Ali Attestasiya
Komissiyası Əsasnaməsinə edilən dəyişikliklər
elm və təhsilin inkişafına
yönəlib
Son illər Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya Komissiyasının
(AAK) Əsasnaməsində
edilən dəyişikliklər, habelə elmi dərəcələr və elmi adlar verilməsi qaydası
haqqında yeni Əsasnamələrin qəbulu vaxtında və
olduqca vacib dəyişikliklərdir. Son illərin nəticələrinin
təhlili bu qənaətimizin doğru
olduğunu təsdiq edir. Edilmiş hər bir dəyişiklik təhsilin
və elmin inkişafına yönəlib.
Elmi dərəcələrin
və elmi adların verilməsi üzrə yeni Əsasnamələrdə olan
üstünlüklər aşağdakılardır.
Elmi dərəcələrin verilməsi
üzrə yeni Əsasnamədə olan üstünlüklər:
1. "Fəlsəfə doktoru"
hazırlığı üzrə:
- Minimum imtahanların sayı azaldılmışdır: İxtisas
və xarici dil imtahanı tələb olunur (əvvəlki əsasnaməyə
əsasən, minimum 3 imtahan
tələb olunurdu: ixtisas, xarici dil və informatika).
- Yerli patent yerli dövri nəşrlərdə
1 məqaləyə, həmmüəllifsiz
olduqda 2 məqaləyə
bərabər tutulur (əvvəlki əsasnaməyə
əsasən, patentin heç bir əhəmiyyəti yox idi, elmi əsər
sayılmırdı).
- Beynəlxalq patent beynəlxalq
xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə
dərc edilən 1, həmmüəllifsiz olduqda
2 məqaləyə bərabər
tutulur (əvvəlki əsasnaməyə əsasən,
beynəlxalq patentin heç bir əhəmiyyəti yox idi, elmi əsər
sayılmırdı).
- Azı 3 tezis (biri xaricdə dərc olunmaqla) tələb olunur (əvvəlki əsasnaməyə
əsasən, tezisin heç bir əhəmiyyəti yox idi).
- Fəlsəfə doktoru elmi dərəcəsi olan mütəxəssis
AAK-dan icazə almadan "Fəlsəfə
doktoru" hazırlığı
üzrə 2 doktoranta
rəhbərlik edə
bilər (əvvəlki
əsasnaməyə əsasən,
AAK-dan icazə alınmalı idi).
-"Fəlsəfə doktoru" hazırlığı
üzrə müdafiə
mərhələlərinin biri azaldılmışdır. Aparıcı təşkilatda işin müzakirəsinin aparılması
ləğv edilib.
2. "Elmlər doktoru" hazırlığı üzrə:
- Dissertasiyanın nəticələrinə
dair dərc olunmuş 10 məqalə tələb olunur. Onlardan 5-i həmmüəllifsiz,
azı 5-i beynəlxalq
xülasələndirmə və indeksləmə bazalarına daxil olan dövri elmi nəşrlərdə
dərc olunmalıdır
(əvvəlki əsasnaməyə
əsasən 20 məqalə
tələb olunurdu:
5-i həmmüəllifsiz, 5-i xarici nəşrlərdə).
- Yerli patent yerli dövri nəşrlərdə
1 məqaləyə, həmmüəllifsiz
olduqda 2 məqaləyə
bərabər tutulur (əvvəlki əsasnaməyə
əsasən, patentin heç bir əhəmiyyəti yox idi, elmi əsər
sayılmırdı).
- Beynəlxalq patent beynəlxalq
xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə
dərc edilən 1, həmmüəllifsiz olduqda
2 məqaləyə bərabər
tutulur (əvvəlki əsasnaməyə əsasən,
beynəlxalq patentin heç bir əhəmiyyəti yox idi, elmi əsər
sayılmırdı).
- Azi 5 tezis (ikisi
xaricdə dərc olunmaqla) tələb olunur (əvvəlki əsasnaməyə əsasən,
tezisin heç bir əhəmiyyəti yox idi).
- "Elmlər doktoru"
hazırlığı üzrə
ilkin müdafiədən
sonra AAK-dan müdafiənin davam etdirilməsi üçün
alınan icazə ləğv edilmişdir,
AAK-dan icazə almağa ehtiyac yoxdur (əvvəlki əsasnaməyə əsasən,
AAK-dan icazə alınmalı idi).
