Yanlış tələffüz edilən
iki alınma söz
Məlum
olduğu kimi, dilimizin saflığının qorunması, ədəbi
dilin normalarının gözlənilməsi məsələsi
son dövrdə xüsusi aktuallıq kəsb edir və diqqət
mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin "Azərbaycan dilinin
saflığının qorunması və dövlət dilindən
istifadənin daha da təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli Sərəncamı bunun əyani
sübutudur. Ölkə
başçısının bu Sərəncamına əsasən,
2020-ci ilin oktyabr ayından Azərbaycan Respublikasının
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi
yaradılıb. Bu sahədə kifayət
qədər təcrübəsi olan filologiya elmləri doktoru
Sevinc Əliyevanın rəhbərlik etdiyi Monitorinq Mərkəzi
qısamüddətli fəaliyyəti dövründə
sözügedən istiqamətdə müəyyən səmərəli
işlər həyata keçirib. Bununla
belə, bu sahədə hələ də bəzi nöqsan və
çatışmazlıqların olması göz
qabağındadır. Buna nümunə
olaraq ədəbi dilimizdəki aşağıdakı iki əcnəbi
sözün yanlış tələffüz edilməsi
halını göstərə bilərik. Onlardan biri
"çənginə almaq" frazeoloji ifadəsinin birinci tərəfinin
"cənginə" şəklində tələffüzü,
ikincisi isə Əfqanıstanın paytaxtı Kabol / Kabul
şəhərinin Kabil kimi deyilməsidir.
Bu sözlərdən hər birini
ayrı-ayrılıqda nəzərdən keçirək. "Çənginə
almaq" ifadəsinin birinci tərəfi fars
mənşəlidir: "çəng" - əl, pəncə
deməkdir. Frazeoloji birləşmə dilimizdə
bürümək, geniş yayılmaq anlamını
daşıyır. Maraqlıdır ki,
"çənginə almaq" ifadəsinə "Azərbaycan
dilinin izahlı lüğəti" kitabında rast gəlmirik.
Burada "çəng" (əl, pəncə)
sözünün işləndiyi yalnız "çənginə
keçirmək" - ələ keçirmək, pəncəsinə
keçirmək ifadəsi qeydə alınmışdır (Azərbaycan
dilinin izahlı lüğəti, I cild, Bakı, Şərq-Qərb,
2006, səh 466). Qeyd edək ki, "çənginə
keçirmək" və "çənginə almaq"
frazeoloji birləşmələrinin
daşıdığı mənalar mənaca, demək olar ki,
eynidir. Deməli, bu iki ifadəni sinonim
frazeoloji birləşmə hesab etmək olar. Bununla belə, adıçəkilən lüğətdə
"çənginə almaq" frazeoloji birləşməsinə
rast gəlmirik. Xudadat Əzizbəyovun tərtib
etdiyi "Azərbaycanca-farsca lüğət"də isə
"çənginə keçmək" - əlinə
keçmək frazeoloji birləşməsi qeydə
alınmışdır. Dörd cildlik
"Azərbaycanca-rusca lüğət"in I cildində
sözügedən frazeoloji birləşmə "çənginə
düşmək /keçmək/" şəklindədir.
Fars dilinin məşhur izahlı lüğəti olan doktor Həsən
Ənvərinin "Fərhəng-e soxən" ("Söz
lüğəti") kitabında da "çəng"
sözünün işləndiyi ifadələr
sırasında "be-çəng dər-avərdən"
- ələ keçirmək, işğal etmək ifadəsi
qeydə alınıb. İndi isə əsl
mətləb üzərinə gəlirik. "Çənginə
almaq" ifadəsinin son dövrdə bütün
dünyanı bürüyən koronavirusla bağlı bəzi
televiziya kanallarının aparıcılarının dilində
bu şəkildə deyilməsini eşitmişik:
"Bütün dünyanı cənginə alan
koronavirus çoxlu sayda insanların həyatına son
qoymuşdur". Qeyd edək ki, nümunədəki "cəng"
sözü də fars mənşəlidir:
dava, müharibə, savaş, döyüş anlamını
daşıyır. Yeri gəlmişkən onu da
diqqətə çatdırırıq ki, "cəng"
sözünün Azərbaycan dilinin izahlı lüğətində
ərəb mənşəli olması göstərilir.
