Metodik dəstək: məktəb və
müəllimlər üçün vacib amil
Metodistlər gənc və təcrübəsiz müəllimlərə
müəssisədə səmərəli
işləməyə kömək
edən, onların peşəkar fəaliyyətlərində
və inkişafında
metodik, psixoloji və elmi dəstək
göstərən daha
yaşlı və təcrübəli ixtisaslaşmış
müəllimlərdir.
Azərbaycan Respublikası Təhsil
İnstitutu (ARTİ) Metodik
Dəstək Mərkəzinin
Əlaqələndirmə şöbəsinin
müdiri Elxan Nəcəfov deyir ki, metodist olmaq
üçün bir sıra müxtəlif bilik, bacarıq və səriştəyə
yiyələnmək lazımdır.
Bu yolda uğur
şüurlu, məqsədyönlü
və davamlı özünüinkişafdan asılıdır.
Təsadüfən toplanan təcrübədən
daha çox, qarşıya daha çətin məqsədlər
qoyub, onlara çatmaq lazımdır.
Zaman, səy və daxili motivasiya bu məqsədlərə
çatmaq üçün
ən vacib amillərdir. Nəticədə
bu yolda əldə edilən yeni metodları inkişaf etdirmək ixtisaslaşmış müəllimin
metodist olmasına imkan yaradır: "Metodistin peşəkar iş fəaliyyətində
isə əsas yer tutan məsələlərdən
biri təlim-tərbiyə
işi ilə bağlı məlumatın,
metodların öyrənilməsi,
sistemləşdirilməsi, yayılması və inkişafıdır. "Xalq təhsili"ndə metodist öz funksional vəzifələrini
yerinə yetirmək üçün metodika ilə peşəkarcasına
məşğul olan pedaqoji heyət kateqoriyasına aiddir.
Metodik xidmət təcrübəli
və yeni müəllimlərə dəstək
və yolgöstərmə
mexanizmi kimi xarakterizə olunur. Bundan əlavə, metodist, müəllimlərin işini
planlaşdırır, onların
fəaliyyətinə rəhbərlik
edir, peşəkar inkişafı yolunda müxtəlif seminar və
konfranslar keçirir.
Alimlərin topladığı
sübutlar göstərir
ki, metodik xidmətin təhsil müəssisəsinin inkişafına
müsbət təsiri
və bu sahədə xüsusi rolu var. Belə ki, aparılan araşdırmaya görə,
keyfiyyətli metodik xidmət alan
müəllimlər digər
müəllimlərdən fərqli
olaraq karyera pilləsində daha tez ucalır, gördükləri işi
sevir və ondan zövq alırlar. Digər araşdırmalara görə, metodik xidmətin keyfiyyəti metodika siyasətinin təbiətindən və
onun icrasının keyfiyyətindən asılıdır.
Belə ki, metodika siyasəti
ölkədən ölkəyə
dəyişir və bu xidmətin təhsil müəssisəsinə
olan faydaları araşdırılır, nəticəyə
uyğun dəyişir,
ya da təkmilləşir".
Şöbə müdirinin dediyinə
görə, elm və təhsil praktikası arasında bir vasitəçi olmaq, pedaqoji heyətin davamlı peşəkar inkişafını təmin
etmək metodistin ən başlıca öhdəliklərindəndir. Beləliklə, metodistin əsas professional
metodik fəaliyyəti
onun pedaqoji heyətin peşəkar fəaliyyətinin və təhsil proseslərinin təşkilini əhatə
edir. Digər tərəfdən də müasir təhsilin tələblərinə
cavab vermək üçün metodistlərin
peşəkar fəaliyyətlərində
bir sıra istiqamətlər və rollar təzahür edir.
Texnoloji
fəaliyyətin əsas
xüsusiyyətlərini qeyd
etsək, burada metodist,
müəllimlərin peşəkar
inkişafı üçün
vacib olan məlumatı pedaqoji heyətə çatdırır,
pedaqoji metodik və məlumat xarakterli vəsaitləri sistemləşdirir və peşəkar inkişafın
müasirləşdirilməsinə dəstək göstərir.
Bundan əlavə, metodist pedaqoji heyətin innovativ, aktual, peşəkar təcrübələrini
aşkar edir, öyrənir, ümumiləşdirir,
təsvir edir və təhsil müəssisələrində pedaqoji heyətlə bölüşür. Müəllimlərin peşəkar təcrübəsinin
qeydə alınmasında,
metodik vəsaitlərin
hazırlanmasında və
elmi məqalələrin
yazılmasında müəllimlərə
kömək edir.
