Uğur əngəl tanımır  

 

 

Fiziki ya xəstəlikdən doğan qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma müdafiəyə ehtiyacı olan əlil şəxslərin hazırda cəmiyyətdə uğur qazanmaları çox da asan olmur. Ölkəmizin qanunvericiliyində əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı kifayət qədər geniş baza vardır. Ancaq təəssüf ki, bəzən bu qanunlar işlək mexanizmlərə söykənmir. Azərbaycanın baş qanunverici sənədi olan Konstitusiyada qeyd olunub ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

 

"Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu"nun 20-ci maddəsində qeyd olunub ki, əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən, açıq, inklüziv müyəssər şəraitində sərbəst seçdiyi ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Dövlət əlilliyi olan şəxslərin fərdi əmək sahibkarlıq fəaliyyəti ilə məşğul olması, evdə əməyin təşkili üçün lazımi şərait yaradır, iqtisadi fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə stimullaşdırıcı tədbirlər həyata keçirir, ədalətli əlverişli əmək şəraitinə dair hüquqlarının digər şəxslərlə bərabər qorunmasına zəmanət verir. Hazırda Azərbaycanda 600 mindən çox əlilliyi olan şəxs vardır. Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi məşğulluğunun təminatı Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öhdəliyindədir. Onların yaradıcılıq imkanlarının dəstəklənməsinə yardımçı olan Heydər Əliyev Fondunun adını da xüsusi qeyd etməliyik. Əlilliklərin böyük əksəriyyəti sosial, iqtisadi ya siyasi amillər nəticəsində ya qəza silahlı münaqişələr zamanı ortaya çıxır. Əlillik insan vəziyyətinin elə bir hissəsidir ki, bizlər qəza, xəstəlik yaşlanma səbəbindən istənilən bir zaman əlil ola bilərik. Allah bunu bizlərə yaşatmasın, bu halda, vəziyyətdə olan şəxslərə isə Allahdan, dövlətdən, bəndədən kömək istəməkdən başqa çarəmiz yox. Əlilliyi olan şəxslərə baxan əzizlərinə, yaxınlarına isə Allah səbir, güc versin.

 

Öz üzərində çalışan fiziki qüsurlu şəxslər daim uğurlara doğru irəliləyərək əlilliyin əngəl olmadığını bir daha təsdiq edirlər. Bu il keçirilən Tokio-2020 Yay Paralimpiya Oyunlarında idmançılarımızın uğurları bunun bariz nümunəsidir. İdmançılarımız bu yarışlarda 14-ü qızıl olmaqla 19 medal qazanaraq ölkəmizin ilk “onluq”da təmsil olunmasını təmin etmişlər. Bu yazımızda da özünə inam hissi ilə yaşayan, istedad qabiliyyətləri ilə seçilən belə çalışqan şəxslərdən biri ilə tanış olaq. Bacarıqlarını daim inkişaf etdirən, təkmilləşdirməyə çalışan, ictimai-mədəni həyatda artıq özünü uğurla təsdiq edən Həsənzadə Etibar Oktay oğlu daxilindən gələn güc sayəsində qısa müddətdə nailiyyətlər əldə edib. Diqqətə çatdıraq ki, bu insan fiziki məhdudiyyət üzərindən əzm məharətlə adlayaraq öz uğur hekayəsinə çatmağı bacarmış, hətta bəzi tam sağlam adamlardan belə daha üstün keyfiyyətlərə malik olmuşdur. Bir insanın ki, fikri qüsurlu deyil, deməli, o, fitri istedadlı, həyatsevər, çalışqan şəxs ola bilər. Sağlam düşüncəsi olan hər bir insan fitri istedad ola bilməz. Fitri istedadı Allah hamıya vermir. Bəli, Etibar da belə istedada malik şəxslərdəndir.

 

 

 

Kiçik yaşlarında qıcolma nəticəsində sağlamlığını itirən, 1-ci qrup əllilik dərəcəsi alan yazıçı, illərdir, əlil arabasına məhkum olub. 29 yaşında olan qəhrəmanımız Daşkəsən şəhərində dünyaya göz açıb, 2010-cu ildə Daşkəsən şəhər Anar Mürsəlov adına 2 saylı tam orta məktəbi bitirib. Azərbaycan Yazıçılar Birliyinin, Avrasya Sanat Kültür, Edebiyat Bilim Federasyonunun (ASKEF), Türkmən Ədəbiyatçı Yazarlar Birliyinin, Anadolu Sanatçı, Yazar Ozanlar Birliyinin (ANASAN) üzvü, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvüdür. Onun ilk "Könlümlə söhbət" adlı ilk kitabı 2014-cü ildə işıq üzü görmüşdür. Daha sonralar "Duyğular dinsin", "Gecikmiş etiraf ", "Bir həyat romanı", "Sevgi bəstəsi", "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi", "Mən şəhid olacam, ana" "Eşqin heykəli" adlı kitablarını qələmə alır. 2019-cu ildə ən böyük uğurlarından biri Prezident təqaüdçüsü adını qazanmağı olub.

