saçlı AZTV  

 

Hərdən onu danışdırmaq çox çətin olur. Bir saat ünsiyyətdən sonra elə bir sözünü eşidirsən ki,  öz-özünə "Bu adam görəsən, niyə kənardan belə zəhmli görünür?" deyirsən qərara gəlirsən ki, bir yazı yazıb elə-aləmə bəyan edəsən: "AZTV- saçları ilə hər kəsin diqqətini çəkən, AZTV-dən cəmi 1 yaş kiçik olan, ömrünün 40 ilini burada keçirən sözün əsl mənasında həyatını ağayana yaşamış o kişi, Əlimürsəl Hacızadə göründüyü kimi, zəhmli adam deyil".

 

Yaxın günlərdə Əlimürsəl müəllimin tərcümeyi-halı düşdü əlimə. Təəccübləndim. Mən AZTV- gəldiyim gündən onun yaradıcılığına diqqət yetirmişəm. Bilirsiniz niyə? Şəxsiyyətinə hörmət etdiyimə görə. Amma ki, bəzi nüansları mən bilmirəmmiş. Sən demə, bizim bu efir məkanında bəzi ilklərin müəllifi Əli müəllim olub. MÜƏLLİM. Bu gün  Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında "Rejissor operator işi" şöbəsinin müdiri vəzifəsində çalışan həmin o müəllimin tərcümeyi-halından müəyyən hissələri sizə təqdim etməyi özümə borc bilirəm. 1984-cü ildə rejissor kimi, o dövr üçün çətin komponentli sayılan, "7 sual-7 cavab", "Aygün" qızlar üçün proqram, "Telekörpü" başqa verilişlər, 1986-cı ildə Azərbaycanda ilk, sırf hərbi veriliş olan, "Cənub sərhədlərinin keşiyində" proqramının məsul rejissoru, 1989-cu ildə Şuşada açılan televiziyada rejissor kimi fəaliyyət, 1991-ci ildən "Uşaq-Gənclik maarifçilik" redaksiyasının baş rejissoru, ölkəmiz müstəqillik əldə etdikdən sonra, 1992-ci ildə "Azadlıq" meydanında keçirilən ilk hərbi paradın rejissoru, 1994-cü il "Yurd" mübadilə redaksiyasının yaradıcısı baş rejissoru, 1999-cu ildən 2006-cı ilədək "Space" telekanalında işlədiyi müddətdə  "Hərb  sülh", "Bu şəhərdə" "Şahidlər", "Tam məxfi" "Space" telekanalı formatında doqquz seriyalıq  "SSRİ-nin süqutu" filminin rejissoru, 2006-cı ildən 2018-ci ilədək AZTV- "Azərbaycan Respublikasına xidmət edirəm" hərbi verilişinin məsul rejissoru olan Əlimürsəl Hacızadənin tərcümeyi-halında 10-a yaxın bədii-sənədli televiziya filminin rejissoru faktına da rast gəldim. Bütün bunları oxuduqdan sonra özüm-özümə düşündüm, mən necə xoşbəxt qələm sahibiyəm ki, belə kəsləri xalqa tanıtdıra bilirəm. Əslində, Əli müəlimin bu yazıdan xəbəri olsa, yəqin ki, məni yazını yayımlamaq fikrindən daşındıracaqdı. Çünki o danışanda heç vaxt "mənim verilişimdə, mən etmişdim" sözlərindən istifadə etmir. Əli müəllim hər hansısa tarixi veriliş haqqında danışanda deyir: "Bizim belə bir verilişimiz var idi, o verilişdə biz belə edirdik". Hətta ilk işi - əsrin ən böyük tikinti layihəsi olan SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin şəxsi nəzarətində olan Baykal-Amur magistralının tikintisindən danışanda da təvazökarlıq edir. Amma nəzərə alaq ki, onun həmin vaxtlarda 23 yaşı var idi AZTV rəhbərliyi tərəfindən BAM-a göndərilmişdi. Yeri gəlmişkən, qeyd edim ki, bir neçə ildən sonra AZTV-nin o vaxtkı rəhbərliyi həmin bu rejissoru SSRİ rəhbərliyi tərəfindən təqiblərə məruz qalan Heydər Əliyevin portretini efirə verdiyinə görə cəzalandırmışdı... Bəli, o, çox təvazökar insandır. Əziz oxucum, indi yəqin ki, özüm-özümə: "Bu adam görəsən, niyə kənardan belə zəhmli görünür?" sualını verməyimin mənasını anladın. Adam ciddi, ciddi olduğu qədər sadədir. AZTV böyük məktəbdir, sevmişəm, sevirəm, sevəcəm onu. Çünki bu məktəbdə bizim müdrik müəllimlərimiz olub, bu gün var. Var olan AZTV-nin bu gün 64 yaşını qeyd edən, ali dərəcəli rejissoru Əlimürsəl Əzizağa oğlu Hacızadəsi şükürlər ki, var. Allahdan dörd rəqəmin arxasına sifir arzulamasam da, altı rəqəminin önünə bir rəqəminin əlavə etməsini mütləq arzulayıram, Əlimürsəl müəllim, Allah sizi böyüklükdən əskik etməsin.

 

P.S. Sərlövhədəki adı da təsadüfi seçmədik, çünki ətrafındakı dostlar da onu ustad, ağsaçlı AZTV adlandırır. Sentyabrın 18-  ağsaçlı AZTV-nin - Əlimürsəl Hacızadənin 64 yaşı tamam olur. Təbrik edirik.

 

Günay NOVRUZ

 

525-ci qəzet.- 2021.- 18 sentyabr.- S.18.