Şeirlə həqiqətin əlaqəsi: Həqiqi söz

 

 

Təbəssüm Ayşə Sarpa ithafən

Həqiqət x Reallıq

Həqiqi x Saxta

Uyğunluq x Uyğunsuzluq

Həyat x Fantaziya

Həyatın formalaşdırılması

Formalaşdırılmış həyat

 

Həqiqət nədir? Onu necə ifadə edə bilərik? Mən bu suallara belə cavab tapdım: Həqiqət, forma ilə özün (mənin) tam şəkildə, heç bir əskiklik olmadan, ən xırda boşluq belə buraxmadan üst-üstə düşməsidir. Belə bir ifadə var: "Özü-sözü bir adam!" Ya da "İçi-çölü bir adam!" Yəni daxili dünyası ilə xarici birdir, təkdir. Həqiqət bax budur. Həqiqət sadəcə görünüşə deyil, eyni zamanda, görünüş ilə varlığın üs-üstə düşüb-düşməməsinə baxır. Həqiqətin bəlkə ziddi adlandıra biləcəyimiz reallıq isə bütün var olanların səhnəsidir. Konkretdir. Həqiqətin isə metafizik tərəfi var. Həqiqət reallığı əhatə edir, amma eyni şeyi reallıq üçün deyə bilmərik. Reallıq yeni kəşflərlə, icadlarla böyüyür, dəyişir. Həqiqət isə əsasdır, dəyişməzdir. Bəs elə isə hamı üçün bir olan, dəyişməz, mütləq bir həqiqət varmı? Əlbəttə ki, xeyr. Həqiqət bir xüsusiyyətdir. Buna görə hər şeyin, hər bir varlığın öz həqiqəti var. Burada həqiqət ilə saxtanın ziddiyyətinə/münasibətinə gəlib çıxırıq. "Həqiqi saxta qızıl" nümunəsində olduğu kimi. Saxta qızıl həqiqisinə bənzəsə , həqiqi olmayandır. Müxtəlif üsullarla saxta qızılı həqiqi qızıldan seçmək mümkündür. Həqiqi qızılın özü ilə formasının üst-üstə düşdüyünü, amma saxta qızılda bu prosesin baş vermədiyini bilirik. Burada görünüş ilə öz (əsas) birdir - "özü-sözü bir adam"da olduğu kimi.

Əlbəttə ki, şeir bütün incəsənət növləri kimi Həqiqi olanın arxasınca gedir, onu axtarır. Amma hər axtaran da həqiqəti tapa bilməz. Bunun zəmanəti yoxdur. Həqiqətin ifadə edilməsinə ən yaxın elə şeirdir. Şeirin çap olunduğu vərəqlə göz arasında vasitəçi olmur. Şeir gözlər ürək vasitəsi ilə birbaşa varlığa sirayət edir. Mütaliədə mütləq bir tənhalıq, qarşılaşma ruh var. Mütaliə edəndə oxuduğunuz sözlər birbaşa varlığınıza nüfus edir. Musiqidə, rəsmdə elədirmi? Xeyr. Musiqi səslərin birləşməsi olaraq qulaq vasitəsi ilə bizə çatır, təsir edir biz bu səsləri sonra işarələrə, hisslərə çeviririk. Əvvəlcə eşidir, sonra forma veririk. Rəsm elədir: Fiqurlar rənglər bizə təsir göstərib bizdə hiss yaradırlar. Şeir isə birbaşa varlığa hopur. Onun vasitəçisi yoxdur. O zaman həqiqi şeirlə rastlaşırıq ki, şeirin ritmi ilə ürək döyüntümüz üst-üstə düşür. Nəbzin ritminə tempinə uyğunlaşan şeir həqiqi şeir olur. Nəbz ritm isə sözlərdən daha çox səssizlikdən yaranır.

 

Reallıq, sonra da həqiqət necə yaranır? (Bəzən, nadir hallarda onları biz yaradırıq. Bu, poetik yaradılışdır). Reallığı həqiqəti necə duyuruq? Reallığı hiss etməyin ilk mərhələsində toxunmaq var. Yəni təmas etmək; toxunmaq, hisslərimizlə dərk etmək. Misal üçün əlimizi oda toxunduranda yanır ağrı hiss edirik. Burada, ilk mərhələdə ağrı, yəni hiss yaranır. Sonra da düşüncə, yəni anlayış. Bu formada alovun yandırdığını öyrənirik. Bu, həqiqi bilgidir. Əgər kimsə bizə "Əlini oda toxundurma, yanar" deyirsə, bu, sadəcə məlumatdır. Öyrəndiyimiz, amma sınaqdan keçirmədiyimiz bir şeydir. Məlumatla bilgi arasında fərq var. Bilgi sadəcə təcrübə həyat vasitəsilə əldə edilir. Bilgi dediyim isə həqiqi doğru bilgidir. Başlanğıcında təmas olmayan heç bir həqiqi bilgi həqiqiət məfhumu yaranmır. Belə qənaətə gəlirik ki, həqiqətin yaranması ona çatmaq üçün toxunuşa, təmasa ehtiyac var: Hisslərlə dərk etmə. Tutaq ki, əllərini hiss etməyən bir adam oda toxundu əlləri yandığı halda ağrı/yanma hiss etmir. Onun üçün bilgi odun-alovun yandırmamasıdır. Çünki əli hissizdir. Hisslərlə dərk edilməyən heç bir şey real ola bilməz. O şəxs üçün bilgi budur, odun yandırması isə adi məlumatdır. Təbii ki, bunu şeir kontekstində deyirəm. Düşüncənin daşıyıcısı olan anlayışların parlaqlığı yoxdur. Şeir öz bilgisini ancaq həyatdan əldə edir. Bu cür bilgilər canlıdır.

