"Unuda
bilmirəm"
Ayrı
düşdük, aylar
ötdü, il
oldu,
Eşqim sənsiz bir çağlayan sel oldu.
Bağça saldım, çiçək
açdı, gül oldu,
Neyçün səni bəs unuda bilmirəm?
Mir rəng verir bahar hər bir çiçəyə,
Ruh gətirir
hər qəlbə, hər ürəyə.
Mən çatıram min arzuya, diləyə,
Neyçün səni bəs unuda bilmirəm?
Deyirlər ki, yoxdur sevgi, məhəbbət,
Bir-birinə qız-oğlan edir adət.
Doğrudanda yoxdur əgər
məhəbbət,
Neyçün səni bəs unuda bilmirəm?
***
Ucal, fidanım, ucal
Palıd
ağacımızı
Kəsdilər, apardılar.
Yayda kəndimiz onu
Kölgəliyi bilərdi.
Qışda tüklü papaqtək
Bəzəyərdi onu qar.
Yolçular od qalayıb
Altında dincələrdi.
Yayda budaqlarında
Yuva hörürdü quşlar,
Ucalmışdı bir qolu
Açılmışdı ovuctək.
Şahin,
mərd baxışlılar
Orda - zirvədə
yaşar.
O zirvəyçin, o taxtçın
Həsrət çəkərdi ürək.
İlkin
ona baxardı
Açan
güllər hər sabah.
Boyundan,
vüqarından
Gözəllər pay umardı,
Altındakı bulaqdan
Su içərdi kəndimiz,
Dadından yaşıl zəmi,
Yaşıl tarla xumardı.
Sərt
qayanı, torpağı
Çatladıb bitmişdi o.
Bu inamı, sərtliyi
Ondan alıb nəbatat,
Öz palıd adına
da
Döyüşlə yetmişdi o.
İndi
sözü düşəndə
Ah çəkir bu el-elat.
Palıd
ağacımızı
Kəsdilər, apardılar,
O gündən yavaş-yavaş
Su azaldı bulaqdan.
Qəlbi
yanan cüyürlər,
Ceyranlar
onu arar,
Şahin,
tərlan hər səhər
Onu gəzər
uzaqdan.
Deyirlər, torpaq altdan
Bir şüy qalxır, pöhrələr...
O zoğ palıd olarmı?
Nə vaxt qalxar, yüksələr?
Nə vaxt hasilə gələr?
Ucal, fidanım, ucal,
Mən də yetim böyüdüm,
Ucal, küsməsin xəyal,
Qırılmasın ümidim!
***
Ananın səsi
Ana qəlbim odlanır,
Söz düşəndə
davadan.
Bəs deyilmi ey insanlar,
Töküldü qan,axdı qan?
Bəs deyilmi ,
qara torpaq
Su içdi göz
yaşından.
Yer üzündə dostun olsun,
Gərək insan insanın,
Qəlbimdəki bu arzular,
Arzusudur zamanın.
Mən anayam bu səsimdə
Yerin, göyün,
dərdi var.
Sülhə gəlin, ey insanlar
Yoxsa dünya məhv olar!
Silahalrı yandırın,
Ərşə qalxsın tüstüsü
Hər obada, hər eldə,
Qanad açsın “sülh” sözü
Üzü gülsün insanların
Bayram etsin yer üzü.
***
Azərbaycan
Könül necə sussun gələndə adın,
Mənim həyatımdır sənin
həyatın.
Sevincin,
kədərin, alovun, odun
İlhama
nur verir, nur Azərbaycan,
“Mahur” Azərbaycan, “Şur” Azərbaycan!
Bir cüt hörüyündür
Araz ilə Kür,
Gözlərin Göygöldür, hər
zaman gülür,
Bu hüsü görməyə
dünyalar gəlir,
Dəyməsin hüsnünə göz
Azərbaycan,
Vəsfinə tapmıram söz Azərbaycan.
Qoynunda qaynayan bulaqlar şəfa,
Çəmənlərin şəfa, yaylaqlar şəfa,
Yaşıl bağlarında yarpaqlar
şəfa,
Şəfadır gül-çiçək, şeh Azərbaycan,
Səhər-səhər əsən meh Azərbaycan.
Boylu çinarların şah vüqarındır,
Dağların ağ saçı etibarındır,
Yüksələn qalalar nağıllarındır,
Pıçıldar, danışar Kür, Azərbaycan,
Gah susar, gah coşar Kür, Azərbaycan.
Axır
aram-aram, axır durmadan,
Bir an dincəlməyir o təbi rəvan,
Odur ən müqəddəs əsər yaradan,
Boyası
günəşdən dürr
Azərbaycan,
Əbədi rəssamdır Kür, Azərbaycan.
Burda millətlərin ülfəti
mayak,
İnsanın insana hörməti
mayak,
Keçdiyin yolların şöhrəti
mayak,
Mayak Azərbaycan, dan Azərbaycan,
Günəş ol göylərdə, yan, Azərbaycan.
Gözündə qalmasın xoş
arzuların,
Açılsın cənuba gedən
yolların,
Arazda bənd quran mərd oğulların,
Olsun şəfəqlərə qərq
Azərbaycan,
Qoşulsun dostluğa şərq, Azərbaycan.
Araz Araz deyil, candır,
ürəkdir,
Araz günəş olub nur səpəcəkdir,
Sağı da, solu da bəzənəcəkdir,
Açacaq sahillər gül,
Azərbaycan,
Sevin, Azərbaycan, gül, Azərbaycan.
