Rəssamlıq sənətimizdə
seçilən imza
Rəssamlar öz bacarıqları, bilikləri və varlıqları ilə Haqq adamlarıdır. Çünki bu təsviri sənət ustaları rənglərin düzgün
seçimi, tarazlığın
və tənzimləmənin
bərabərliyinin təminatı,
göz və könül oxşarlığının
gerçək təsvirini
yaradan bacarıqların
məcmusu kimi var olmaqdadırlar. Rəssamlıq artan məhəbbətdir,
sonsuz sevgidir, bitməyən eşqdir, nəticə etibarı ilə, rəssamlığın
özü də xoşbəxtlik ifadəsidir.
Tərəddüdsüz, qürurla qeyd
etmək olar ki, ən yeni
tariximizin rəssamlığa
aid səhifələrində istedadı, biliyi, bacarığı ilə xüsusi yer tutan Cavid İsmayılovun
da imzası təsviri sənətimizi
daha da zənginləşdirir.
Söz və göz yaddaşımın
bütün imkanlarından
istifadə etməklə,
Cavid İsmayılov yaradıcılığını təhlil etdiyim zaman aydın olur ki, o, geniş
ictimaiyyətin qəbul
etdiyi rəssamdır və buna görə
də imzası mötəbərlik qazanıb. Gerçək mütəxəssis olan Cavid İsmayılov milli-mənəvi dəyərlərimizin
qorunmasında, adət
və ənənələrimizin
yaşadılmasında, şanlı
tariximizin qürurverici
səhifələrinin ifadə
olunmasında mühüm
fəaliyyəti ilə
seçilməkdədir. Sənətkarın rəsmləri, əl
işləri artan potensialın, böyük
istedadın və qızıl əllərin
nəticəsi olmaqla,
özünün həm
də sosial sferaya aid mənası ilə, milli ruhun carçısına çevrilməsilə, hər
birimizə şərəf
verən vətənpərvərlik
hisslərinin ifadəsilə
daha da aktuallıq
qazanmaqdadır. Xalqımızın
Ümummilli lideri dahi Heydər Əliyevin, ölkəmizin
müasir müstəqillik
dövrünün qürurverici
səhifəsi olan, tarixi qürurumuz Qayıdışın, ədəbiyyatımızın
və söz sənətimizin nəhənglərinin,
misilsiz Novruz təravətinin, uzun əsrlik tariximizin bizlərə ərməğan
etdiyi xalça toxuma sənətinin, eləcə də çox sayda vacib mövzuların əks olunduğu əsərlər Cavid İsmayılov imzasının
ciddiliyini sübuta yetirir.
Bunlarla yanaşı,
istər Aprel döyüşlərində, istərsə
də, İkinci Qarabağ savaşında ölkəmizin qalibiyyət
yolundakı uğurları
rəssamın əsərlərində
əhatəliliyi ilə
təqdim olunmaqdadır. Nur üzlü şəhidlərimiz
Qabil Orucəliyevin, Toğrul Məmmədovun,
Rasim Məmmədovun,
Polad Həşimovun, Xudayar Yusifzadənin, Ülvi Rəfiyevin, Cavanşir Rəhimovun, Yusif Mirzəyev və neçə-neçə
qəhrəman Vətən
övladlarının ölməzliyi
C.İsmayılovun əsərlərində
aydın təsdiqini tapıb. Rəssamın əsərlərində həmçinin, müxtəlif
elm sahələrində çalışan
ziyalılarımızın - Hacıfəxrəddin Səfərlinin,
Bayram Rzayevin, Tofiq Əliyevin və digər alimlərimizin təsvirlərini
görmək olar.
Bu da göstərir
ki, rəssamın yaradıcılığı çox
istiqamətliliyi ilə
daha da aktuallıq
daşımaqda və
yenilikçiliyi sayəsində
dərin əhəmiyyət
kəsb etməkdədir.
Ölkəmizin və onun ayrılmaz
tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının bir çox ərazilərinin, kənd
həyatına aid lövhələrin,
fəaliyyətlərin, tarixi
abidələrimizin, çoxsaylı
təbiət mənzərələrinin
əks olunduğu əsərlər tarixiliklə
müasirliyin vəhdəti
olmaq etibarı ilə C.İsmayılovun peşəkarlığını və təcrübəsini
ortaya qoymaqdadır.
Böyük şairimiz Məmməd
Araz yaradıcılığına
aid rəsmdə bu ölməz misralar öz əksini tapıb:
Mən Arazda şaxələnən
çinardım,
Ömrü boyu tufan əydim,
su yardım.
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi.
Bu misralar rəssamın həm də poeziyaya və ədəbiyyatımıza yaxın
olduğunu, öz üzərində ardıcıl
işlədiyini, elmi,
nəzəri və təcrübi biliklərini
daim artırdığını,
rəssamlıq sənəti
ilə digər elm sahələrinin vəhdətini
düzgün təmin
etdiyini və bununla da, əsərləri
ilə Azərbaycan incəsənətinə böyük
töhfələr verməyə
çalışdığını üzə çıxarır.
