Nəğmə də bir silahdır  

 

 

Tanrı xalqımıza çox dəyərli sərvətlər bəxş edib: Azərbaycanın dünyada tanınan dahiləri, məmləkətimizin füsunkar təbiəti, yurdumuzun müqəddəs torpaqları, milli-mənəvi dəyərlərimiz... Bütün bunlar əsrlərlə tarixi olan bir xalqın xoşbəxtliyi deyilmi?! Amma bu xoşbəxtliyin üzərinə kölgə salanlar, milli sərvətlərimizə, müqəddəs torpaqlarımıza göz dikənlər, bizə düşmən kəsilənlər var. Onlar şər əməlləri ilə şər qüvvələri təmsilçisinə çevriliblər. 2020-ci ilin 27 sentyabrından başlayaraq 44 gün ərzində düşmən üzərinə qorxmadan şığıyan mərd oğullarımız bu şərə son qoydular, parlaq zəfər qəhrəmanlıq tarixi yazdılar.

 

Yaşanılan hər an vaxta, hər vaxt günə, günlər aya, aylar da ilə çevrilərək tarixə dönür. Dünən yaddaş, bu gün reallıq, gələcək isə ümid yerimizdir. Dünəni tarixə çevirərək bu gün bizə qələbə sevinci yaşadanlar əbədi tarix yaradanlar yazanlardır. Bu tarixi əbədiləşdirən bir amil var ki, o da səs yaddaşıdır. İgidlərimizin qəhrəmanlığını tarixə çevirən səs yaddaşı musiqi ilə tərənnüm olunur. Bu yerdə unudulmaz bəstəkarımız Süleyman Ələsgərovun bir fikrini xatırladım. O deyirdi ki, gərək sənətkar yaşadığı tarixi dövrü öz əsərlərində ifadə edə bilsin. Çünki yaşanılan tarixi şəraiti sənət əsərləri ilə gələcək nəslə çatdırmaq çox yaxşı vasitələrdəndir. Təbii ki, bu sənət əsərləri içərisində musiqinin öz yeri var. Haqlı idi Süleyman müəllim. Çünki onların dövründə baş verən bir çox tarixi hadisələr neçə-neçə musiqi əsərlərində öz əksini tapıb. Bu əsərlər Üzeyir Hacıbəyli onun ardıcılları tərəfindən qələmə alınaraq musiqi mədəniyyəti tariximizin silinməz inciləridir. Bu əsərlər həm vaxtilə təməli qoyulan ənənələrin əsas qayəsidir. Bu mənada  qəhrəmanlıq, vətənpərvərlik hisslərinin musiqidə tərənnümü geniş yer tutur. Vaxtilə igidlərimizin musiqi sədalarından  ruhlanaraq döyüş meydanına qopuzla, sazla girməsi sanki hərbi vətənpərvərlik musiqisinin təməli olub. Çünki insanın hiss duyğularını ifadə edən musiqi mübarizə ruhunun da yüksəlməsində müsbət təsirə malikdir.

 

Buradan belə bir nəticə hasil olur ki, nəğmə bir silahdır. Bu mənəvi silahın gücü bəlkə odlu silahdan açılan atəşdən daha güclü daha təsirlidir. Odur ki, bütün tarixi dönəmlərdə belə əsərlər yaranıb bu gün yaranır.

 

2020-ci ilin 27 sentyabr tarixində başlanan, şər qüvvələrlə apardığımız haqlı müharibədə bəstəkarlarımız da öz cəbhələrində əzmlə döyüşdülər. Neçə-neçə musiqi əsəri yarandı bu əsərlərin hər birində 44 günlük vətən müharibəsinin ağrı-acıları, torpaq uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi, mübariz əsgərlərimizin, qazilərimizin şücaəti, insanları qələbəyə ruhlandıran mövzular öz əksini tapır. Nəhayət, qalibiyyət, zəfər müjdəsi sənətkarlarımız üçün ilham mənbəyi oldu. Bu yerdə vətən torpağını, vətənpərvərliyi bu kimi gözəllikləri tərənnüm edən musiqi əsərlərinə nəzər salaq.

 

Bu şərəfli mübarizə yolunu qələbə əzmini özündə ehtiva edən çoxlu sayda vokal xor əsərləri var. Hətta elə musiqi nümunələri var ki, musiqisi sözü bəstəkarın özünə aiddir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin "Zəfər marşı" buna misaldır. Bəstəkar xor, solist orkestr üçün qələmə aldığı bu əsərində özünün vətən sevgisini, mübariz düşüncələrini sözü musiqisi ilə qovuşduraraq hər an vətən yolunda sanki müzəffər əsgər kimi hazır olduğunu bəyan edir. Əsərdəki

 

Qəhrəman ruhuna sadiqəm,

Sən səslə, ey Vətən,

hər an mən hazıram.

 

misraları fikirlərimizə əyani misaldır. Bu əsər ilk dəfə 2021-ci il iyulun 31-də 12-ci Beynəlxalq Qəbələ Musiqi Festivalında hərbi orkestrin müşayiəti ilə Kənan Qədimovun ifasında səslənib. Bir halda ki, Firəngiz xanımın əsərindən bəhs etdik, mövzu ilə bağlı onunla söhbətimizin bəzi məqamlarını diqqətə çatdırım:

 

- Firəngiz xanım, yaşadığımız tarixi şəraiti bəstəkarlarımız necə tərənnüm edirlər?

