Torpağın da gözü
var...
Son bahar yağışları
-
Yoxa çıxmış
dəlillər.
Bu payız torpaqları
Yeni qəbirlər
gözlər.
Bu röya - yuxu deyil,
Burda insanlar ölür.
Azadlıq savaşıdı -
Toplar havanı
bölür.
Son bahar arzuları -
Eşq, uşaqlıq
peyzajı.
Ölümün son həddində
Var çocuqluq
mesajı.
Torpaq
hey pıçıldayır:
"Hazıram əfv
etməyə.
Məni
mənfur düşməndən
Alın,
ona verməyin...
Mən dəhşət içindəyəm,
İnanın - səhər, axşam.
Hey çəkməylə əzirlər...
Həm də minalanmışam.
Axı nə vaxt dönərsən,
Ey mənim
xilaskarım?
Haçan tuş gələcəksən
Bu, doğma ocaqlara?"
Son baharın tufanı,
Yağış bilmir dayanmaq.
Torpağın da gözü var -
Bilir, nədir ağlamaq...
Azərbaycan əsgərinin monoloqu
Arxamda doğma ölkəm,
Onu vermərəm qəti!
Axı bircədir Vətən,
Onadır
məhəbbətim!
Arxamda öz ailəm,
Doğma valideynlərim.
Dostlarım, əzizlərim -
Lap çoxdur sevdiklərim.
İnanın, bir addım da
Atmayacağam geri.
Cəzalandırmaq gərək
Qaniçən düşmənləri.
Cəzadan qaçmaz onlar,
Bu yurdda qalmaz onlar.
Biz haqqın yolçusuyuq,
İntiqam ovçusuyuq.
Haqq qapısı açılsın,
Qoy göylərə yüksələk!
Düşmən atır?...Vur onu!
Aman verməyək
gərək.
Mənim
Şuşam
(Azərinformda iş yoldaşım olan Gülnarə Rzayevanın
yuxusu)
O şəhərə qayıtdım
ki,
Orda illərcə qabaq
Nağılvari həyət vardı,
İçində - meyvəli bağ.
Hər şey xəyal idi onda -
Tamlı-dadlı bağ-bağat.
Elə bilirdim ki, atam
Zəngin idi... eh, həyat.
Bir gün əkdiyi armuda
Mənim
adımı verdi:
"Meyvə yedikcə güc topla,
Tez boy at!" - atam dedi.
Yel qanadlı çətin illər,
Ömrün qəliz anları...
Yalnız
o bağda yemişəm
Möcüzə-armudları.
Artıq
qalmadı mümkünat,
Tamam unutdum dadı.
Əsirliyə düşdü ağac
-
Çoxillikdir fəryadı.
Eh, o zamandan bu ağac
Bar-bəhərdən kəsilmiş.
Və...çoxillik əsirlikdə
İnildəmiş, əzilmiş.
Hə, birdən başladı savaş -
Xoş günlər
işarəsi.
Tamam yaralı bir şəhər
Yaydı azadlıq səsin.
Böyümüş o qızcığaz
da
Cəld oraya yol aldı.
Öz uşaqlıq ağacını
Görməyə... bu vüsaldı.
Orda - o yiyəsiz bağda
Xəyal
et, dostum, əfsus!
Həmin
qocalmış ağac
Gətirdi yeni məhsul.
Armudlar necə dadlı!
Lap Azadlıq tamında!
Getdi qəm dolu illər...
Dönəcəm bura yenə
Payızın axşamında.
Salam, Şuşa!
Salam, əziz
Şuşam!..
Hamıya bəxş etdin möhtəşəm bayram.
Göylərə qanad çalan şəhərsən, bəh-bəh,
Sənsən xain düşməni divarlardan aşıran.
Buraya
can atırdıq biz döyüşə-döyüşə,
Üç gün nə yuxu yatdıq, nə də yemək yemişik.
Quyuya dolan yağış salammadı təşvişə
-
Ocaqsız üç gün
qalıb, Göyə ümid etmişik!
