Qələmsiz yazılanlar
status-esseləri
Ən xəyalpərvər
adamların da təsəvvür edə,
təxəyyülünə gətirə bilməyəcəyi
hadisələr baş
verir.
Son bir ildə belə möcüzələrin
çox şahidi olmuşuq.
Cənab
Prezidentin Laçın
rayonunun Qorçu kəndi ərazisində Laçın
Beynəlxalq Hava Limanının təməlini
qoyması da məhz o nadir möcüzələrdən
birinin reallığa çevrilməsidir. Dəniz səviyyəsindən
bu qədər hündürlükdə, belə
bir relyefdə hava limanının tikilməsi ağlasığmaz
hadisədir. Dövlət başçısının öz
təbirincə desək,
"...indi bunu təsəvvür etmək
belə çətindir,
dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki bütün hava
limanları adətən
düzən ərazidə
inşa edilir".
Dağların zirvəsində - Laçının,
Kəlbəcərin, Şuşanın
ortasında hava limanının tikintisini xəyal etməyin özü belə bir qəhrəmanlıqdır. Onun reallaşması
isə böyük iqtisadi güc və peşəkar mütəxəssislərdən əlavə, həm də sarsılmaz inam, əzm, iradə və əlbəttə ki, böyük sevgi tələb edir. Bunu isə bütün bu keyfiyyətləri özündə cəmləşdirən
tarixi şəxsiyyət
bacarardı. Və
necə ki bacarır...
Gözlərimizin önündə ağlımıza,
xəyalımıza gəlməyən
hadisələrin gerçəkləşməsinin
şahidi oluruq.
Tarixin yeni salnaməsinin, möhtəşəm
səhifələrinin iştirakçısına
çevrilirik.
***
Ağdama və digər işğaldan azad olunmuş rayonlarımıza
səfər turlarının
təşkili ilə bağlı məcburi köçkünlərin mətbuatda
çoxlu müraciətləri
dərc olunub. Dövlət qurumları bununla bağlı neçə müddətdir ki, müzakirələr aparır.
İndi belə səfərlərin reallaşacağının
mümkünlüyü ilə
bağlı xəbər
yayılan kimi etirazçılar və
ağız büzənlər
ortaya çıxıb
hay-küy qaldırıblar.
Niyə axı?!.
***
Dağda
duman hüzn gətirir...
***
İndi hamı sözünü
video-çarxla deyir.
***
Bir fərasətli növcavan
özünü oda-közə
vurub düşüncəsi
qüsurlu, ağızdan
boş adam
tapır, o da ağzına gələni
danışmağa başlayır.
Bu tərəfdən də qarğa-quzğun kimi marıqda duranlar tökülüşürlər
üstünə, leşini
atıb rahat olurlar.
Bu da olur media, bu da olur
gündəm yaratmaq...
***
Bu gün dünyada
idarəolunmayan heç
nə yoxdur. Hamısı
hazır layihələrdir:
Taliban da, virus da, sel də, yanğın
da...
***
Mədəniyyət TV-də gürcü caz ifaçısı Nino
Katamadzenin Bakıdakı
konsertinə baxdım. Çox bəyəndim.
Fərqli və orijinal
idi.
Ülviyyə Heydərova müğənni
haqda məni bilgiləndirdi və bir ifasını da göndərdi.
Sağ olsun. Təşəkkür.
***
Yazmışam "gürcü caz
ifaçısı", bir qazaxlı dostum "caz"ı "saz" oxuyub. Deyir, axıracan baxdım
videoya, görüm gürcü sazı necə çalacaq? Sonda statusa bir də
baxdım. Sən
demə, saz yox, caz ifaçısından
söhbət gedirmiş...
***
Belə görünür ki, feysbuk əhlinin böyük hissəsinə
bir qıy lazımdır. Mövzunu bildi-bilmədi, xəbərdən
hali oldu-olmadı, yüyürür qıy gələn tərəfə.
...Qulaqları kəsib sonra sayırlar...
***
"Qardaş bacının
başını kəsərək
öldürüb".
Radio aparıcısı bu xəbəri pafosla, ürəkdən, az qala, sevinə-sevinə elə deyir ki, mat-məəttəl
qalırsan.
Bu xəbəri yaymağın
özü məqbul deyil, o ki qala
xüsusi intonasiya ilə təqdim eləmək. Bu, qəsdə
təhrik və təşviqdir.
***
Xanımların mesencerdə təbrik
yazmasını anlayıram,
amma kişilər niyə təbriki orada yazır, başa düşmürəm...
Bu, səhər-səhər ərkyana zarafatdır.
