Zəngəzur
sevdalısı
"44 gün
davam edən müharibədə mənfur
qonşularımız üzərində
əldə olunan möhtəşəm qələbəni
təmin edən Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev müstəqil Azərbaycanımızın ən
yeni, parlaq tarixini qızıl hərflərlə yazdı,
xalqımız illərlə
arzuladığı səadətli
günlərə qovuşdu.
Göz yaşlarımla aylardır
yaşadığım bu
sevinc hisslərini sözlə ifadə etməkdə acizəm.
Qarabağ Azərbaycandır!
Əbədi yaşa, Azərbaycan!"
Tofiq Mehdiyev,"Zamanın
axarında Zəngəzursuz
illərim" kitabından
son abzas.
Tofiq Şəfaət oğlu
Mehdiyevin adı, xüsusilə Sovetlər İttifaqının dağılması
və müstəqil dövlətimizin qurulması
dövrünün ictimai-siyasi
fəallarının yaxşı
yadındadır. O, XI, XII çağırış
Azərbaycan SSR Ali Sovetinin
deputatı, Azərbaycan
KP MK-da məsul vəzifələrdə, bədnam
qonşumuzla həmsərhəd
Zəngilan Rayon İcra
Hakimiyyətinin başçısı,
"Azərittifaq"ın sədri olaraq daim hadisələrə obyektiv, çevik, prinsipial, çoxlarının
dilinə gətirmədiyi
problemlər və onlardan çıxış
yolları barədə
yüksək tribunalarda
səsləndirdiyi açıq,
tənqidi fikirləri
ilə daim gündəmdə olurdu.
Tofiq Mehdiyev
təmsil olunduğu
"partnomenklatura" deputatları
arasından 1991-ci il
18 oktyabr Müstəqillik
Aktına imza atan, yeni dövlət
bayrağı, gerbi, himninin qəbul olunmasını, Kirovabad, Qutqaşen,
Vartaşen şəhərlərinin
adlarının dəyişdirilməsini,
Moskvanın diktəsi
ilə zorla Azərbaycandan qoparılmış
Mehri rayonunun Nüvədi, Aldərə
kəndlərinin yenidən
Zəngilana rayonuna qaytarılmasını tələb
edən, bununla bağlı xüsusi dövlət komissiyasının
yaradılmasına və
beş il həmin kəndlərdə
Azərbaycan idarəçiliyinin
təmin olunmasına
nail olan deputat idi. Müstəqil Azərbaycanda "Azərittifaq" kimi nüfuzlu qurumla qardaş Türkiyə Cümhuriyyəti arasında
ilk birbaşa ticarət
əlaqəsinin qurulmasının,
qardaş ölkədə
"Azərittifaq"ın nümayəndəliyinin yaradılmasının,
paytaxtda və regionlarda ilk birgə istehsal təyinatlı birgə müəssisələrin
qurulmasının təşəbbüsçüsü
olmuşdu.
Bütün bu və digər hadisələr barədə
detallar da, 28 il Zəngəzursuz - Qubadlı, Laçın, Zəngilansız keçən
çətin illərin
ağrı-acısı Tofiq
Mehdiyevin yenicə çapdan çıxmış
"Zamanın axarında
Zəngəzursuz illərim"
kitabında şirin qələmlə, rəvan,
oxunaqlı üslubda,
zəngin faktla əks olunub.
Müəllifin xarakterindən, əxlaqından,
keçdiyi zəngin,
mənalı ömür
yolundan süzülüb
sətirlərə, səhifələrə
köçən xatirələr,
hadisələr çətin,
məsuliyyətli bir dövrün mənzərəsi
barədə oxucuda əyani təsəvvür
yaradır.
510 səhifəlik kitab
əslində, mühüm
bir dövrün ictimai-siyasi hadisələrinin
tarixi salnaməsidir. Çox sayda tanınmış
dövlət, elm, ədəbiyyat
xadimləri ilə dostluq münasibətlərini,
xaricdə və ölkəmizdə keçirilən
görüşlərdən, ailə fotoalbomundan kitaba əlavə edilmiş şəkillər
də zəngin, mənalı ömür yoluna güzgü tutur.
Müəllif kitabı iki nəfərin əziz xatirəsinə ithaf edib; atası, Sosialist Əməyi Qəhrəmanı Şəfaət
Kərbəlayı Məmmədxan
oğlu Mehdiyev və gənclik dostu, şəhid generalımız Məhəmməd
Nəbi oğlu Əsədov.