 

Bəs görəsən, birbaşa təmas mümkündürmü? Həmişəkindən daha az. Çünki əvvəllər dediyimiz kimi, həyatın rəqəmsallaşmasıyla birlikdə fiziki təmas demək olar ki, yox olmaq təhlükəsi ilə üz-üzədir. COVİD-19-un sosial məsafə tələbiylə insanlar bir-birindən daha da uzaqlaşdı, təmas ölümcül təhlükəyə çevrildi. Bu kontekstdə pandemiya kapitalistlərin çörəyinə yağ sürtdü, onların cəmiyyət həyat düşüncəsi, insanları tənhalaşdırmaq arzuları reallaşdı. Halbuki təmasın, yəni münasibətlərin olmadığı yerdə həyat yox olur, yeni həyat imkanları ortadan qalxır. Təmas olmadan fəaliyyət vərdiş olmur. Təmasın olmadığı yerdə insan düşüncələrin fəhmlərin nəzarəti altına girib durğunlaşır. Monastıra qapanmış keşiş xoşbəxt olmaz, məqsədi bədbəxtlikdən qaçmaqdır. Amma bədbəxtlik düşünülmədən xoşbəxtlik mümkün deyil. Monastıra qapanan keşiş yaşamır, o, kənardan gələ biləcək təsirlərə qarşı inzivaya çəkilir, özünü ölümə məhkum edir. Həyatın olmadığı yerdə ağrı da, xoşbəxtlik yoxdur. Ağrı həyatın qaçmaq mümkün olmayan tərəfidir, xoşbəxtlik kimi həyatın reallıqlarından biridir yaşadığımız hər bir duyğu bizi yetkinləşdirir.

 

Həyatın təbiiliyində təmas, toxunuş, qarşılaşma, təsadüf, hərəkət və fəaliyyət var. Həyat və əlbəttə ki, şeir bu mühitdə yaranır, var ola bilir. Bu vəziyyətdə şeir üçün ən vacib şey, içində çırpındığı dillə münasibətidir. Həqiqi söz dili bəzəmir, ona makiyaj etmir, əksinə, onu çılpaqlaşdırır, plastik deyil, təbii və ibtidai görünüşü üstün tutur. Buna görə də dili çılpaqlaşdırmaq, şeirin özünü var etmə vasitəsi olan dili fetişləşdirmək əvəzinə, onu sadələşdirib seyrəltməkdir. Çünki dil ən çox çılpaq olduğu halda varlığa yaxınlaşır. Dil ilə varlıq, dil ilə işarə arasına lazımsız şeylər qoymaq olmaz. Dili əmtəəyə çevirməmək, işarəylə, həqiqətlə əlaqəsini əngəlləyəcək maneə halına gətirməmək üçün şəffaflaşdırmaq lazımdır. Dil nə qədər şəffaflaşsa, işarə/varlıq/həqiqət bir o qədər gözə çarpacaq hala gələr. Həqiqət vasitəçi olmadan danışır: Öz diliylə.

 

İndi bu barədə vəziyyət necədir? Dünya şeiri get-gedə təkmilləşir. Texnoloji inkişafdan faydalanaraq yeni dil kəşf etməyə çalışır. Texnologiya sayəsində əldə edilən dil, təbiəti etibariylə məcrası texnologiya olduğu üçün texnoloji dildir. Texnologiya, tamamilə icada əsaslandığı insanın taleyindən qopduğu üçün onun dilini ona qarşı istifadə etmək seçiminin olduğunu düşünmək sadəcə xəyaldır. Texnologiya təbiəti etibariylə şeirə qarşıdır; şeiri qəbul etmir. Eyni zamanda, yaşadığımız dövrdə şeirdə hissiyyatdan daha çox rasionallıq ön plana çıxıb. Təcrübə ilə dil qatında həyata keçirilir. Artur Rembonun (Arthur Rimbaud) 150 il əvvəl dediyi kimi, təcrübə varlıqda həyata keçirilir, düşüncələrin dəyişdirilməsiylə, pozulmasıyla mümkün olur, hədəfinə çata bilir. Dilə deyil, dilin göndərdiyi varlığa baxmaq lazımdır. Dilin göndərdiyi varlığın ən həqiqi halıyla necə göstərilə biləcəyinə fokuslanmaq, onun üstündə baş yormaq lazımdır. İndi Həqiqi Sözü tapmaq əvvəlkindən çətindir. Sadəcə coşğu, ilham kifayət eləmir, bir virtuozun bacarığına, duyğu ilə üst-üstə düşən, hətta onu yaradan bacarığına tamamiylə hakim olmaq lazımdır.

 

"İleri şiir" (şeirin daha inkişaf etmiş forması, "İleri demokrasi" yəni Demokratiyanın daha inkişaf etmiş forması kontekstində başa düşülür) yoxdur, "Həqiqi söz" var.

 

Taleh Eminoğlu tərcümə edib.

Osman Çakmakçı

525-ci qəzet.- 2021.- 23 sentyabr.- S.12.