Layksız qalan dostlar inciməsin.
Deyəsən, feysbukda layka
da kvota var. Dünən günortadan sonra təbrikləri bəyənə bilmədim.
Gözəl arzulara və xoş sözlərə görə hamınıza
dərin təşəkkürümü
və minnətdarlığımı
bildirirəm.
Təbriklərini ürəyinin gizlinində
saxlayanlara da ayrıca təşəkkürlər.
Var olun!
***
Zaman klassikləri
unudulmağa qoymur.
Gəlmişəm məclisə mən
könlünüzü
şad eliyim
Nəki bihudə yerə naleyi fəryad eliyim?
Kimsə
yox sakit otursun qulaq assın
sözümə,
Qalmışam matu-məəttəl kimə
irad eliyim?
Tutalım əsrimizin həzrəti
İsası mənəm
Bu soxa-soxda necə
möcüzə icad eliyim?
(Əliağa Vahid)
***
"İti atın
quyruğuna bağlamaq"
deyilir, yoxsa "Atı itin quyruğuna
bağlamaq"?
Niyə?
***
Teatrların açılması ilə
bağlı sənət
adamlarının arzusu
anlaşılandır.
Bu istəyin cəmiyyətdə
reaksiya doğurmaması,
biganə qarşılanması
da təbiidir.
İndi insanlar teatr ovqatında, tamaşa hayında deyil. Hamı pandemiyanın
yaratdığı qorxu,
vahimə, səksəkə
içərisindədir. Hamı canıyla əlləşir.
İndi ən təsirli tamaşalar ətrafda baş verənlər, ən maraqlı səhnələr ovcundakı
telefonun manitorunda görünənlərdir.
***
Rəngdən rəngə girsə də, yalan elə yalandır.
Ağına, qırmızısına gülsən də, sarısına, bozuna inanırsan...
***
İndi
feysbukda ən çox rast gəlinən "Allah rəhmət
eləsin" sözləridir...
***
Sevindirən "Qarabağ"...
***
Bütün dağlara qar yağıb...
***
Testdən neqativ çıxanlar...
***
Din təskinlikdir...
***
İçinin xıltını gizləyə
bilməyənlər...
***
Çərçivə marağı azaldır...
***
İstanbuldan şəkillər paylaşır,
deyir, Şuşaya məni niyə aparmayıblar?
***
Pulu qazanmaq üçün qabiliyyət
və bəxt şərtdirsə, onu qorumaq xasiyyət və xislət məsələsidir.
***
Heyvanları da cipləyəcəklər...
***
Bütün uzun çəkən
bəlalar kimi korona da adiləşəcək...
***
Keçmiş həyatındakı təcrübə karına gəlmirdi...
***
Düşünür ki, mən boyda adamı görmürlər...
***
Hər addımda erməni dır-dırı...
***
Bəlkə də düz eləyirlər. Yer çox balacadır.
7 milyardlıq deyil.
***
Düşük adama sərhəd yoxdu ki. Hər sahədə peyda ola bilər.
***
Artıq
feysbukda da reklamlar statusları yeyir...
***
Korona azadlığın
məhdudlaşdırılmasının fərqli formasıdır. Bütün dünya
girova çevrilib.
Bu zəhrimarın varlığını bir
anlıq unudan kimi həyat gülümsəyir.
***
Bütün təzələr köhnəlir...
***
Onsuz da dəyərlər çoxdan itib...
***
Saqqalı da var, amma sözü keçmir...
***
Belə
səhərlərə görə
dünya gözəldir...
***
Telefonu əlinə alan
kimi Bakıdasan...
***
Yağışın yuduğu yarpaqların, otların günəş işığında
bərq vuran yaşıllığının gətirdiyi rahatlıq...
***
Ha su tök, xeyri
yoxdur...
***
Gözümün önündə Beşqardaş
dağı...
***
Ukraynanın qələbəsinə sevinmək...
***
Caynaqları
torpağımdan güc alan
Azərbaycan qartalının
indi köksü Qarabağda,
Füzulidə döyünür.
Bir qanadı Zəngilanda,
bir qanadı Laçında, Qorçudadır...
Gözləri hədəfində,
Dimdiyi düşmən başı
deşməyə
hazır
Azərbaycan qartalının...
***
Çoxlu layk ictimai dəstək
sayılırmı?
***
Dağlar görünməyəndə
nizam-ölçü itir...
Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə
iş üzrə katibi, "525-ci qəzet"in
baş redaktoru
525-ci qəzet.- 2021.- 8 sentyabr.- S.15.