Pyotr Davıdovun müharibə lövhələri

 

Dostum Petya - Pyotr Davıdov İsrailin tanınmış şairidir. Bakıda doğulub, boya-başa çatıb, çalışıb. Çox istedadlı sənət adamıdır, təbii ki, həm jurnalistdir. AZƏRTAC-da birgə çalışdığımız vaxtlarda Qarabağın elə bir bölgəsi olmayıb ki, onunla ora ayağımız dəyməsin. Yaxşı yadımdadır, Boris Yeltsin Nursultan Nazarbayev xüsusi olaraq yollarını Azərbaycana salmışdılar.  Gəlişlərinə böyük ümid bəslənirdi. Biz jurnalistlər əmin idik ki, əgər Yeltsin Nazarbayevlə gəlibsə, fövqəladə hadisə gözlənilir. Dağlıq Qarabağ separatistlərinə "sakit oturun" deyən tapılacaq, yerli azərbaycanlılara da olsa-olsa məsləhətlər veriləcək. Bir çoxunun görə bilmədiyini yəhudi dostumuz görmüşdü. Yeltsin çıxışında birbaşa məsələyə qiymət verdi. Stabilliklə bağlı ümumi sözlər işlətdi, məsələni ona gətirdi ki, yaxın günlərdə Şimali Qafqazda məsələ müzakirə olunacaq. Orada Azərbaycan, Ermənistan Dağlıq Qarabağın nümayəndələri iştirak edəcəklər. Bu o demək idi ki, Azərbaycanın kitabı bağlanmağa gedir, ortaya yeni bir danışıq iştirakçısı çıxır. Elə buradaca yəhudi dostum ani olaraq dodağını dişlədi fikrini gizlətməyərək birbaşa dedi ki, Rusiya öz mahiyyətini göstərir, Dağlıq Qarabağı tərəf kimi meydana soxur. Bu isə konfliktlərin yeni başlayan vaxtlarına düşürdü. Aradan illər keçdi. Ən azı 30 il biz bu acı həqiqətin ağrısını çəkdik... 

Şuşanın ermənilər tərəfindən işğalından əvvəl şəhərdəydik. Yerli televiziyaya baş çəkmişdik. Vəziyyətin qədər gərgin olduğunun canlı şahidiydik. Bu şahidlik, ağrı-acıların məhrumiyyətlərin yaşantısı sonradan İsrailə köç etmiş Pyotrın yaradıcılığına da təsir göstərdi.

 

Onun Azərbaycanla bağlı şeirlərində Qarabağ nisgili qırmızı xətt kimi keçdi. Dostumla 44 günlük Vətən müharibəsi dönəmində mütəmadi əlaqədə idik. Tez-tez müharibə ilə bağlı şeirlərini mənə göndərər, fikir bildirməyimi istəyərdi. İndicə xəbər verdi ki, həmin şeirləri, ümumən Qarabağla bağlı daha əvvəl qələmə aldığı nümunələri kitab halında çapa hazırlayır. İstədim ki, bunun sevincini sizinlə bölüşüm. Çünki Pyotr Davıdov həqiqətən bir Azərbaycan sevdalısıdır, paytaxt Bakımızın vurğunudur. Tam əminəm ki, onun Azərbaycanla bağlı ikinci şeir kitabı hər iki Vətənində oxucu auditoriyası toplayacaqdır.

 

Əflatun Amaşov

 

525-ci qəzet.- 2021.- 24 sentyabr.- S.15.