Gənc və təcrübəli müəllimlərin attestasiyadan,
diaqnostik qiymətləndirmələrdən
uğurlu nəticələr
əldə etmələri
üçün istiqamət
verir. Metodistin texnoloji nailiyyəti
pedaqoji fəaliyyətin
normalarını müəyyən
etməsi və həmin normaların nəzəri təcrübəsini
praktik təcrübəyə
ixrac etməsindən ibarətdir. Məsələn,
müəllimin iş
fəaliyyətində qarşılaşdığı
çətinliyi analiz
edir, onların səbəblərini araşdırır
və onları aşmaq üçün metodlar irəli sürür. Bundan əlavə, metodist
öyrənilmiş yeni
texnologiyalardan daha səmərəli istifadə
etmək üçün
onları bir bank formasında arxivdə saxlayır və lazım gələndə
digər müəllimlərlə
bölüşür.
Elxan Nəcəfov bildirib ki, metodistin peşəkar fəaliyyəti,
öz növbəsində,
pedaqoji heyətin iş fəaliyyətində
qarşılaşdığı çətinlikləri aradan
qaldırmasına kömək
edir. Bundan əlavə, müəllimlərin
peşəkar inkişaf
proqramlarının hazırlanması,
İKT bilik və bacarıqlarının inkişafının
təmin edilməsi, əldə edilən bilik və bacarıqların
müəllimlərin iş
fəaliyyətinə inteqrasiya
edilməsi və başqa fəaliyyətləri
özündə ehtiva
edir. Metodist, müəllimlərin innovativ və metodik fəaliyyətlərinin
keyfiyyətini artırmaq
üçün motivasiya
xarakterli və stimullaşdırıcı tədbirlər
görür. Müəllimlərə lazım olan müxtəlif tipli sənədlərin, vəsaitlərin
hazırlanması və
toplanmasında dəstəkləyici
rol oynaması isə metodistin idarəçilik fəaliyyət
növünə daxildir.
Metodistin
araşdırma fəaliyyətində
ümumtəhsil müəssisələrində
elmi-metodik araşdırmaların,
təhlillərin aparılması,
innovativ təlim-tədris
texnologiyalarının öyrənilməsi,
öyrədilməsi və
tətbiqi yer alır. Metodistin ekspert fəaliyyətinə
isə müəllim fəaliyyətinin ekspertizası,
qiymətləndirmə meyarlarının
hazırlanması, müəllimin
peşəkar fəaliyyətinin
ekspert müşahidəsi
və qiymətləndirilməsi
daxildir: "Yuxarıda
sadalanlardan aydın olur ki, ümumtəhsil
müəssisələrində müəllimlərin peşəkar
inkişafına yönəlmiş
metodist-müəllim münasibətlərində,
metodist bir neçə rolda çıxış edə
bilər və hər bir rolun
fərdi səmərəlilik
səviyyəsi var".
Şöbə müdirinin sözlərinə
əsasən, metodistin
əsas peşəkar
funksiyası məlumatın pedaqoji
heyətə ötürülməsidir.
Metodist bu rolu uğurla icra edə bilmək
üçün öz
iş sahəsində
yüksəkixtisaslı mütəxəssis,
bilik və təcrübəsini digərlərinə
ötürməkdə yüksək
qabiliyyətə malik
olmalıdır. Təhsil sahəsində
müəllim-metodist əlaqələri
metodistmərkəzli olduğu
üçün onun aktivliyi üstünlük
təşkil etməli,
müvafiq sahə və mövzularda müəllimlərin suallarına
çevik cavab verməyə hazır olmalıdır. Bundan
əlavə, müəllim-metodist
əlaqələrində və
qarşılıqlı iş
fəaliyyətində müxtəlif
aktiv və interaktiv metodlardan istifadə etməlidir:
"Aktiv metodik xidmətin məqsədi müəllimlərin sadəcə
iş görmələri
yox, gördükləri
işin mahiyyətini və məsuliyyətini anlaması və bu yolda inkişaf
addımları atmasıdır.
Lifenko isə əlavə edir ki, müəllimləri
aktiv işə cəlb etməzdən əvvəl, birinci növbədə metodist aktiv dəstək strategiyalarını müəyyən
və fəaliyyət
planını tərtib
etməlidir.
