Mədəniyyət və mənəviyyat
xəzinəmizdəki Nizami inciləri
X-XII əsrlər Azərbaycan
elm və mədəniyyət
tarixi çox mühüm bir dövr kimi səciyyələnir. Şah saraylarında dövlət
dili fars
dili olsa da, bir çox
Azərbaycan şairləri
poeziya, şeir-sənət
nümunələrini farsca
yaratsalar da, onların ədəbi-bədii
irsində milli təfəkkürdən süzülüb
gələn dil elementləri də tez-tez müşahidə olunur. X-XII əsrlərdə
Bəhmənyar, Xətib
Təbrizi, Qətran Təbrizi kimi görkəmli mütəfəkkirlərin
yetişməsi göstərir
ki, o vaxt Azərbaycanda yüksək
mədəni inkişaf
səviyyəsi olub.
Bunlar özgə dilləri yaratdıqları ilə şöhrətlənsələr də, öz xalq və dillərinə
hörmət qazanıblar.
Belə şəxsiyyətlərin yaranması,
hər şeydən əvvəl, milli səviyyə, təfəkkür
yetkinliyi demək idi, xalqın və onun dilinin
sayılması ilə
bağlı hadisə
idi. Fonoqrafik yazıya (ərəb əlifbasına, belə kamil elmi-mədəni mühitə malik ana dilində yazı az
da olsa, olmaya bilməzdi).
Qulamhüseyn Beqdeli Qətran
Təbrizinin əsərlərinin
dilində:
Çuval (kəsi ke medhi to quel, dirəm, berəd beçuval,) Çöppü-yalli
Çu əz ney xuni
əz pulad çoppu);
Çinaq (Bərxateməs nəgine
və bərmərkəbəş
çinaq);
Bəkməz (Çenanke qisseyi-
zair ze sağəro
bəkmaz ):
Yəhər mənasında yun
aliq (Çu bər bəlayi - meymuni berəzm əndər nəhəd yuni ) və başqa sözlərin olduğunu qeyd edir.
Azərbaycan dilinin inkişafında şəksiz xidmətləri
olan Xaqani və Nizami haqqında farslar "onlardan türk qoxusu gəlir" (buye-tork miayəd) deyirlər. Bu böyük sənətkarlar klassik - fars bədii
dilinə Azərbaycan
dilinin ətrini hopdurmuşlar. Nizaminin dilində bu
keyfiyyət daha aydın görünür.
Çox
əlamətdar haldır
ki, bu il 2021-ci ildə Azərbaycanın dünya
miqyasında tanınan
böyük mütəfəkkir
şair Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.
Azərbaycan ədəbi mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət
səviyyəsində layiqincə
bayram edilməsi məqsədilə Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin imzaladığı
Sərəncam xüsusi
fərəh doğurur. Xatırlatmaq istərdik ki, hələ 1979-cu ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
"Azərbaycanın böyük
şairi və mütəfəkkiri Nizami
Gəncəvinin irsinin
öyrənilməsini, nəşrini
və təbliğini
daha da yaxşılaşdırmaq
tədbirləri haqqında"
imzaladığı qərar
bu istiqamətdə kompleks vəzifələr
irəli sürərək,
Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin
sistemli araşdırılması
üçün geniş
persektivlər açmışdı.
Məhz Ulu Öndərin təşəbbüsü ilə
qəbul edilən
1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda
əsaslı dönüş
yaratdı, davamlı tədqiqatlar üçün
yeni-yeni üfiqlər
açdı. Prezident
İlham Əliyevin dahi Nizaminin anadan olmasının 880 illiyi haqqında imzaladığı bu yeni Sərəncam da Ulu öndərin
mədəniyyətimizə, ədəbiyyatımıza diqqət
və qayğısının,
müdrik siyasətinin
tərkib hissəsi kimi bütövlükdə
xalqımızın ürəyindəndir,
diqqətəlayiqdir.
Nizami irsi dəyərini və müasirliyini həmişə
qoruyub özündə
saxlayan əsərlər,
insan həyatı və yaşayışının
mənasını ifadə
edən müdrik fikirlər, həkimanə
sözlər toplanmış
mənəvi xəzinədir,
sərvətdir. Böyük ustadın qələmindən
çıxmış hər
bir sətir yeni-yeni nəsillər üçün ibrət dərsidir, məktəbdir,
insanların qəlbində
ölçüyə gəlməz,
yüksək, ali duyğular oyadan, onları inkişafa, tərəqqiyə, təkamülə
sövq edən, cahanda həqiqi bərabərlik, nizam, sülh, əmin-amanlıq
səadət uğrunda
mübarizəyə ruhlandıran
misilsiz sənət nümunələridir.
Bir məsələni də xüsusi olaraq diqqətə çatdırmağı
lazım bilirik ki, Nizami Gəncəvinin
bədii əsərləri
hələ orta əsrlər Şərqinin
böyük mütəfəkkirləri
tərəfindən rəğbətlə
qarşılanmış, nəzərini
cəlb etmiş, onun elmi fəlsəfi,
bədii, mənəvi
düşüncələri Qərb dünyası mütəfəkkirlərini də
ovsunlamış, heyrətləndirmişdi.