 

- Təbii ki, ürəyi xalqla döyünən hər bir sənətkar öz xalqının faciəsini , uğurlarını da, qələbəsini , bir sözlə, bütün tarixi şəraiti təxəyyülündən keçirərək bunları əsərlərində ifadə etməlidir. Bəstəkarlarımız bu istiqamətdə fəal işləyirlər. Müxtəlif janrlarda  əsərlər yazırlar. Vaxtaşırı olaraq Bəstəkarlar İttifaqının bölmələrində onların əsərləri dinlənilir müzakirə edilir. Biz çalışırıq ki, bu işdə gənc bəstəkarlarımız daha fəal olsunlar. Odur ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Ü.Hacıbəyli adına BMA Bəstəkarlar İttifaqı birlikdə Zəfər bayramına həsr olunan, 25-30 yaş arası gənc bəstəkarların müsabiqəsini elan etmişik. Müsabiqəyə qələbə, zəfər əhval-ruhiyyəsini ehtiva edən, müəyyən edilmiş simfonik tərkibdə səslənəcək əsərlərin təqim olunması tələb olunur. Artıq bəzi bəstəkarlar əsərlərini təqdim ediblər bizim bəzi bölmələrdə bunların müzakirəsi başlanılıb. Yəqin ki, bu yaxınlarda münsiflər heyəti bu əsərlər haqqında qərar verəcək. Vətənpərvərlik mövzusunun klassik musiqidə ifadəsini nəzərdə tutaraq Zəfər bayramı münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında noyabr ayında böyük bir konsert proqramı ilə çıxış edəcəyik. Bəstəkarlar İttifaqı bu konsertin tam proqramını işləyib hazırlayıb. Belə ki, biz bəstəkarlara müraciət etdik, onlar da öz yeni əsərlərini təqdim etdilər. Bəstəkarların öz iştirakı ilə həmin əsərləri müzakirə etdik. Lazım olunan qabul edildi, əsərlərin notları yenidən işlənib, simfonik  kamera orkestrlərinin, eləcə xor kollektivinin solistlərin ixtiyarına verildi. Artıq noyabr ayında Filarmoniyada keçiriləcək bu konsertə bizim bəstəkarlarımız tam hazırdır. Yəqin ki, elan etdiyimiz müsabiqədən qalib çıxan gənc bəstəkarlarımızın konserti təşkil olunacaq.

 

Firəngiz xanımın fikirlərindən Bəstəkarlar İttifaqının xidmətlərindən bəlli olur ki, bu təşkilat öz üzərinə düşən işləri layiqincə həyata keçirməklə musiqi həyatımızı ənənələr əsasında daim zənginləşdirir. Noyabr ayında Filarmoniyada  keçiriləcək Zəfər bayramı konsertinin repertuarı da öz zənginliyi ilə fikirlərimizi təsdiq edir.

 

Azərbaycan bəstəkarlarının Zəfər Gününə həsr olunmuş "Qarabağ bizimdir" adlı konserti 9 noyabr 2021-ci ildə saat 19.00-da Filarmoniyada keçiriləcək. Konsertdə Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbəri olduğu Azərbaycan Dövlət Xor Kapellası, Leyla Zalıyevanın bədii rəhbərliyilə Azərbaycan Milli  Konservatoriyasının tələbə xoru çxış edəcək. Proqramda Cəlal Abbasovun "Şanlı Azərbaycan",  Azər Dadaşovun  "Zəfər çələngi", Mobil Babayevin"Şanlı Qələbə", Ceyhun Allahverdiyevin "Qələbə uvertürası", Vüqar Camalzadənin "Təntənəli uvertüra", Azad Zahidin "Qalib sərkərdəsi Azərbaycanın!" (Ali Baş Komandan İlham Əliyevə həsr olunub), Elnarə Dadaşovanın  "Döyüş cəngisi", Firəngiz Əlizadənin "Zəfər marşı", Vasif Allahverdiyevin "Vətən torpağı", Sərdar Fərəcovun "Azad Şuşa", Nərminə Nağıyevanın "Qarabağa gedirəm" əsərləri başqa bir sıra müəlliflərin yaradıcılıq nümunələri səslənəcək.

 

Elə bəstəkarlar var ki, onların yaradıcılığında vətənpərvərlik mövzusu mühüm yer tutur. Bu mənada bəstəkar Azad Zahidin adını çəkə bilərik. Onun Əməkdar  incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin sözlərinə bəstələdiyi "Qalib sərkərdəsi Azərbaycanın!", "Müzəffər ordumuz", "Zəfər müjdəsi", "Gəlmişik biz Qarabağ" başqa mahnılarını xüsusi qeyd etmək olar. Bu mahnılarda hər bir azərbaycanlının əsas duyğu düşüncələri ifadə olunub. Bu fikrə nümunə olaraq "Qalib sərkərdəsi Azərbaycanın!" mahnısından misralara nəzər salaq:

 

Şuşa dağlarından çəkildi duman,

Bayrağa bürünüb hər tərəf, hər yan,

Zəfərlə çıxdınız haqq sorağından,

Qalib sərkərdəsi Azərbaycanın!

 

Vətəni, vətənpərvərliyi  tərənnüm edən hər bir musiqi əsəri tarixin səs yaddaşı olaraq nəsillərin mübarizə ruhunun yüksəlməsinə təkan verən mühüm amillərdəndir. Odur ki, hələ bugünkü şərəfli tariximizi əks etdirən neçə-neçə musiqi əsərləri yaranacaq. Axı, nəğmə də bir silahdır.

 

Səadət TƏHMİRAZQIZI

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi

 

525-ci qəzet.- 2021.- 28 sentyabr.- S.15.