Nəhayət ki, qayıtdı
azadlıq özümüzə,
Sevincək dil açaraq, doğma dildə danışdı!
Sizdə hava necədir, xəbər göndərin
bizə?
Sizdə balıq boldumu, dadı-tamı tanışdı?
Bunlar boş şey əslində,
Qalıb
- müqəddəs cihad...
Yad edək igidləri -
Şəhid ruhu olsun şad!
Mavi rəng alır dağlar, toxunaraq səmaya,
Ən azı hər zirvənin özü boyda ədası.
Deyil ki, güclü qalib, öyünməsin havayı,
Qələbə haqlınındır, yadda saxla, qadası!
***
Nə vaxtsa bizə həsrət bu şəhər
Gecələr hayqırıb, səslərdi
bizi.
Boğurdu bizləri hər
acı qəhər...
Qərq oldu sevincə kədərin izi.
"Qələbə" - bu sözdən bal tamı gəlir,
Necə
də oxuyur, sevinir Şuşa!
Gəlib
küçələri gəzərəm
bir-bir,
Şəninə şeirlər mən
qoşa-qoşa...
Şəhid əsgər haqqında
ballada
O, ağır gün əridi -
Mənim son döyüşümdə.
Ana, yadıma düşdün
Burda, son nəfəsimdə.
Çox
uzaq tarixlərə
Qayıdıram yenidən.
Gələrsən buralara
Məni anmağa hərdən.
Çüxurla dolu yollar,
Səmada quş nəğməsi.
Keçmiş dolu olaylar...
Ruhun təzələnməsi.
Yarpaqlar
rəqs edəndə
Xəfif gülümsəyər ay.
Sanki mən silahsızam,
Yox müharibə
- haray.
Dumanın tələsinə
Bürünüb bütün yollar.
Bağışla məni, ana...
Getməliyəm, nə olar!
Qan axır köynək boyu,
Onun tamı damağda.
Evə qayıtmaz oldum -
Ölmüşəm Qarabağda.
Əminəm ki, ay ana,
Canı vermədim nahaq.
Qoynunda qoruyacaq
Cismimi Ana torpaq.
Şuşaya gəlmək istərəm
Yaman istəyirəm dəyim Şuşaya,
Dağlar göylər ilə deyişən yerə.
Bəlkə aradığım məni
oxşayar,
Bizləri nə gözlər, bilmirik hələ?
Keçmişə qayıtmaq? Çətindən çətin...
Qala qalıqları sarıb hər yanı.
Seyr edim qarğa tək bu məmləkəti,
Qalalar unudub sökən şeytanı.
Əsrlər sirrinə varım bəlkə də?
Bunu bacarmaram, əfsuslar olsun.
Daşların istisi yalın əllərdə
İndi də duyulur, sözün doğrusu.
Şuşada - məhrəmlik iqlimi vardır:
Tanrıya yaxınlıq aydın sezilir.
Orada yağış da bir "təmizkardır"
-
Yuyub üfüqləri,
tozunu silir.
Əzəldən buralar qeyri-adidir,
Bunu duya bilməz hər gələn naşı.
Mənim
bölüşdüyüm - mənə aiddir:
Kaş şehdə
gəzəydim hər
addım başı.
Qürubun rəngləri - qan
damlaları,
Gəzirəm xəzəlin xışıltısında.
Qaçır payız günü
yuxuya sarı...
Şuşa nə görəcək öz yuxusunda?
O, dumanı ilə aldadıcıdır,
Baxışı insanın içini dəlir.
Deyir:
"Həyat şirin,
həm də acıdır,
Şübhələr - zəhərdir, qorxağa gəlir!"
Ona əminəm ki, bir axşam çağı
Şuşada tək-tənha gəzişən
zaman
Gördüyüm hər kəsə
açım qucağı,
Yüngüllük hiss edib, sevinim yaman.
Rus dilindən Giya
Paçxataşvili çevirib
Pyotr DAVIDOV
525-ci qəzet.- 2021.- 24 sentyabr.- S.15.