İnteraktiv iş metodu müəllimlərin dəstək-təlim
prosesinin aktiv iştirakçılarına çevrilməsinə,
düşünməsinə, beyin fırtınası etməsinə, əldə
edilən nəticəni
qrupda bölüşməsinə
imkan yaradır. Bu prosesə metodist-müəllim,
müəllim-müəllim münasibətləri, audio, video və vizuallardan istifadə və sonda nümayiş strategiyaları daxildir.
İnteraktiv iş metodu nəinki müəllimlərin fənn
biliyinin inkişafına,
həmçinin, onların marağının,
komanda ruhunun artırılmasına, özünə
güvən və özünü ifadə etmək bacarığının
artmasına kömək
edəcək".
ARTİ-nin Metodik
Dəstək Mərkəzinin
Əlaqələndirmə şöbəsinin
baş mütəxəssisi
Aygün İsgəndərova
isə vurğulayıb
ki, metodist-analitik müəllimlərin metodik
fəaliyyətlərinin, təlim-tədris
prosesinin monitorinq nəticələrinin, pedaqoji
heyətin məlumat yönümlü ehtiyaclarının
diaqnostikasını və
analizini aparmağı
bacarmalıdır. Metodist-analitik
fərdi və kollektiv konsultasiyalar aparmalı, keyfiyyətli diaqnostika nəticəsində
müəllimlərin iş
fəaliyyətində yaşadıqları
problemləri analiz və çatışmazlıqları
aradan qaldırmağa
kömək etməlidir:
"Müəllimlərin müstəqil
qrup fəaliyyətlərini
təşkil etmək,
məlumatın müəllimlər
tərəfindən mənimsənilməsinə
kömək etmək,
peşəkar fəaliyyətin
yollarını və
situasiyaya uyğun münasibət instrumentlərini
tətbiq etmək metodist-moderatorun əsas peşə funksiyalarındandır.
Bu funksiyaların icrası
aşağıdakı addımları
əhatə edir: peşəkarlar arasında
əlaqələr qurmağa
vasitəçilik, müəllimlərin
davamlı peşəkar
inkişafını təşkil
edir. Müəllimlərin
peşəkar fəaliyyətində
qarşılaşdıqları problemləri həll etmək üçün fəaliyyət planı tərtib və onları idarə edir. Bundan əlavə, Vavilova
qeyd edir ki, metodist empati
qurmağı, həmçinin,
düzgün yönəltməyi
və idarə etməyi bacarmalıdır".
Onun dediyinə görə, metodist - tyutor rolunda müəllimin şəxsi və peşəkar inkişafı ilə bağlı metodik dəstək göstərir, fərdi proqramlar tərtib edir və bu yöndə metodistlərə kömək edir. Bu rolda metodist müəllimlərə hazır həll yolunu və lazımi məlumatı verməkdən daha çox, məsələlərin həll yolunu tapması üçün məsləhət verməklə dəstək olur. Metodistin tyutorluq vəzifəsi, həmçinin, müəllimlərin professional məsələləri həll etmək üçün ehtiyac duyduqları, lakin çatışmayan bilik və bacarıqları əldə etmək yönündə alternativ yolların araşdırılması və tədbiq olunmasını əhatə edir. Metodist-tyutor olmaq üçün əsas keyfiyyətlər pedaqoji intuisiya, situasiyaya görə çevik hərəkət etmə və qərarvermə bacarıqlarıdır: "Metodist - fasilitator rolunda müəllimin fərdi peşəkar inkişafı və təkmilləşməsi prosesi yönündə psixoloji-pedaqoji dəstək göstərir. İş prosesində müəllim-müəllim, müəllim-valideyn, müəllim-şagird qarşılıqlı münasibətlərində yaranan baryerləri aşmağa kömək edir. Əlavə olaraq, Vavilova qeyd edir ki, metodist-fasilitator auditoriyanın və tabeliyində olan pedaqoji heyətin psixoloji xüsusiyyətlərini nəzərə alır, özünüinkişaf prosesində müəllimlərin dəyişməsini müşahidə edir və müvafiq tədbirlər görür. Bu rolu icra etmək üçün metodist empati qurmağı bacarmalı, çevik, açıq, nəzakətli, xeyirxah və həssas olmalıdır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 15 sentyabr.- S.17.