Dövlət qulluğu sahəsində insan resurslarının idarəedilməsi

 

Dövlət qulluğu - Azərbaycan Respublikasının Konstitusiyasına digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

 

Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri dövlət  qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimlənməsi bu qanunun məqsədləri hesab edilir. Məlum olduğu kimi, hər bir təşkilatda həm idarə heyəti - idarə edənlər, həm işçi heyəti - idarə edilənlər mövcuddur. "İnsan resursları" ifadəsi məhz idarəolunanlar tərəfindən öz işçilərinə münasibətdə səsləndirilən bir anlayış olub, müxtəlif təşkilatlarda "şəxsi heyət", "işçi heyət", "insan ehtiyatı" kimi terminlərlə xarakterizə olunur. İnsan resurslarının idarə edilməsində texniki funksiyaların rolu önəmlidir.

 

Əməkdaşların seçilməsi prosesinin ardıcıllığı

 

1. Elanların hazırlanması yayılması

 

Elanda təşkilatın loqosu missiyası qeyd olunmaqla bərabər, həvəsləndirici motivasiyaedici bir tərzdə yazılmalıdır. Təşkilatın müvafiq seçimindən asılı olaraq müxtəlif vasitələrlə yayıla bilər. Dövlət qulluğu sahəsində vakant vəzifələrə qəbul üzrə olan elanlar Dövlət İmtahan Mərkəzi vakant vəzifənin elan edildiyi mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müvafiq vaxtlar üzrə elan edilir.

 

2. Ərizə müraciətlərin qəbulu nəzərdən

keçirilməsi

 

Bu zaman insan resurslarının bu üçün ayrılmış əməkdaşları öncəliklə daxil olmuş ərizə müraciətləri sənədləşdirir, nəzərdən keçirir əsasən işin prinsip tələblərinə istinadən uyğun olan ya olmayan namizədləri çeşidləyirlər.

Dövlət qulluğu sahəsində isə test müsahibə mərhələsindən uğurla keçən namizədlər isə 5 günü müddətində dövlət orqanının rəhbərinə təqdim edilirlər.

 

3. Potensial namizədlərin müəyyənləşdirilməsi dəvət edilməsi

 

"Uyğundur" kateqoriyasında cəmləşmiş ərizələrin içərisindən müvafiq qərarverici iclasdan sonra  müsahibə üçün dəvət edilməsi qərarı verilir namizədlər müsahibətə dəvət edilir.

 

4. Müsahibə

 

Namizədlərlə tanışlıq prosesi zamanı müəyyənləşdirilmiş kriteriyalar üzrə qabaqcadan razılaşdırılmış, tərtib edilmiş düzülmüş suallar əsasında aparılır namizədlərin cavablarının qısa şəkildə qeyd edilməsi ilə müşaiyət olunur. Seçim qərarının verilməsində müsahibə mərhələsi önəmli rol oynayır.

Seçim mərhələsində 3 nümayəndə iştirak edir ki, onlardan biri Dövlət İmtahan Mərkəzinin əməkdaşı, biri sərbəst ekspert, digəri isə vakant vəzifənin elan olunduğu orqanın nümayəndəsi.

 

5. Seçim

 

İdarəedənlər ya menecerlər seçim mərhələsində namizədə dair əlavə araşdırmalar da daxil olmaqla dəstək tövsiyə məktubları kimi sənədlər nəzərdən keçirilməli menecerlərin sərəncamında olan komanda üzvlərinin fikirləri belə öyrənilməlidir. Yalnız bundan sonra yekun qərar verilir namizədə müvafiq şəkildə məlumat verilir. Dövlət qulluğu sahəsində müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.

 

6. Sınaq müddəti

 

Təşkilatda seçilən namizədin işə alınmağa uyğunluğunun müəyyən edilməsi prosesidir. Sınaq müddətinin sonunda özünü isbatlamış əməkdaşların seçimi rəsmən təsdiqlənir. Sınaq üçün təşkilatlar müxtəlif müddət təyin edirlər. Azərbaycanda qəbul edilmiş standart 1-3 ay aralığında, dövlət qulluğu sahəsində isə 3-6 ay arası kimi müəyyən edilmişdir. Yeni əməkdaşın birbaşa meneceri sınaq müddətində onun davranışı, işə davamiyyəti münasibəti barədə müntəzəm olaraq müşahidələr aparıb hesabat hazırlamalı, sınaq müddətinin sonunda isə əməkdaşlığa qəbul edilib-edilməməsi ilə bağlı şəxsi münasibətini tövsiyələrini bildirməlidir. Bütün əməkdaşlar yeni təsdiq edilmiş əməkdaşın yeni mühitə alışmasında ona əllərindən gələn dəstəyi verməlidirlər. Dövlət qulluğu vəzifələrinin tutulması prosesində isə bu əməkdaş kurator adlanır.

 

6. Rəsmi təyinat

 

Bu mərhələ rəsmi şəkildə əmək müqaviləsi bağlanan rəsmi formada təsdiqlənmiş əməkdaşın yeni yeri, birgə işləyəcəyi kollektiv, tutacağı postun xarakterindən asılı olaraq tələb olunan hər cür informasiya, bir sözlə, yeni işin şərtləri, qayda-qanunları təşkilatın ab-havası ilə tanış edilməsi metodudur. Bu proses yeni əməkdaşın rəsmən işə başlamasından əvvəl lazımi məkanda həyata keçirilməlidir. Dövlət qulluğu sahəsində isə bu müddət rəsmi olaraq 6 aylıq staj 3 aylıq sınaq müddətinə cəlb edilir ki, bu zaman kurator işçi onun fəaliyyəti barədə müsbət rəy verdiyi halda ümumilikdə 9 aydan sonra rəsmi şəkildə seçilən namizəd qulluğa qəbul olur rəsmi sənədlə təsdiq edilir.

 

Adilə FƏRƏCOVA,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi,

III dərəcəli dövlət qulluqçusu

 

525-ci qəzet.- 2021.- 21 sentyabr.- S.12.