Milli Kitabxanada Bilik günü sərgisi
Azərbaycanda 15 sentyabr tarixi Bilik günu kimi qeyd olunur. Bu gün 2004- cü ilə qədər sentyabrın 1-nə təsadüf
edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust
2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın
bütün təhsil
müəssisələrində dərslərin 15 sentyabrdan
başlanması qərara
alınıb və beləliklə həmin gün Bilik Günü kimi qeyd olunub. Son
illərdə Azərbaycan
təhsili yeni inkişaf dövrünə
qədəm qoyub.
Prezident İlham Əliyevin qayğısı, Heydər
Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğrlu davamının göstəricisidir.
Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil
sisteminin bütün pillələri üzrə
dövlət proqramları
uğurla həyata keçirilir.
Bilik günü
məktəb həyatına
qədəm qoyan birincilər üçün
səbirsizliklə, sevinc
və həyacanla gözlənilən, xüsusi
qayğı və məmnuniyyətlə, təntənəli
şəkildə qarşılanacaqları
bir gündür. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub, şeirlər
əzbərləyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata
– məktəb həyatına
qədəm qoyacaqlar.
Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən
“15 Sentyabr Bilik Günü” adlı virtual
sərgi hazırlanıb. Virtual sərgidə
Azərbaycan təhsil sistemi, Azərbaycanda
təhsil tarixi, təhsil siyasəti, təhsilin
inkişaf strategiyası və s. mövzularda materiallar və fotolar təqdim
olunur.
525-ci qəzet.- 2021.- 16 sentyabr.-
S.9.