"Çənginə
almaq" ifadəsinin birinci tərəfinin "cənginə"
şəklində tələffüz edilməsinə gəlincə,
fikrimizcə, bunun başlıca səbəbi "cəng"
və "çəng" sözlərinin mənasının
televiziya aparıcıları, eləcə də bir
çoxları üçün aydın olmamasıdır.
Burada "çəng" (pəncə, əl) sözü
ilə müqayisədə "cəng" (savaş,
müharibə, dava) kəlməsindəki bütün samitərin
cingiltili olması (samit uyuşması) da müəyyən mənada
öz təsirini göstərmiş ola bilər.
Hər halda düşünürük ki, bizim bu
yazımızdan sonra televiziya aparıcıları "cənginə
almaq" yox, "çənginə almaq" ifadəsini
işlədəcəklər. Ümumiyyətlə,
məsələyə millilik mövqeyindən
yanaşdıqda bu ifadə əvəzinə "bürümək"
sözünün işlədilməsini daha məqsədəuyğun
hesab edirik.
İndi isə yuxarıda adını çəkdiyimiz
Əfqanıstanın paytaxtının adı haqqında. Yeri gəlmişkən qeyd
edək ki, bu sətirlərin müəllifi 1982-1986-cı illərdə
Əfqanıstanın paytaxtı Kabol / Kabul şəhərində
uzunmüddətli ezamiyyətdə olmuş, fars
dili mütərcimi işləmişdir. İstər yerli əhali
- əfqanlar, istərsə də əcnəbilər bu şəhərin
adında ilk hərfi (k') kimi tələffüz edirlər
(müq. et: kabel, kapitan, karandaş və
s.). Rus, ingilis və başqa dillərdə də
bu söz Kabol / Kabul şəklində işlənir. Bizdə isə bəzi televiziya aparıcıları
bu sözü Kabil (ilk hərf kətan, kərəm,
küçə sözlərindəki k) kimi deyirlər ki, bu
da kökündən yalnışdır. Qeyd
edək ki, Əfqanıstanın paytaxtının istər
yazıda, istərsə də tələffüzdə Kabul
şəklində işlənməsi məqsədəuyğundur.
Ədəbi dilimizdəki bu yanlış tələffüzün
də aradan qalxacağına ümid edirik.
Yeri gəlmişkən, Əfqanıstanla bağlı
daha bir sözün yanlış yazılışı və
tələffüzünü qeyd etməyi lazım bilirik. Bu,
Əfqanıstanın dövlət dili olan "dəri"
sözünün Azərbaycanda "dari" şəklində
yazılışı və tələffüzüdür.
"Dəri" Əfqanıstanda işlənən klassik fars dilinin adıdır. "Dəri"
dil adının "dari" şəklinə düşməsi,
aydındır ki, sözün rus dilində "dari" şəklində
işlənməsi ilə bağlıdır. Bu dildə "ə" hərfi olmadığı
üçün "dəri" sözü "dari"
şəklinə düşmüşdür. Bu məsələdə olduqca diqqətli olmaq
lazımdır. Müstəqillik dövründə
artıq adları rus dili vasitəsilə deyil, birbaşa mənbə
dildən almaq olduqca zəruri bir məsələdir. Yeri
gəlmişkən qeyd edək ki, Azərbaycan Milli Elmlər
Akademiyası Nəsimi adına
Dilçilik İnstitutunda Milli Transliterasiya Standartları, eləcə
də Azərbaycan Respublikasına aid coğrafi adların rus və
ingilis dillərinə transliterasiya qaydaları
hazırlanıb.
Bu kiçik yazımın sonunda üzümü
oxuculara, bütün Azərbaycan vətəndaşlarına
tutaraq onları dövlət dilinə böyük diqqət və
qayğı ilə, sonsuz hörmət və ehtiramla
yanaşmağa, onun saflığını qorumağa səsləyirəm. Axı dil
xalqın varlığı və ən böyük milli-mənəvi
sərvətlərindən biridir.
