

Səpilir Dəclə çayına.

Nəsimi qələm götürüb

Gəlir səsin harayına.

 

Qalxır Xanın qəlyanından,

Tüstüsü səsi qaynadır.

Mələyi göydən endirir,

Adamı yerdən oynadır.

 

Köçüb gedib bu dünyadan,

Bir səsin yuvası qalır.

"Mənsuriyyə" köç havası,

Bir Yaqub nəvası qalır.

 

 

 

Sən ey şüşəyığan...

 

Səndə insaf yoxmu, ey şüşəyığan,

Bilsən ürəyimi necə yaxırsan.

Mən içki şüşəsi, o, su şüşəsi,

Nədən ikimizə eyni baxırsan?

 

Baxma lüt-üryanam, bir boş şüşəyəm,

Sən ey şüşəyığan bir az yaxın gəl.

Dünən bir süfrənin şahı idim mən,

Bir şah məclisində gəzirdim əl-əl.

 

Çox uca vitrinlər bəzəyi olduq,

Necə ki, doluyuq, göz önündəyik,

Mənim içim boşdu, sənin ciblərin,

Sən ey şüşəyığan, eyni gündəyik.

 

Dostlar məclis qurub, can-can deyiblər,

Hər şey görünübdü üzdə çox sadə.

Eyni hal əhliyik, ey şüşəyığan,

Səni dost aldadıb, məni badə.

 

ömür kağızdı, gün dəftər,

Yonub ürəyini qələm eyləmə.

Eh, bəlkə bir azdan günəş doğacaq,

Sən ey şüşəyığan, heç qəm eyləmə.

 

 

 

Dərd olub

 

Dönüb ərəb saçına,

Dünya yaman sərt olub.

Hər işin başı insan,

Əzrayıl bir fərd olub.

 

İtib çoxdan yol-yordan,

Haqqı asırlar dardan,

Durub baxır kənardan,

Şeytan da çox pərt olub.

 

Çox üzlü üzdə qalıb,

Çox vədlər sözdə qalıb,

Düz elə düzdə qalıb,

Qazanan namərd olub.

 

Caduya, sehrə baxmır,

İstəyə, mehrə baxmır,

Göydəki yerə baxmır,

Bax, bu, mənə dərd olub.

 

 

Məmməd Tahir

 

525-ci qəzet.- 2021.- 8 sentyabr.- S.22.