- "Elmlər doktoru"
hazırlığı üzrə
müdafiə mərhələlərinin
biri azaldılmışdır. Belə ki,
aparıcı təşkilatda
işin müzakirəsinin
aparılması ləğv
edilmişdir. Bununla yanaşı,
əsas müdafiə
üçün 4 rəsmi
opponent tələb olunur.
Elmi dərəcələrin verilməsi
üzrə yeni əsasnamədə olan yeniliklər:
- "Fəlsəfə doktoru" hazırlığı
üzrə 5 məqalə
tələb olunur: onlardan ikisi həmmüəllifsiz, dəqiq
və təbiət elmləri üzrə iki məqalə beynəlxalq xülasələndirmə
və indeksləmə
sistemlərinə daxil
olan elmi nəşrlərdə olmalı
(əvvəlki əsasnaməyə
əsasən, 5 məqalə
tələb olunurdu, onlardan biri xaricdə
dərc olunmalı idi).
- "Fəlsəfə doktoru" hazırlığı
üzrə 3 rəsmi
opponent (azı biri elmlər doktoru) təyin edilir (əvvəlki əsasnaməyə
əsasən, 2 opponent idi).
- "Elmlər doktoru"
hazırlığı üzrə
4 rəsmi təyin edilir (əvvəlki əsasnaməyə əsasən,
3 opponent idi).
Elmi fəaliyyətə görə
elmi adların verilməsi üzrə yeni əsasnamədə olan yeniliklər:
1. Dosent elmi adı
almaq üzrə:
- İddiaçı müvafiq
ixtisas üzrə monoqrafiya (elmi şuranın qərarı
ilə çapa tövsiyə edilməli və həcmi 200 000 (iki yüz min) işarədən az olmamalı) nəşr etdirməlidir və ya iddiaçının
elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına
hazırladığı azı
2 mütəxəssis elmi
dərəcə almalıdır.
- Müvafiq ixtisas üzrə azı 3, o cümlədən, beynəlxalq
xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə
dərc edilmiş dəqiq və təbiət elmləri üzrə azı 2 elmi məqalə təqdim etməlidir.
- Müvafiq ixtisas üzrə respublika və ya beynəlxalq
miqyaslı elmi tədbirlərdə azı
2 (azı 1-i xaricdə)
məruzə və tezislər dərc etdirməlidir.
2.
Professor elmi adı almaq üzrə:
- İddiaçı müvafiq
ixtisas üzrə monoqrafiya (elmi şuranın qərarı
ilə çapa tövsiyə edilməli və həcmi 400 000 işarədən az olmamalı) nəşr etdirməlidir;
- Müvafiq ixtisas üzrə beynəlxalq miqyaslı elmi tədbirlərdə azı
3 məruzə və tezislər, o cümlədən,
azı 1 məruzə
xaricdə dərc edilməlidir.
- Elmlər doktoru dissertasiyasının müdafiəsindən
sonra müvafiq ixtisas üzrə azı 5, o cümlədən,
beynəlxalq xülasələndirmə
və indeksləmə
sistemlərinə daxil
olan dövri elmi nəşrlərdə
dərc edilmiş dəqiq və təbiət elmləri üzrə azı 3 elmi məqalə təqdim etməli, iddiaçının ixtisas
üzrə təkbaşına
hazırladığı azı
2 mütəxəssis elmi
dərəcə almalıdır.
Və ua iddiaçının ixtisas
üzrə təkbaşına
hazırladığı azı
4 (dörd) mütəxəssis
elmi dərəcə almalıdır.
Fəlsəfə doktoru elmi dərəcəsi
olan, dosent elmi adı almış
iddiaçılar da
professor elmi adını
ala bilər (əvvəlki
əsasnaməyə əsasən
bu, mümkün deyildi).
Bunun üçün:
- İddiaçı müvafiq
ixtisas üzrə xaricdə həmmüəllifsiz
monoqrafiya (xarici dildə, elmi şuranın qərarı
ilə çapa tövsiyə edilməli, fəlsəfə doktoru dissertasiyasını təkrarlamamalı
və həcmi 400 000 işarədən az olmamalı) nəşr etdirməlidir.
- Müvafiq ixtisas üzrə beynəlxalq miqyaslı elmi tədbirlərdə dərc
edilmiş (o cümlədən,
azı 2-si xaricdə)
məruzə və tezislərinin sayı azı 5 olmalıdır.
