Məhəmmədağa Şahtaxtlı - milli və bəşəri amallar carçısı

 

Görkəmli maarifçi-pedaqoq Məhəmmədağa Şahtaxtlı təhsil və tərbiyə işinin cəmiyyət həyatında və ictimai inkişafda müstəsna əhəmiyyət daşıdığına inanmış və ömrünün sonuna qədər bu yolda yorulmadan çalışıb mübarizə aparmışdı. Onun ideyalarının bu gün müasir səslənməsi həm bununla səciyyələnir ki, hazırda təhsilin məzmununun elmlər kompleksini əks etdirməsi, verilən biliyin həyati faydalılığının olması, təhsilin dünya təcrübəsinə inteqrasiya edilməsi, öyrədənlərin milli beynəlxalq səviyyədə hazırlığının vacibliyi kimi tələblər irəli sürülür. Pedaqoq, publisist, şərqşünas, dilçi ictimai xadim Məhəmmədağa Şahtaxtlı cəmiyyətin inkişafında təhsilin, elmin mühüm əhəmiyyəti olduğunu konseptual şəkildə işləyən nəhəng şəxsiyyətlərdəndir. Onun bu baxışlarını şərtləndirən cəhətləri aşağıdakı kimi səciyyələndirmək olar:

 

1. Elmin təhsil üçün hansı məqsəd baxımından seçilməsi;

 

2. Təhsildə inkişafa təsir edən əlamətlərin şərhi;

 

3. Təlimdə təhsil, tərbiyə inkişafı təmin edən cəhətlərin gözlənilməsi;

 

4. Humanist məqsədin əxlaqa görə müəyyənləşməsi;

 

5. Pedaqoji prosesin təhsil, tərbiyə, inkişaf psixoloji amillərdən əlavə daha bir sıra komponentlərin ola bilməsinin şərhi s.Məhəmmədağa Şahtaxtlının ədəbi-elmi irsinə dövrü mətbuatda Avropa Amerika alimləri biganə qalmamışlar, onun fəlsəfi, siyasi hüquqi görüşlərini əks etdirən əsərləri dünya elmində müzakirə mübahisələrə səbəb olmuşdur. Mirzə Fətəli Axundzadə yaradıcılığına böyük önəm verən onun "Aldanmış kəvakib" hekayəsini (1903) "Hacı Qara" (1904) komediyasını fransız dilinə tərcümə edən fransız alim Lüsyen Büva "Mohammed Ağa Şahtaxtinskiy" əsərində ya "Azərbaycan türklərində bir ədəbi siyasi qəzet" adlı məqaləsində Məhəmmədağa Şahtaxtlını öz ölkəsinin "yaxın dostu, müsəlman dünyasının bütün ümidlərini doğruldacaq bir şəxs" kimi yüksək dəyərləndirir. Lüsyen Büva "Şərqi-Rus" qəzetinin nəşrini ümummilli xidmət səviyyəsində dəyərləndirərək yazırdı ki, "aləmi-mədəniyyət Məhəmmədağanın bu həmiyyətli iqdamı (mühüm addım) üçün ona minnətdar olmalıdır".

 

 

 

M.Şahtaxtlı səmərəli elmi-pedaqoji publisist fəaliyyətinə görə 1901-ci ildə Fransa Xalq Maarifi Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub onun fəlsəfi, siyasi hüquqi görüşlərini əks etdirən əsərlərlə dünya elminə böyük xidməti etiraf edilib. Həmçinin, Şahtaxtlı Avropa aləminə islam dini prinsipinin mənəviyyatın inkişafına təsirini çatdıraraq "Quran"ı alman dilinə tərcümə etmişdi. Şahtaxtlı fəaliyyətinin ayrı-ayrı dövrlərində ən yaxşı elmi, tənqidi publisistik əsərlərində liberal millətçilik, irqçilik, qadın əsarəti, dövlət quruluşu, demokratiya, xalq hakimiyyəti, din-şəriət məsələləri haqqında dövrünə görə mütərəqqi fikirlər irəli sürüb. Belə qənaətə gəlmək mümkündür ki, Məhəmmədağa Şahtaxtlının elmi-pedaqoji görüşlərinin öyrənilməsinə üz tutmaq zərurəti müasir pedaqogikanın problemləri üzərində ciddi düşünməkdən təhlil etməkdən, habelə irəli sürülən yeni ideyaların Azərbaycan məktəb pedaqoji fikir tarixinin milli maraqlarına uyğun gəlib-gəlməməsini aydınlaşdırmaqdan irəli gəlir.

