Azərbaycançılıq: ümummilli və bəşəri
ideyaların misilsiz vəhdəti
Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını
və bu ölkədə dünyəvi
prinsiplərə malik
sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən
ümummilli ideologiyadır. Onun əsasında
Azərbaycanı özünə
vətən sayan bütün xalqların milli, etnik, dini
və sosial hüquqlarının bərabərliyi
ideyası dayanır.
Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycanın Konstitusiya
əsaslarına söykənən,
Azərbaycanın müstəqilliyinə,
onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin
qorunmasına xidmət
edən dəyərlər
sistemidir.
Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən
ideologiya halına gəlməsi, müstəqil
Azərbaycan dövlətinin
ideya əsasına çevrilməsi Ümummilli
lider Heydər Əliyevin tarixi xidmətidir. Ulu öndər Heydər
Əliyev hələ Sovet dövründə Azərbaycana rəhbərlik
edərkən azərbaycançılıq
məfkurəsinin bütün
həmvətənlərimiz arasında yayılmasına,
bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə,
kinoda, təsviri sənətdə və digər sahələrdə
xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ
və tərənnüm
edən çoxsaylı
əsərlər meydana
gəlib. Həmin dövrdə Heydər
Əliyev respublikamızdan
kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını,
azərbaycanlı diasporunun
təşəkkül tapmasını
da vacib sayırdı. 1990-cı illərdə hakimiyyətə
qayıtdıqdan sonra
o, xaricdəki soydaşlarımızın
mütəşəkkil qüvvəyə
çevrilməsinə, onların
doğma vətənlə
əlaqələrinin möhkəmlənməsini
prioritet məsələ
kimi hər zaman diqqətdə saxlamışdır. Çünki güclü azərbaycanlı
diasporu müstəqil
Azərbaycanın dayağıdır.
İdeologiya olaraq azərbaycançılıq
mühüm funksional elementlərlə zəngindir
və bunların da mahiyyəti ölkəni mənəvi
və fiziki baxımdan zəiflətmək
cəhdlərindən qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə
görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə
və inkişafına
yönəlib.
Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı,
milli və dini tolerantlığın
bərqərar olduğu
ölkə olub. Burada hər
bir xalqın və millətin nümayəndəsinə bərabər
münasibət göstərilib.
Ona görə Azərbaycan vətəndaşı sayılan
hər kəs azərbaycançılıq ideyası
ətrafında birləşmişdir.
Azərbaycan xalqının adət-ənənələrini,
milli-mənəvi dəyərlərini
birləşdirən baxışlar
sistemi kimi azərbaycançılıq ideyası
ictimai-siyasi proseslərə,
konstitusiya sisteminə,
xüsusilə dövlət
quruculuğuna öz müsbət təsirini göstərir.
Azərbaycançılıq ideyası Azərbaycanın
müstəqilliyini qorumaq,
onun demokratik inkişafını təmin
etməklə bərabər,
davakar millətçilik
və şovinizmə
qarşı təşəkkül
tapıb. Azərbaycançılıq ideyasının kökündə
millətçilik yox,
vətəndaşlıq dəyəri
dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan
xalqının birləşməsi
və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma
şöbəsinin müdiri
Elnarə Kərimova deyir ki, Azərbaycançılıq
məfkurəsi Azərbaycanı
doğma vətəni
hesab edən bütün xalqları, etnik qrupları birləşdirən dəyərdir.
E.Kərimova bugünkü və
gələcək inkişafımızın
əsas meyarlarından
sayılan azərbaycançılıq
ideologiyasını Ulu
öndərimizin xalqımıza
yadigar qoyduğu sərvətlərdən biri
adlandırıb. Onun sözlərinə
görə, Azərbaycan
tarixən müxtəlif
millətlərin dinc,
yanaşı yaşadığı,
milli və dini tolerantlığın
bərqərar olduğu
ölkə olub.
Məhz bu birgəyaşayış
ənənəsi Azərbaycan
vətəndaşı sayılan
hər kəsi azərbaycançılıq ideyası
ətrafında birləşdirib.
Azərbaycan xalqının
adət-ənənələrini, milli-mənəvi dəyərlərini
vahid konsepsiya halında birləşdirən
azərbaycançılıq ideyasının tərkibində
dini həmrəyliyimizin
xüsusi yeri vardır: "Bu gün dünyada dini zəmində qarşıdurmaların
artdığı bir dövrdə tolerantlıq,
birgəyaşayış, multikulturalizm
kimi ülvi dəyərlər Azərbaycanda
dövlət siyasətinin
tərkib hissəsidir.