Gənc rəssamların hazırlanmasında,
onların peşəkarlıq
səviyyələrinin yüksəlməsində,
eyni zamanda, milli və mənəvi
sərvət olaraq Azərbaycanın müasir
incəsənət tarixinin
səhifələrində qızıl
hərflərlə yer
alacaq yeni imzaların parlamasında da C.İsmayılovun xüsusi əməyi, rolu var.
Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da yaradıcı insanlara böyük dövlət qayğsı göstərilir,
onların fəaliyyətinə
işıq salınır
və yüksək diqqətlə əhatə
olunurlar. C.İsmayılovun əsərlərinin fərdi sərgisinin keçirilməsi də bu qayğının gerçək ifadəsi olaraq çox əhəmiyyətlidir. Muxtar Respublika
Ali Məclisi Sədrinin
sərgidə şəxsən
iştirakı və rəssamın fəaliyyətinə
göstərdiyi diqqət
sənətkarı daha
da ruhlandırıb.
Ali Məclisin Sədri
rəssamın yaradıcılığı
barədə bildirib:
"Bəhruz Kəngərli
ilə başlanan Naxçıvan rəssamlıq
məktəbinin davam etdirilməsi ilə yanaşı, onu daha zənginləşdirmək,
dünyaya tanıtmaq lazımdır. Naxçıvan torpaq üzərində
olan bir əsərdir. Onun gözəlliklərini,
təbiətini, tarixi
abidələrini dünyaya
tanıtmaq üçün
böyük imkanlar vardır. Sərgidə nümayiş etdirilən
əsərləri qısa
müddət ərzində
internet vasitəsilə dünyaya
yaymaq mümkündür.
Bunlar ölkənin mədəniyyət
göstəriciləridir. Sənət
o ölkələrdə inkişaf
edir ki, orada siyasi sabitlik,
iqtisadi inkişaf, mədəni quruculuq, dövlət başçısının
bu sahəyə diqqət və qayğısı olsun.
Bütün bunların Azərbaycanda
mövcudluğu mədəniyyətin,
sənətkarlığın inkişafına imkan verir. Yaradılmış şəraitdən düzgün istifadə edərək belə əsərlər yaratmaq, ölkəmizi tanıtmaq lazımdır. Sərgidə nümayiş etdirilən əsərlər ölkəmizin,
yetişən gənc
nəsil isə Azərbaycanın sabahının
göstəricisidir. Sevindirici haldır
ki, ölkəmizdə
belə istedadlı gənclik yetişir.
Həmin
gənclər gələcəkdə
Azərbaycanı təmsil
edəcəklər. Bu
əsərlər belə
qənaətə gəlməyə
əsas verir ki, gənc rəssam
Cavid İsmayılov qısa müddət ərzində rəssamlığın
üç janrını
- natürmort, mənzərə
və portret janrını mənimsəmişdir.
Bu, eyni zamanda,
Naxçıvan Dövlət
Universitetinin nailiyyətidir.
Cavid İsmayılov Naxçıvan
Dövlət Universitetinin
yetirməsidir, bu gün də orada fəaliyyət göstərir".
C.İsmayılov bir rəssam olaraq həm də milli ruhla
yaşayan, Vətənini,
dövlətini, onun başçısını, xalqını,
milli ordusunu sevən, bu yüksək dəyərlərə
sədaqətli olan nümunəvi vətəndaşdır. Təsadüfi
deyil ki, o, Naxçıvan Muxtar Respublikasının Əməkdar
rəssamı adına layiq görülüb, hərbi
sahədə əməkdaşlıqla
bağlı xidmətlərinə
görə medalla təltif olunub.
Cavid müəllim
həmçinin, özünün
idarəetmə sahəsindəki
keyfiyyətləri ilə
də diqqət çəkməkdədir. Hazırda Naxçıvan
Dövlət Universitetinin
İncəsənət fakültəsinin
dekanı olaraq həm də səmərəli tədris
proseslərinin təşkili
və idarə olunmasındakı fəaliyyəti
ilə fərqlənir.
C.İsmayılov tamamladığı hər bir əsərində yeni ideya, fikir və yanaşma ortaya qoyur. O, sanki rənglərlə
dil tapır, onlarla səmimiyyət
içində eyni məqsəd uğrunda yarışır. Daha doğrusu,
rənglərlə ünsiyyət qurur, elə
bil onlarla
danışır, məqsədini tamamlamaq
istədiyi əsərin cizgilərini təqdim edir,
rənglər isə hazır əsəri Cavidə "təhvil
verirlər". İncəsənətimizin Cavid
İsmayılov ünvanında yer alan əsərlər tariximizin
yaşadılması, bu günümüzdə
onun qorunması və gələcəyimizə
etibarlı şəkildə ərməğan olunması
baxımından çox dəyərlidir.
Bu yolda ona uğurlarının davamlı
olmasını diləyir, daha məhsuldar
yaradıcılıq fəaliyyəti arzulayırıq.
Cavadxan
QASIMOV
İqtisad üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2021.- 8 sentyabr.- S.20.