Hələ orta əsrlərdə
Nizami “Xəmsə”si mövzularına müraciət
olunmuş, habelə onlarla “Xəmsə”lər
qələmə alınmış
nəsirələr yazılmış,
ideyalar dəstəklənmiş
və inkişaf etdirilmişdi. Müasir dövrdə
də XX əsrin dönəmində müstəqillik
illərində də,
bu gün Nizami irsi böyük
diqqətə, hörmətə
və marağa səbəb olub və hazırda da belədir.
Akademik H.Araslı
Nizaminin bədii irsində bir çox Azərbaycan sözlərinin mövcudluğunu
qeyd edib. Bunlara nümunə kimi xatun, ozan, yaylaq
çalış-vuruş, sancaq (bayraq mənasında), qılavuz
(başçı, bələdçi)
və s. göstərmək
olar.
Nizaminin bədii əsərlərinin
dilində etnoqrafik sözlərin işlənməsi
faktının da qeyd etmək yerinə düşərdi. H.Araslının
seçib göstərdiyi
bir xeyli Azərbaycan sözləri
içərisində qədim
leksik lay kimi bu günümüzə
qədər də qorunub saxlanan etnoqrafizmlər qiymətli
dil faktorlarıdır.
H.Araslının adıçəkilən məqaləsindən götürülmüş
nümunələr əsasında
bölgünü özümüz
aparmışıq. Belə
sözlərə nəzər-diqqəti
cəlb etmək istərdik:
Muncuq (Zemouci-xun ki bər mizəd be əyyuq. Por əzxun gəşte təsək koləngi );
Gərdək ( Dər in gərdək neşəste
Xosrove Çin, Be an digər fitadə şure-şirin );
Alaçıq (becərayi - zərbi-himmət
Beçə Razeyin çe lafəm, Çi ziyəd be paye pilan alaçuqe-torkmane );
Nizaminin dilində işlənmiş
Azərbaycan mənşəli
etnoqrafik sözlərin
bir qismi bugünkü dilimizdə arxaikləşib.
Tutuq (pərdə) - (Ta kərəməş
dər tutuqi nur bud, Xar ze
gol, ney ze şəkkər dur bud ).
Kəmani-sefidtuz - ağ tozlu yay. "Bu
idiom Azərbaycan dilindən
hərfən farscaya tərcümə olunmuşdur".
(T.Hacıyev).
Azərbaycan xalqının məişətini
və etnoqrafiyasını
dolğun əks etdirən bəzi atalar sözləri və zərbi məsələlər də
farscaya kalka edilərək o dövrkü
fars dilinin
frazeoloji xəzinəsini
zənginləşdirib.
Öz əli ilə öz ayağına balta çaldı (Be dəste-xod təbər bər paye-xod zad);
Qurdla quzu bir yerdə
otlayır (Yekca ab xorde qorq
ba miş);
Doşab
almışam, bal çıxıb (Yeki sirke tələb kərd, əngəbin yaft);
Heç kəs öz ayranına turş deməz (Kəsi nəquyəd ke, duği-mən torşəst)
və i.a.
Azərbaycan ədəbiyyatşünaslığında misilisiz xidmətləri olan, ədəbiyyat tariximizin yaradıcılığından biri kimi tanınan mərhum akademik H.Araslı bu qənaətdə idi ki, göstərilən ifadə və atalar sözləri Nizami Gəncəvidən əvvəl yaşamış farsdilli azərbaycanlı şairlərdə və eləcə də fars sənətkarlarında müşahidə edilməyib. Lakin XII əsrdən sonra yaşayıb-yaradanlar tez-tez belə ifadələr, hikmətli cümlələr işlətmişlər.
Azərbaycan etnorafik leksikasında mühüm yer tutan oyun adlarının da Nizami Gəncəvi əsərlərində işlənməsi maraqlı faktlardandır. Azərbaycan xalqının qədim məişətində geniş yer tutmuş çovğan oyunundan "Xosrov və Şirin" poemasından bəhs olunur.
Dişi aslan kimi yetmiş nəfər qız
Şirinin yanına gəldi qayğısız
Cürətdə hər biri bir İsfəndiyar
Rüstəmi-zal kimi ox atandırlar .
Çovğan oynamaqda çox zirəkdirlər.
Göydə çalırdılar topu müxtəsər.
Nəticə kimi
onu deyə bilərik ki,
Nizami yaradıcılığı tam, mükəmməl, hərtərəfli
öyrənildikcə təkcə ədəbiyyatşünaslığımız
üçün deyil,
dilçiliyimiz, etnoqrafiyamız və ümumi mənəvi
varlığımızın bir çox digər sahələri üçün də maraqlı səciyyəvi
faktlar ortaya
çıxarır.
İsmayıl MƏMMƏDLİ,
Professor
525-ci qəzet.- 2021.- 11 sentyabr.- S.21.