Məlum olduğu kimi, dilimizin saflığının
qorunması, ədəbi dilin normalarının gözlənilməsi
məsələsi son dövrdə xüsusi aktuallıq kəsb
edir və diqqət mərkəzindədir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
"Azərbaycan dilinin saflığının qorunması və
dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" 1 noyabr
2018-ci il tarixli Sərəncamı bunun əyani
sübutudur. Ölkə
başçısının bu Sərəncamına əsasən,
2020-ci ilin oktyabr ayından Azərbaycan Respublikasının
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi
yaradılıb. Bu sahədə kifayət
qədər təcrübəsi olan filologiya elmləri doktoru
Sevinc Əliyevanın rəhbərlik etdiyi Monitorinq Mərkəzi
qısamüddətli fəaliyyəti dövründə
sözügedən istiqamətdə müəyyən səmərəli
işlər həyata keçirib. Bununla
belə, bu sahədə hələ də bəzi nöqsan və
çatışmazlıqların olması göz
qabağındadır. Buna nümunə
olaraq ədəbi dilimizdəki aşağıdakı iki əcnəbi
sözün yanlış tələffüz edilməsi
halını göstərə bilərik. Onlardan biri
"çənginə almaq" frazeoloji ifadəsinin birinci tərəfinin
"cənginə" şəklində tələffüzü,
ikincisi isə Əfqanıstanın paytaxtı Kabol / Kabul
şəhərinin Kabil kimi deyilməsidir.
Bu sözlərdən hər birini
ayrı-ayrılıqda nəzərdən keçirək. "Çənginə
almaq" ifadəsinin birinci tərəfi fars
mənşəlidir: "çəng" - əl, pəncə
deməkdir. Frazeoloji birləşmə dilimizdə
bürümək, geniş yayılmaq anlamını
daşıyır. Maraqlıdır ki,
"çənginə almaq" ifadəsinə "Azərbaycan
dilinin izahlı lüğəti" kitabında rast gəlmirik.
Burada "çəng" (əl, pəncə)
sözünün işləndiyi yalnız "çənginə
keçirmək" - ələ keçirmək, pəncəsinə
keçirmək ifadəsi qeydə alınmışdır (Azərbaycan
dilinin izahlı lüğəti, I cild, Bakı, Şərq-Qərb,
2006, səh 466). Qeyd edək ki, "çənginə
keçirmək" və "çənginə almaq"
frazeoloji birləşmələrinin
daşıdığı mənalar mənaca, demək olar ki,
eynidir. Deməli, bu iki ifadəni sinonim
frazeoloji birləşmə hesab etmək olar. Bununla belə, adıçəkilən lüğətdə
"çənginə almaq" frazeoloji birləşməsinə
rast gəlmirik. Xudadat Əzizbəyovun tərtib
etdiyi "Azərbaycanca-farsca lüğət"də isə
"çənginə keçmək" - əlinə
keçmək frazeoloji birləşməsi qeydə
alınmışdır. Dörd cildlik
"Azərbaycanca-rusca lüğət"in I cildində
sözügedən frazeoloji birləşmə "çənginə
düşmək /keçmək/" şəklindədir.
Fars dilinin məşhur izahlı lüğəti olan doktor Həsən
Ənvərinin "Fərhəng-e soxən" ("Söz
lüğəti") kitabında da "çəng"
sözünün işləndiyi ifadələr
sırasında "be-çəng dər-avərdən"
- ələ keçirmək, işğal etmək ifadəsi
qeydə alınıb.
İndi isə əsl mətləb üzərinə
gəlirik. "Çənginə almaq" ifadəsinin son
dövrdə bütün dünyanı bürüyən
koronavirusla bağlı bəzi televiziya kanallarının
aparıcılarının dilində bu şəkildə
deyilməsini eşitmişik: "Bütün dünyanı cənginə
alan koronavirus çoxlu sayda insanların həyatına
son qoymuşdur". Qeyd edək ki, nümunədəki "cəng"
sözü də fars mənşəlidir:
dava, müharibə, savaş, döyüş anlamını
daşıyır. Yeri gəlmişkən onu da
diqqətə çatdırırıq ki, "cəng"
sözünün Azərbaycan dilinin izahlı lüğətində
ərəb mənşəli olması göstərilir.