İnkaredilməz həqiqətdir ki,
dünya ölkələrində
demokratik dəyərlərdən
biri kimi təbliğ olunan dini dözümlülük
xalqımızın əsrlərboyu
formalaşan və bir çoxlarına örnək olan xarakterik xüsusiyyətidir.
Müstəqil Azərbaycanda
multikulturalizm və tolerantlıq siyasətinin
banisi Ulu öndər Heydər Əliyev daim mötəbər tribunalarda
Azərbaycan Respublikasının
çoxmillətli dövlət
olduğunu, ölkəmizdə
müsəlmanlarla yanaşı,
başqa dinlərə
mənsub olan vətəndaşların da
sülh və əmin-amanlıq şəraitində
yaşadığını, Azərbaycanın öz ərazisində yaşayan
bütün xalqlara, bütün millətlərə
dinindən, dilindən,
irqindən, siyasi mənsubiyyətindən asılı
olmayaraq azadlıq imkanları verdiyini fəxrlə vurğulayıb.
Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını
qoyduğu siyasi kurs bu gün
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Prezidentimizin xüsusi diqqət
və qayğısı
nəticəsində ölkəmiz
konfessiyalararası münasibətlərin,
tolerantlıq mühitinin,
multikultural təfəkkürün
dünya üçün
nümunəvi modelinə
çevrilib. Həyata keçirilən
uğurlu strategiya nəticəsində milli-mənəvi
həmrəylik, etnik-dini
tolerantlıq mühiti
qorunub saxlanılır
və mütərəqqi
tarixi ənənələr
daha da inkişaf
etdirilir".
E.Kərimova vurğulayır ki, ölkəmizdə vətəndaşların dini etiqad azadlığının təmin edilməsi, bütün dini konfessiyalara ibadət və ayinlərinin rahat icrası üçün hər cür şərait yaradılıb. Mütəmadi olaraq hər il dövlət başçısı tərəfindən dini konfessiyalara ayrı-seçkilik qoyulmadan maliyyə yardımı ayrılır. Bundan başqa, ölkədəki bütün dinlərin tarixi-memarlıq abidələri, məscid, kilsə və sinaqoqlar, ziyarətgahlar təmir və ya bərpa olunur. "Müxtəlif mədəniyyətlər və sivilizasiyalar arası dialoqun dərinləşməsinə, tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun, xüsusilə Fondun prezidenti Mehriban Əliyevanın bu sahədə əvəzolunmaz xidmətləri vardır. Fond fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda milli-mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanması, ölkə və dünya əhəmiyyətli tarixi dini abidələrin bərpası və yenidən qurulması ilə bağlı kifayət qədər böyük işlər görmüşdür. Bir məqamı da vurğulamaq lazımdır ki, bu gün azərbaycançılıq ideologiyası multikultural dəyərlərin qorunub saxlanıldığı Azərbaycan cəmiyyətində öz orijinallığı ilə seçilir. Azərbaycançılıq bəşəri dəyərlərə böyük əhəmiyyət verən, mənəviyyatı və insanpərvər prinsipləri bütün maraqların fövqündə saxlayan xalqımızın davranış tərzində öz aydın ifadəsini tapıb. Azərbaycançılıq ideologiyasının əhəmiyyətinin ölkəmizdə yaşayan müxtəlif xalqların, dinlərin nümayəndələrinin Qarabağ müharibəsində, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması prosesində yaxından iştirak etməsi zamanı bir daha şahidi olduq. Həm 1-ci Qarabağ, həm də 44 günlük Vətən müharibəsində ölkəmizdə yaşayan digər xalqların nümayəndələri, istər müsəlman, istərsə də qeyri-müsəlman vətəndaşlarımız, ölkəmizdəki bütün dini konfessiyalar vahid mövqe nümayiş etdirərək həmrəylik nümunəsi göstərdi. Təsadüfi deyil ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edən vətəndaşlarımız arasında bütün xalqların və dinlərin nümayəndələri var", - deyən E.Kərimova onu da əlavə edib ki, azərbaycançılıq ideologiyasının təcəssümü kimi Vətənin bütövlüyü uğrunda ortaya qoyulan bu milli həmrəylik, birlik və bərabərlik Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda apardığımız haqq savaşının qələbə ilə başa çatmasında müstəsna rol oynayıb.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 24 sentyabr.- S.12.