Uzun zaman
rəhbər sarıdan
yarımayan Zəngilan
camaatı, ağsaqqal,
ziyalılar o zaman respublika rəhbərliyinə
yazırlar ki, bizdə uzun illər rayon İcraiyyə
Komitəsinin sədri
işləmiş həmyerlimiz
Şəfaət Mehdiyevin
gördüyü işlər,
mənəviyyatının təmizliyi camaatımızın
yaddaşında hörmət-izzətlə
qalıb, qonşular da bir tərəfdən
ayağa qalxıb, çətin vaxtdır, Şəfaət Mehdiyevin Mərkəzi Komitədə
işləyən oğlunu
bizə rəhbər göndərin. Elə də olur.
Daxili işlər naziri Məhəmməd Əsədov tez-tez sərhəd rayonlarına
gələr, ön cəbhədə yerləşən
döyüşçü, polislərlə, yerli sakinlərlə görüşərdi,
həmişə də
Tofiq müəllimlə
birlikdə olurdu, onların münasibəti,
dostluğu el-oba, vətən, sevgisi, milli qeyrət və düşüncə
ilə yoğrulmuşdu.
Tofiq Mehdiyevlə
həmsöhbət olanlar,
onunla birlikdə çalışanlar mütaliəsinin,
dünyagörüşü və intellektinin, idarəetmə təcrübəsinin
zənginliyinin, hadisələrin
içində olması,
məlumatlılığı, dövlətə, dövlətçiliyə
sədaqətinin, prinsipial mübarizliyinin
vurğunu olmaqdan qurtula bilmir. Məkrli qonşumuzla Birinci Qarabağ müharibəsi dövründə
hələ çətin
formalaşma mərhələsində,
siyasi intriqaların mərkəzində olan döyüşən ordumuza,
sərhəd bölgələrimizə,
rayonlarımızın işğalından
sonra yurd-yuvalarından
didərgin düşməyə
məcbur olan həmvətənlərimizə Tofiq Mehdiyevin birbaşa təşkilatçılığı,
rəhbərliyi ilə
göstərilən yardımlar,
görülən işlərin
vüsəti bu gün də yaddaşlardadır. Bu kitab
elmi-tarixi tutumu, güclü istinadları,
bir çox tarixi hadisələrə aydınlıq gətirməsi,
avtobioqrafik səciyyə
daşısa da, əslində, yaxın tariximizə dair yazılmış ən dəyərli kitablardan biridir, heç şübhə yoxdur ki, səmimiyyəti, əhəmiyyəti, real hadisələrə
obyektiv baxışı
ilə stolüstü
kitaba çevriləcəkdir.
Kitabda Ümummilli
lider Heydər Əliyevə içdən
gələn hörmət
və ehtiram, onun layiqli davamçısı
Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə
həyata keçirilən
siyasətin mahiyyəti,
təntənəsi təcrübəli
iqtisadçı və
ictimai xadim baxışı ilə real fakt, detallarla əks olunub.
12 ildir rəhbərlik
etdiyim, ölkəmizin ilk
qeyri-hökumət təşkilatlarından olan
"Zəngəzur" Cəmiyyətləri İctimai
Birliyi sədrliyini onun
israrlı təklif və tövsiyəsi ilə nüfuzlu ziyalı, ağsaqqalların iştirak etdiyi toplantıda Tofiq
müəllimdən təhvil aldım. O, həmin vaxtdan Birliyimizin Ağsaqqallar Şurasının sədridir.
Təkcə Birliyimizin, layiqli
övladlar yetişmiş
ailəsinin, qol-budaqlı Mehdiyevlərin deyil,
həm də Zəngəzur camaatının müdrik
ağsaqqallarından biridir.
Şərəflə, ləyaqətlə
yaşanmış ömrün 75 ili tamam olur.
Bu yubileyi
münasibətilə və mənalı həyat yoluna güzgü tutan sanballı kitabına görə layiqli ağsaqqalımız Tofiq
Mehdiyevi təbrik edir,
bundan sonra da sağlam, uzun, xeyirli ömür
diləyirəm.
Hacı NƏRİMANOĞLU,
"Zəngəzur"
Cəmiyyətləri
İctimai Birliyinin sədri, tarix
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2021.- 14 sentyabr.- S.15.