 

Etibarın sadə, gözəl, rahat dildə yazılmış şeirlərinə mahnılar da bəstələnmişdir. Onun "Qarabağnamə" (4 cilddə), "Unutulmayan Hocalım",  "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı Əsirlikdən gələn səs", "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Xarıbülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri", "Qarabağ həsrəti", "Vətən-şəhid əmanəti", "Ömür yollarında", "Misralar arasında", "Qələbəyə gedən yol",  "Ana şeirləri" başqa adlarını çəkmədiyimiz almanaxlarda, bir sıra ədəbi jurnallarda şeirləri hekayələri dərc olunub. Şeir, hekayə, esse, povest janrlarında yazan yazıçının əsərlərində Vətənə, insana, təbiətə sevgi, məhəbbət tərənnüm olunur.

 

Əlbəttə ki, Etibara bu çətin yolda dəstək verənlər olub. Qəhrəmanımızın söylədikləri: "Film izləməyi, dedektiv janrda kitablar oxumağı, musiqi dinləməyi sevirəm. Təbim gələndə şeir, hekayə, esse, povest yazıram. Eşitmə danışma əngəlli insanlar üçün şeirlərimə bir mahnıma Jest (İşarət) dilində 5 klip çəkilib. 2015-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən "İstedad Sorağında" layihəsi çərçivəsində keçirilmiş müsabiqədə seçilmiş əsərlərim qalib olub. Azərbaycan Respublikası gənclər idman nazirinin müavini İntiqam Babayev tərəfindən yaradıcılıq sahəsində əldə etdiyim nailiyyətlərə görə Diplomla təltif olunmuşam...

 

Azərbaycan KİVİHİ-nin rəyasət heyətinin qərarı ilə "Qızıl qələm" media mükafatı laureatı, "İlin Vətənpərvər Şairi", "Xəlil Rza Ulutürk", "Azərbaycan bayrağı", "Ali Baş Komandan" "Şərəf" media mükafatçısı olmuşam... ASKEF Qafqaz-Media İB tərəfindən verilən "Vicdanlı qələm", "Qafqaz-Media"İB Qafqaz-Media.Az İnformasiya Agentliyinin keçirdiyi sorğuya əsasən "İlin fəal yazarı-Best of the Best", "Heydər zirvəsi", "İlhamlı Azərbaycanım", "Qızıl Kitab", "Xarıbülbül" sair diplom medallarla, həmçinin, bir sıra idarə təşkilatlar tərəfindən Fəxri Fərman Diplomlarla təltif olunmuşam. Bunlar mənim uğurumdur".

 

Qəhrəmanımız ona dəstək olanlara təşəkkür etməyi unutmur: "Həyatda mənə dəstək olan insanlar çox olub. İlk öncə dayım, ruhani ilahiyyatçı - alim, rəhmətlik Əli Əkbər Həsənzadə, hörmətli alimlərimiz Paşa Qəlbinur Nağdalı Zamanov, çox sevdiyim dəyərli sənətkarımız Flora Kərimova, Şahnaz Haşımova digər dəyərki insanların adlarını çəkə bilərəm. Bu yolda mənə yol göstərən kömək edən hər kəsə dərin təşəkkürümü bildirirəm".

 

Həyata, sabaha daha parlaq ümidlərlə bağlanan Etibar Həsənzadə 2020-ci ilin iyun ayından Tovuz hadisələri başlayandan indiyədək "Qarabağ Azərbaycandır" adlı fərdi layihəsi üzərində işləyir. Qeyd edək ki, layihənin 44 nəfər iştirakçısı vardır. Bunlardan 30-u məktəblilər, 14 nəfəri isə aktyorlar və rejissorlardır. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin istedadlara ünvanlanan, öz əsərlərində Vətən müharibəsində qazandığımız şanlı qələbəni işıqlandırmaları ilə bağlı çağırışına Etibar da həvəslə qoşulub şeirlər, hekayələr yazıb. Layihə çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrimizn aprel şəhidi Emin Bağırovun həyatı haqqında "Mən şəhid olacam, ana" kitabı da işıq üzü görüb və şəhidin ailəsinə, ölkə ictimayyətinə təqdim edilib.

 

O, "Uluslararası İdeal Barış Vakfı" tərəfindən "Uluslararası Barış Elçisi" statusuna da layiq görülüb. Bundan başqa, şair Beynəlxalq Novruz Konfransında Milli Mədəni İrsimizdən - Novruz Bayramı məqaləsi ilə iştirak edib, sertifikatla təltif olunub.

 

Fiziki məhdudiyyətlərə baxmayaraq, Etibarın çox işlərin öhdəsindən gələ bilməsi digər əlilliyi olan şəxslərə motivasiya nöqteyi-nəzərindən gözəl bir nümunədir. Yazdığı əsərlərində həyata necə sevgi ilə bağlı olduğunu, əldə etdiyi uğurları, onun daxili aləmini, dünyaya baxışını gördükdə, dərindən anladıqda məlum olur ki, uğur fiziki sərhədlər tanımır. Geniş oxucu rəğbəti qazanaraq, həmyaşıdlarından fərqlənərək, özünəməxsus əsərləri və dəsti-xətti ilə Azərbaycan ədəbiyyatı tarixinə adını yaza bilib. 8 ildir yaradıcılıqla məşğul olan gənc, istedadlı şairə daha böyük uğurlara imza atmasını arzulayırıq.

 

Bu məqalə Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) "UNİVERSAL DIZAYN" Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC ilə əməkdaşlıqla Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Hamı üçün layiqli " layihəsi çərçivəsində elan edilmiş müsabiqədə iştirak etmək üçün hazırlanmışdır.

 

 

  Pərvanə Fərhadqızı  

 

525-ci qəzet.- 2021.- 11 sentyabr.- S.19.