 

Təbii ki, bu kimi fikirlərini o, redaktoru olduğu "Şərqi-Rus" qəzetində daha çox işıqlandırıb. XX əsrin ilk Azərbaycan qəzeti sayılan "Şərqi-Rus" qəzetinin qarşısına qoyduğu məqsədini, məramını M.Şahtaxtlı belə açıqlayıb: "...Bizim borcumuz həqayiqnəvislikdir: yaxşılığı dediyimiz kimi, yamanlığı da gizlətməyəcəyik. Biz meydana onun üçün çıxdıq ki, xalqa doğru söz deyək nəinki ona-buna vicdanfüruşanə mədhiyyələr oxuyaq. Biz İbn Xəldunuq, Qaani deyilik". yaxud: "Məsləkimizi hər kəs bilir. Millətimizin mədəniyyətinə xidmətdir. Mədəniyyət ehtiyacımız felidir, həyatidir. Qonşularımızın həpisi mədəni olduqlarından kəsbü kar, ticarət, sənaye, ziraət, bir sözlə, məişət aləmində onlarla rəqabət edə bilib, qövmimizin, cinsimizin dünyada baqi qala bilməsini müdafiə edə bilməyimiz buna bağlıdır. Vəilla (əks halda) mədəni qonşularımız bizi əzib dünyadan qəti-nəsl edərlər. Necə ki, Amerikanın qədim qövmlərini Amerikaya hicrət edən Avropa qövmləri elədilər. Bir millətin həqiqətən təməddün edə bilməsi üçün ümdə şərt odur ki, ümumə aid məsələlərdə hər fikirlərini, rəy əqidəsini kamali-azadlıq hürriyyətlə bəyan edə bilsin. Bu azadlıqdan türk qövmini müstəfid etməkdən ötrü "Şərqi-Rus" meydana çıxmışdır... "Şərqi-Rus" açdığı yolunda davam edəcək kamali-qeyrət istiqamət, şövq zövqlə türk cinsinin mədəniyyətinə, səadətinə, şan şərəfinə xidmət edəcək".

 

Qəzetin məqsədini məramını görkəmli müəllim-pedaqoq F.Köçərli dəyərləndirərək yazır ki, M.Şahtaxtlı "gözəl nəsihətamiz sözləri, hüsni rəyləri etiqadları... kamali-məmnuniyyətlə qəbul" edirdi.

 

"Şərqi-Rus"un rolundan əhəmiyyətindən bəhs edən M.Şahtaxtlı qeyd edir ki, qəzet mühüm milli qüvvələrdən biridir. Qəzet bir məktəb rolunu oynayır. Həm məktəb, həm məktəbdən kənar öz işini görür. Millət qəzet vasitəsilə məlumatlanır, camaat onun səhifələrində elmi, ədəbi siyasi xəbərlərlə tanış olur. Qəzeti hava kimi fərz etmək olar. O, hər gün insan zəkasının məhsulunu öz səhifələrində dərc edir. Bir millət ki, müxtəlif ümumi məsələlərdən bəhrələnə bilmir, o, öz təcrübəsi vasitəsi ilə faydalı məlumat əldə edə bilməz. Bu mənada qəzet mütləq müstəqil iqtidarlardan üstündür. O görür, yazır, göstərir, gələcəyə baxır. Öz tənqidi çıxışları, mübahisələri vasitəsilə ictimaiyyəti həyəcana gətirir, camaatın təlimini zəkasını zənginləşdirir, eyibləri açır, xəstəlik yaraları sağaldıb aradan qaldırır. M.Şahtaxtlı qəzet haqqındakı düşüncələrini aşağıdakı sözlərlə ümumiləşdirir: "Qəzet aləmin güzgüsüdür, Qəzet zəmanənin ən kəskin qılıncıdır. Qəzet indiki cismi-həyatın ruhudur. Qəzet aləmin ən nüfuzlu, təsirli vaizidir. Qəzet hər millətin ölçüsü, qəzet məmləkətin hamisi, vəkili, advokatıdır".

