Müstəqillik dövründə Azərbaycanda iqtisadisosial inkişafın anatomiyası

 

Azərbaycan iqtisadiyyatının planlı təsərrüfat sistemli dinamikası struktur dəyişmələri, tam yeni şəraitdə bazar münasibətlərinə adaptasiya transformasiya qanunauyğunluqlarının keyfiyyət kəmiyyət dəyişmələrinə məruz qalmışdı. Xarici çağırışlar, daxili dəyişmələr uyğun problemlər, iqtisadi sosial inkişafın, tam yeni xüsusiyyətlərini təsir mexanizmlərini yaratdı. Bütün bu meyllər struktur dəyişmələr, köklü islahatlar uyğun şəraitlərin yaradılması üçün fəal iqtisadi siyasət sosial müdaxilələr sistemi yaratmağa sövq edildi. Məhz bu tələblər baxımından sosial dövlət sistemi uyğun daxili struktur elementlər, davranış modelini formalaşdırdı. Azərbaycanın inkişaf strategiyası, formalaşmış iqtisadi vərdişlər dünyəvi dəyərlərin tətbiqi inkişaf istiqamətlərinə yönəldi. İlkin növbədə formalaşmış iqtisadi-sosial potensial, əmək resurs təminatı, mütərəqqi hədəflərə yönəldilən siyasi sistem yaradıldı. Planlı təsərrüfat sistemi  mərkəzləşdirilmiş inkişaf göstəriciləri ilə əlaqələr sisteminin qurulmasına əsaslandırılırdısa, bazar tipli inkişaf, təşəbbüskarlıq, resursla istinad dünyəvi dəyərlərə uyğun idarəetmə mexanizmlərinin real iqtisadiyyata tətbiqi ilə mümkün olur.

 

Müstəqillik dövründə iqtisadi inkişaf, sosial müdafiə təhlükəsizlik sahəsində köklü islahatlar, hədəflər nəticələr əldə edildi. Azərbaycanda müstəqillik ağır itkilər, torpaqların 20 faizinin itirilməsi, 1 milyon köçkünün olması xarici təsirlər baş vermişdi.

 

Azərbaycan Respublikasının 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin praqmatik təfəkkürü idarəetmə təcrübəsinə uyğun strateji inkişaf istiqamətləri formalaşdırıldı. Planlı təsərrüfat dövründə yaradılmış iqtisadi potensialın müstəqillik dövründə bazar tipli inkişaf metodologiyası Heydər Əliyev tərəfindən hazırlandı.

 

Müasir şəraitdə respublikada makro-iqtisadi artım tempi, əhalinin rifahı sferasında inkişaf dünya tələblərinə respublika reallığına uyğun inkişaf etdirilir. 1996-cı illərlə müqayisədə respublikanın ərazisinin itirilməsi, qaçqın köçkün yükünün daşınması, müharibə şəraiti Azərbaycanın inkişafına öz təsirini göstərib. Hər bir itirilmiş ərazi insan, iqtisadi artımın indiki səviyyəsinin azalmasına, iqtisadi mənəvi sarsıntılara səbəb olub. Müstəqillik dövrü ərazidə Azərbaycanın inkişafının bazar iqtisadiyyatı yolu ilə transformasiyası islahatlar həyata keçirməklə konseptual inkişaf strategiyası əsas istiqamətləri formalaşdı. Azərbaycanda daxili resurslardan istifadə etməklə yeni texnologiyalar tətbiqi dünyəvi standartlara uyğun məhsul istehsalı, ixracatyönümlü struktur siyasət sosialyönümlü iqtisadiyyat qurulması prioritetləri hədəflər kimi qəbul edildi.

 

Ölkədə tarazlaşdırılmış iqtisadi siyasət çoxşaxəli müxtəlif aspektdən yanaşma ilə həll olunur. Təbii ki, hər bir ölkədə milli maraqlar, iqtisadi artım sosial təminat sistemi tarazlı balanslı siyasətin hədəflərini onun həlli yollarını müəyyənləşdirir. Keçən 30 il dövründə tarazlı siyasətin nəticələri xarici beynəlxalq reytinq şkalalarında daima inkişafla qeydə alınıb. Bir sıra göstəricilərə görə Azərbaycan dünya ölkələri sırasında önəmli pillədə yer tutub. İnkişaf meyllərini təhlil edərək, aşağıdakı qanunauyğunluqları aşkar edə bilirik:

 

- respublikada iqtisadi artıma onun əsas mənbələrində daxili imkanlar hesabına yüksəliş tempi üstünlük təşkil edir;

 

- iqtisadi artımın keyfiyyət göstəricisi kimi rifah, yoxsulluğun azaldılması sosial müdafiə məsələləri prioritet İstiqamətlərdir;

 

- ölkədə azad rəqabət, sahibkarlıq təşəbbüskarlıq üçün iqtisadi qanunlar sistemi, təşkilatı idarəetmə strukturu, istehsal sosial səmərə baxımından daima təkmilləşir;

 

- sahibkarlığa dəstək proqramları, dövlət özəl resursların qarşılıqlı əlaqəsi səmərəli istifadəsi yolu ilə hədəf məqsədlər üçün maraqlar sisteminin təşkili reallaşması mexanizmləri tətbiq olunur;

 

- ölkədə maliyyə şəffaflığı və korrupsiyaya qarşı mübarizə tədbirləri, təsərrüfatda fəallığı və antiinhisar tədbirlərinin reallaşması üçün şərait yaradır.

 

Sosialyönümlü siyasət Azərbaycan Respublikasının büdcə-maliyyə, sosial müdafiə sistemində və mexanizmlərində əsas təməl olaraq qanunlarla və fərmanlarla təmin olunur. Azərbaycanda təhlükəsizlik haqqında qanun, sosial islahatlar proqramı, yoxsulluğun azaldılması və iqtisadi inkişafın proqramları, pensiya təminatı haqqında qanunona hər il büdcə tərtibatında düzəlişlər, yaşayış minimumuistehlak səbəti haqqında qanunlarnormativ-hüquqi aktlar müasir şəraitdə sosial dövlətin reallaşması istiqamətləridir. Respublikada daimi maliyyə resursları üzərində nəzarəti və səmərəli xərc strukturunu təmin edən mexanizmlər üzrə öz səmərəsini verir. Müasir şəraitdə yeni sistemlər innovasiya və hədəflərə yönəlmiş aspektlərdən təkmilləşir.

 

Əsası Heydər Əliyev tərəfindən, bazar tipli iqtisadiyyata yanaşma, onun planlı təsərrüfat baxışları ilə transformasiya olmaqla İlham Əliyev tərəfindən keyfiyyətcə yeni mərhələ təşkil edir. Bu baxımdan müstəqillik şəraiti daha dayanıqlı, riskli, çoxşaxəli və çoxmənalı iqtisadi-sosial inkişaf üçün daha geniş idarəetmə spektrinə çevrilir.

 

Müasir dövrdə respublikanın iqtisadisosial inkişaf meylləri keyfiyyətcə yeni və dünyəvi dəyərlərlə yanaşı, çağırışlar, məhdudiyyətlər çərçivəsində həll olunur. İki ildir ki, pandemiya şəraitində 30 illik işğal olmuş torpaqların, əhalinin dirçəlişi şəraiti yeni tələblər postmüharibə şəraiti tələb edir.

 

Əli ƏLİRZAYEV

Professor, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Emin ƏLİRZAYEV

 

525-ci qəzet.- 2021.- 23 sentyabr.- S.8.