- Dosent elmi adı
aldıqdan sonra müvafiq ixtisas üzrə azı 15, o cümlədən, beynəlxalq
xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə
dərc edilmiş dəqiq və təbiət elmləri üzrə azı 10 (o cümlədən, azı
5-i həmmüəllifsiz) elmi
məqalə təqdim
etməli, iddiaçının
elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına
hazırladığı azı
2 mütəxəssis elmi
dərəcə almalıdır.
Və ya dosent elmi adı
aldıqdan sonra müvafiq ixtisas üzrə azı 10, o cümlədən, beynəlxalq
xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə
dərc edilmiş dəqiq və təbiət elmləri üzrə azı 7 (o cümlədən, azı
3-ü həmmüəllifsiz) elmi məqalə təqdim etməli iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı
azı 4 mütəxəssis
elmi dərəcə almalıdır.
Qeyd edək ki, AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu nəzdində iki dissertasiya şurası fəaliyyət göstərir
və yeni qaydalara uyğun olaraq 2021-ci ilin birinci yarısında aşağdakı sayda müdafiələr təşkil
olunub.
ED1.17 Dissertasiya Şurasında:
1. Texnika. Neft kimyası - 2314.01 fəlsəfə doktoru.
07.05.2021-ci il tarixdə Aşqarlar Kimyası İnstitutunun əməkdaşı.
2. Texnika. Kimya texnologiyası və
mühəndisliyi - 3303.01. AMEA-nın Neft-Kimya
Prosesləri İnstitutu
əməkdaşı. 07.05.2021.
3. Texnika. Neft-qaz - daş kömür
emalı və texnologiyası - 3321.01. AMEA (NKPİ). 21.05.2021.
4. Texnika. Neft-qaz - daş kömür
emalı və
texnologiyası-3321.01. 21.05.2021.
5. Texnika. Kimya texnologiyası və
mühəndisliyi-3303.01. AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu. 18.06.2021.
6. Texnika. Neft-qaz - daş kömür
emalı və
texnologiyası-3321.01. AMEA NKPİ. 18.06.2021.
7. Texnika. Kimya texnologiyası və mühəndisliyi-3303.01. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. 22.06.2021.
2021-ci ilin birinci yarısında İnstitut nəzdində fəaliyyət göstərən ED1.16 Dissertasiya Şurasında 6 nəfər kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə edib.
Müdafiə edənlərdən 2 nəfər Neft-Kimya Prosesləri İnstitutunun, 1 nəfər Sumqayıt Dövlət Universitetinin, 1 nəfər Aşqarlar Kimyası İnstitutunun, 1 nəfər AMEA-nın Polimer Materialları İnistutunun, 1 nəfər AMEA-nın Gəncə bölməsinin əməkdaşıdır.
Yeni əsasnamələrdə edilən dəyişikliklər məqalələrin nəşrinə və istinadların sayına da öz müsbət təsirini göstərmişdir və göstərməkdədir.
2020-ci ildə institumuzun əməkdaşlarının xarici jurnallarda 75 məqaləsi, 2021-ci ilin 6 ayında 37 məqaləsi çap olunub.
Əməkdaşlarımızın elmi məqalələrinə istinadlar 2020-ci ildə 945, 2021-ci ilin 6 ayında 650 olmuşdur.
Bütövlükdə qeyd edilən dəyişikliklər təhsilin və elmin daha sürətli inkişafı üçün təminat yaradır.
AAK-ın özünün fəaliyyətinə nüfuzlu alimlərin, yüksək peşəkarlığa malik gənc mütəxəssislərin də cəlb olunmasının ekspertiza işinin daha keyfiyyətli aparılmasına təsiri də ayrıca qeyd olunmalıdır.
AAK-ın Əsasnaməsində edilən dəyişikliklər, o cümlədən, elmi dərəcələrin və elmi adların verilməsi qaydası ilə bağlı yeni Əsasnamələrin təsdiqi istedadlı gənclərin elmə gəlməsini stimullaşdırır, onların beynəlxalq miqyasda daha yaxşı tanınmalarına imkan yaradır.
Vaqif
ABBASOV
Akademik
525-ci qəzet.- 2021.- 25 sentyabr.- S.12.