"Çənginə
almaq" ifadəsinin birinci tərəfinin "cənginə"
şəklində tələffüz edilməsinə gəlincə,
fikrimizcə, bunun başlıca səbəbi "cəng"
və "çəng" sözlərinin mənasının
televiziya aparıcıları, eləcə də bir
çoxları üçün aydın olmamasıdır.
Burada "çəng" (pəncə, əl) sözü
ilə müqayisədə "cəng" (savaş,
müharibə, dava) kəlməsindəki bütün samitərin
cingiltili olması (samit uyuşması) da müəyyən mənada
öz təsirini göstərmiş ola bilər.
Hər halda düşünürük ki, bizim bu yazımızdan sonra televiziya aparıcıları "cənginə almaq" yox, "çənginə almaq" ifadəsini işlədəcəklər. Ümumiyyətlə, məsələyə millilik mövqeyindən yanaşdıqda bu ifadə əvəzinə "bürümək" sözünün işlədilməsini daha məqsədəuyğun hesab edirik.
İndi isə yuxarıda adını çəkdiyimiz Əfqanıstanın paytaxtının adı haqqında. Yeri gəlmişkən qeyd edək ki, bu sətirlərin müəllifi 1982-1986-cı illərdə Əfqanıstanın paytaxtı Kabol / Kabul şəhərində uzunmüddətli ezamiyyətdə olmuş, fars dili mütərcimi işləmişdir. İstər yerli əhali - əfqanlar, istərsə də əcnəbilər bu şəhərin adında ilk hərfi (k') kimi tələffüz edirlər (müq. et: kabel, kapitan, karandaş və s.). Rus, ingilis və başqa dillərdə də bu söz Kabol / Kabul şəklində işlənir. Bizdə isə bəzi televiziya aparıcıları bu sözü Kabil (ilk hərf kətan, kərəm, küçə sözlərindəki k) kimi deyirlər ki, bu da kökündən yalnışdır. Qeyd edək ki, Əfqanıstanın paytaxtının istər yazıda, istərsə də tələffüzdə Kabul şəklində işlənməsi məqsədəuyğundur. Ədəbi dilimizdəki bu yanlış tələffüzün də aradan qalxacağına ümid edirik.
Yeri gəlmişkən, Əfqanıstanla bağlı daha bir sözün yanlış yazılışı və tələffüzünü qeyd etməyi lazım bilirik. Bu, Əfqanıstanın dövlət dili olan "dəri" sözünün Azərbaycanda "dari" şəklində yazılışı və tələffüzüdür. "Dəri" Əfqanıstanda işlənən klassik fars dilinin adıdır. "Dəri" dil adının "dari" şəklinə düşməsi, aydındır ki, sözün rus dilində "dari" şəklində işlənməsi ilə bağlıdır. Bu dildə "ə" hərfi olmadığı üçün "dəri" sözü "dari" şəklinə düşmüşdür. Bu məsələdə olduqca diqqətli olmaq lazımdır. Müstəqillik dövründə artıq adları rus dili vasitəsilə deyil, birbaşa mənbə dildən almaq olduqca zəruri bir məsələdir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda Milli Transliterasiya Standartları, eləcə də Azərbaycan Respublikasına aid coğrafi adların rus və ingilis dillərinə transliterasiya qaydaları hazırlanıb.
Bu kiçik yazımın sonunda
üzümü oxuculara, bütün Azərbaycan vətəndaşlarına
tutaraq onları dövlət dilinə böyük diqqət və
qayğı ilə, sonsuz hörmət və ehtiramla
yanaşmağa, onun saflığını qorumağa səsləyirəm.
Axı dil xalqın varlığı və ən böyük
milli-mənəvi sərvətlərindən biridir.
Möhsün
NAĞISOYLU
AMEA-nın
həqiqi üzvü, AMEA Nəsimi adına Dilçilik
İnstitutunun direktoru
525-ci qəzet.- 2021.- 25 sentyabr.- S.15.