Oyanar Babəklər, qoç Koroğlular,
Çəkər qılıncını Murovla Qoşqar,
Şahdağı hayqırar, Kəpəz
hayqırar
Başında əskilsə tel,
Azərbaycan,
Durur keşiyində
el, Azərbaycan.
***
Qoru anamız Yeri
Anadan əziz, şirin
heç nə yoxdur həyatda,
Analar anasıdır
əsrimiz kainat da.
Ey insan, kamalına
Bərabər kamal olmaz.
Fəqət bil, anan Yerin
Qüdrətindən azdır, az.
Ulduzlar həsrət çəkir
Onun yaratdığına,
Səhralarda, sularda
Həyat oyatdığına.
Ulduzlar həsrət çəkir
-
Dənizi,
gölü olsun,
Çəməni, çölü olsun,
Bərəkətli torpağı,
Çayı, bağı, bulağı,
Gülü, bülbülü olsun,
Bulaqların başında
Maral, ceyran görünsün,
Qoynunda,
qucağında
Yağış, ceylan görünsün...
Ulduzlar həsrət çəkir
Sənin
kimi övlada,
Suya, küləyə oda...
Anamız
Yer cahanın
Qoynunda tək-tənhadır,
Bir də heç vaxt doğulmaz
Ən müqəddəs
anadır.
Gecələr ulduzları
Duya-duya
düşün sən,
Nəfəs, həyat gözləyir
Səndən, anamız Yerdən.
Unutma, aqil insan,
Sən Yerin övladısan.
Oğulluq borcundu bu:
Anamız
Yeri qoru!
Qoru milyon illərin
Şaxtasında qarında,
Ehtiyacın dözülməz
Ağır əzablarında,
Zülmündə kəşf etdiyin
Öz odundan, közündən
Qoru anamız Yeri,
Qoru özün özündən!
Qoru müdrik ağlının
Qəzəbli övladından -
Ana-ata qanmayan,
O dəlisov odundan!
Od dedim, yox, od deyil,
Zümrüd quşu tapmısan,
Bir də gəlməz cahana
Sənintək kamil insan.
Şər hissini cilovla,
Şər duyğunu cilovla,
Uç
o zümrüd quşunda
-
Fəza
gəmilərində
Dostun odla, alovla.
Cilovla “qan-qan” deyən
Sərsəm naxələfləri,
Aqillərlə həmdəm ol,
Qoru anamız yeri!
Uç
xəyalyetməzliyə
Tükənməz qüdrətinlə,
Sən aya, ulduzlara
Həyat
apar hədiyyə!
Bilinməz
(Səməd Vurğunun heykəli önündə)
Necə
yaranıbdır qoca kainat,
Xəlbiri, ələyi nədi, bilinməz.
Tutub mayasını qəmdən,
sevincdən,
Nənnisi, bələyi nədi, bilinməz.
Yaradar, bəsləyər, sonra soldurar,
Bir yandan uçurar, bir yandan qurar,
Yorulmaz,
usanmaz, axtarar, arar,
Arzusu, istəyi
nədi, bilinməz.
Gəncəli, dostların baş
alıb gedir,
Çevrilir torpağa, daş
olub gedir,
Ətrafın günbəgün boşalıb
gedir,
Fələyin ürəyi nədi, bilinməz.
***
"Vəzifə"
(karyeristin dilindən)
Duymuşdum onun ətrini mən dadmamış idim...
Altında o barlı ağacın
yatmamış idim...
Vallah belə bir mərtəbəyə
çatmamış idim...
Bəh-bəh! Nə səfalı,
necə yaylaqdı vəzifə!..
Baldı,
kərədi, dadlıca
qaymaqdı vəzifə!..
Həsrətdim ona, qurd quzuya həsrət olan tək...
Həsrətdim ona, şaxtada, çovğunda qalantək...
Qışda yuxuda isti görən gürzə ilantək...
Ətdir,
fərədir, canlı
toyuq, yağdı vəzifə...
Hörmətlə zərif canları
almaqdı vəzifə!..
Bir taxtdı vəzifə burada məst olur insan...
Hamı
görünür gözlərinə
bir sürü şeytan...
Əlbəttə, şefi söyləmirəm,
can ona qurban...
Arxamdı, veribdi bu yeri, dağdı, vəzifə...
Dəryada balıq tutmağa
qarmaqdı vəzifə!..
Bir pillə də yüksəlmək üçün
min sifət allam...
Dalda şefimə böhtan atıb, kamiyab ollam...
Gördükdə öpüb qollarımı
boynuna sallam...
Öpmək ilə, qucmaq ilə yıxmaqdı vəzifə...
Yıxmaq
ilə yüksəkliyə
qalxmaqdı vəzifə!..
Məndən asılı kəsləri
qırxdım neçə
illər...
Yüzlükləri yastıqlara yığdım neçə
illər...
Bu minval ilə ağ günə
çıxdım neçə
illər...
Əfsus
ki, belə bilmədim heç, haqdı vəzifə...
Saflıqdı, ədalətdi, düz
olmaqdı vəzifə...
Düz olmayanın başına toxmaqdı vəzifə!..
***
...Dəniz də ağlar
(xatirə)
Bir yarımdı, bir də mən,
Bir sahildi, bir dəniz.
Şəffaf, ayna sularda
Əks olunmuş
şəklimiz.
Əksimizdə görərdik
Səadətin ömrünü...
Hey baş-başa verərdik
Uzatmaqçün o günü.
Hərdən gəlləm sahilə,
Guruldar, çağlar
dəniz.
Sanki məni tək görüb
Hönkürər, ağlar dəniz.
1969
Novruz
Gəncəli
525-ci qəzet.- 2021.- 15 sentyabr.- S.23.