 

 

 

"Şərqi-Rus" qəzetinin işıq üzü görməsi bir çox qabaqcıl maarifçiləri (Məhəmməd Tağı Sidqi, Qurbanəli Şərifzadə, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Ömər Faiq Nemanzadə, A.Səhhət, M.Ə.Sabir b.) sevindirib. Hələ 1902-ci ildə M.Şahtaxtlının senzuraya ərizəylə müraciət etməsi xəbərini eşidən Azərbaycanda maarif məktəbşünaslığın əsasını qoyanlardan biri kimi tanıdığımız Məhəmməd Tağı Sidqinin Məhəmmədağa Şahtaxtlıya ünvanladığı məktublarından birində oxuyuruq: "Ey mənim maarifpərvərim! Sənə canımı qurban etsəm, rəvadır. Bu xoş xəbər mənim canımın dərmanıdır. Hər ansizdən bu xoş xəbəri eşitmək istəyirdim. Həqiqətən bu xoş xəbər bütün elm mədəniyyət xadimlərinə, xüsusilə bu vilayətin (Naxçıvan nəzərdə tutulur - K.C.) bütün elm sahiblərinə yeni bir ruh sevinc bəxş etdi. İnsana belə gəlir ki, guya Şərqdə yeni günəş doğdu ulduzlar parladı. Həqiqətən dillə qələmlə həmin sevgini bəyan etmək yazmaq mümkün deyil. Hətta qələmin buna gücü çatmaz. Mən həddən ziyadə sevindim şad oldum. İndi mən səni səmimi-qəlbdən təbrik edib, xoş arzularımı çatdırıram".

 

Qeyd edək ki, böyük məktəb keçmiş M.Şahtaxtlı tələbəlik illərindən dövrünün görkəmli alimlərindən dərs almış, onların təsiri altında elmlərin mənşəyi və təsnifatı, insanın dərketmə fəaliyyəti, ictimai fəaliyyəti, ağıl və münasibətlə bağlı biliklərini şərh etmişdi. Görkəmli pedaqoq qeyd edir ki, təlim və təhsil tarixilik baxımından heç vaxt tamamilə sıradan çıxıb köhnəlmir, onun tərkib hissələrində inkişafa uyğun dəyişikliklər gedir, yeniləşir, şəraitə uyğunlaşır, lakin son məqsəd isə (insanın formalaşması, kamilləşməsi, tərbiyə olunması) eynilə qalır. M.Şahtaxtlı yazır ki, "indi həzrəti-Adəm dövrü deyildir. Avamlar, kəndlilər belə elmin, mərifətin qədrini, lüzumunu anlayıb, qanırlar. Amma bu gözəl səmtə getmək yolunu, qaydasını bilməyirlər. Buna görə elm yollarını bunlara sözlə deyil, işlə, öncüllük olmaqla bildirməlidirlər. Yoxsa sözü hər kəs söylər, amma işi hər kəs yapa bilməz. Bu cəhətlə böyüklərimizdən bizə quru söz deyil, ciddi ürək, qeyrət, lazımdır".

 

Nəticə etibarilə qeyd edək ki, M.Şahtaxtlının maarifçilik ideyaları Şərq və Qərb təfəkkürünün sintezi ilə ümumiləşdirmələr apardığına görə bəşəridir, millətinin başını uca etdiyinə görə millidir, bəşəri məqsədlər daşıdığına görə humanistdir, bütün zaman və dövrlər üçün müasirdir. Bu gün istər pedaqoji anlayışların şərhi, istərsə də təlim və təhsil prosesinin təşkili ilə bağlı nəyə toxunsaq, publisist, şərqşünas, dilçiictimai xadim Məhəmmədağa Şahtaxtlı irsində və ya Şahtaxtlının maarifçi təlimində onu tapa bilərik.

 

 

Kamal CAMALOV

 Pedaqogika elmləri doktoru, Əməkdar müəllim

 

525-ci qəzet.- 2021.- 10 sentyabr.- S.12.