Bir evdən iki
qəhrəman: ata qazi,
oğul şəhid
Qarabağ - 30 il ərzində düşmən
tapdağı altında
inildəmiş, nəhayət,
44 gündə şəhidlərin,
qazilərin canı və qanı hesabına azad edilmiş müqəddəs
diyar...
Nələr çəkdi başımız:
döyüldük, söyüldük,
sındıq, amma əyilmədik. Buna haqqımız yox idi. Çünki bizim qarşısında
əyilə biləcək
igidlərimiz var idi. Bunlar şəhidlər və qazilər idi.
Bütün Azərbaycan oğulları
kimi mənim şagirdlərimdən də
bu mübarizəyə
qoşulanlar oldu. Bunlardan biri
də şəhid İsmayılov Elnur Arif oğludur.
Əlbəttə, hamı kimi mən də qəhrəman oğullarla
fəxr edir, onlarla qürur duyuram. Hələ o da
həmişə gördüyün,
salamlaşdığın, bəzən də zarafatlaşdığın, özünəməxsus
dəcəlliyindən xoşlandığın
şagirdlər ola.
Elnur, sənin
yoxluğunu dilə gətirmək mənim üçün nə qədər mənəvi əzab olsa da, bir o qədər
də fəxarət və qürur hissidir. Sən təkcə bir
şagird kimi deyil, eyni zamanda,
qəhrəman bir vətən oğlu, bir şəhid kimi mənim qəlbimdə əbədi
yaşayacaqsan.
Şəki şəhər 8 nömrəli
beynəlmiləl tam orta
məktəbin məzunu
İsmayılov Elnur Arif oğlu 2001-ci ildə fevral ayının 24-də Şəkinin
Baş Küngüt kəndində Birinci Qarabağ müharibəsində
qazi olmuş Arif İsmayılovun ailəsində anadan olub. Atası İsmayılov
Arif 1993-cü ildə
Ağdərə döyüşlərində
yaralanmış, 4 ay xəstəxanada
müalicə aldıqdan
sonra evə buraxılmışdı.
2019-cu ildə hərbi xidmətə çağırılan
Elnur əvvəl Cəlilabadda, sonra Ağcabədidə, daha sonra isə Füzulidə hərbi xidmətini davam etdirmişdi.Hələ hərbi
xidmətdən məzuniyyətə
gələndə 2016-cı il Aprel
döyüşlərinin şəhidi
Elnur İsgəndərovun
məzarını ziyarət
etmiş, orada şəkil çəkdirmişdi.
Anası
şəkilə baxanda
Elnurun öz kölgəsinin məzar daşının üzərinə
düşdüyünü görür və onu silmək istəyir. Lakin Elnur icazə
vermir. Məzarlıqda dayısı oğluna
deyir ki, İsgəndərov kimi igid olmaq hər
oğulun hünəri
deyil. Əgər mən şəhid
olsam, məni burada - Elnur İsgəndərovun yanında
dəfn edərsiniz.
Sentyabrın 27-də Vətən müharibəsi
başlayanda döyüşlərə
qatılır, çox
böyük qəhrəmanlıqlar
göstərir. Hətta Füzuli uğrunda
gedən döyüşlərdə
60 nəfər döyüş
yoldaşını igidlik
göstərərək düşmən
mühasirəsindən çıxarır.
Hələ Şəkiyə ilk şəhid gələndə
atasından soruşdum
ki, Elnur nə edir? Dedi, döyüşlərdədir,
zəng vurdum ki, necədir vəziyyət, cavab verdi, toydayam,
narahat olma. Görün nə qədər igid, qəhrəman oğuldur ki, vətənin azadlığı
uğrunda döyüşməyi
toy-bayram kimi qəbul edir.
Nəhayət, oktyabrın 15-də Füzuli
uğrunda gedən şiddətli döyüşlərdə
qəhrəmancasına şəhid
olur. Şəhid İsmayılov Elnur
Arif oğlu özünün vəsiyyətinə
uyğun olaraq şəhid Elnur İsgəndərovun uyuduğu
məzarlıqda dəfn
olunur. Allah bütün şəhidlərimizə
rəhmət eləsin.
Elnur, sənin xatirən kollektivimiz tərəfindən daima əziz tutulacaq! Şəhadətin mübarək, Elnur!
Prezident İlham
Əliyevin 15 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən,
şəhid Elnur İsmayılov "Vətən
uğrunda" medalı ilə təltif olunub.
Məmməd
İSLAMOV
Şəki
şəhər 8 nömrəli məktəbin müəllimi
525-ci qəzet.- 2021.- 21 sentyabr.- S.13.