27 sentyabr - müqəddəs
gün
Sosial şəbəkələrdə
yazılanlar
Azad Əliyev, jurnalist:
- Həmişə faciə günlərimizin ildönümü
ərəfəsində qəribə
kədərli hisslər
keçirirdik. Əzildiyimizi, alçaldığımızı hiss edirdik. Bu dəfə
isə tam başqadır.
Doğrudur, kədər, hüzn
də var. Amma daha çox qürurlanırıq. Ordumuza, hərbçilərimizə,
millətimizə görə
qürur duyuruq. Şəhidlərimiz, qazilərimiz
sonsuzadək kədər
yerimiz, onların ciyərparələri isə
göz nurumuz olacaq. 27 sentyabr
bizim ən müqəddəs günümüz,
bu günü adi təqvim günündən çıxaranların
hər biri bizim müqəddəslərimiz,
pirimiz və səcdəgahımızdır. Bu millət sübut
etdi ki, şimalında bir nəhəng, cənubunda başqa bir böyük işğalçının
məngənəsində əsrlərdir
sıxılsa da, millətçilik ruhunu itirməyib. Bu millətin qəlbindəki
Vətən sevgisi qığılcımı istənilən
an alovlanıb böyük
bir tonqala dönə bilər.
Qəlbinizdəki o alov daimi olsun. Vətənini sevən hər
kəsə sonsuz ehtiram. Müqəddəs
27 sentyabrı anırıq!
***
Bəhruz
Həsənov, siyasətçi:
- 27 sentyabr yeni Azərbaycanın
böyük Azərbaycana
çevrildiyi gündür!
27 sentyabr Qarabağda al şəfəqin qızıl
xəzəl üzərində
qan rəngində bərq vurduğu gündür!
27 sentyabr 3000 Azərbaycan əsgərinin şəhidlik
zirvəsinə doğru
addım-addım yola çıxdığı gündür!
27 sentyabr Azərbaycan xalqının Prezident İlham Əliyevi yenilməz sərkərdə
kimi yenidən kəşf etdiyi gündür!
27 sentyabr Azərbaycan xalqı ilə Azərbaycan Prezidenti arasında birbaşa rabitənin, könül körpüsünün, telepatiyanın
yarandığı gündür!
27 sentyabr Azərbaycan xalqının mizrabı oxla, kamançanı kamanla əvəz etdiyi gündür!
27 sentyabr dostla düşmənin, yalanla həqiqətin, dindarla kindarın, təəssüblə
təəssüfün nümayişkaranə
və mütləq formada müəyyənləşdiyi
gündür!
27 sentyabr Xocalıda, Daşaltıda, Başlıbeldə
ermənilər tərəfindən
doğranan, diri-diri dərisi soyulan, işgəncə altında
üzünü göyə
tutub nalə çəkən, hökumətin bivecliyinə, Tanrının biganələyinə
üsyan edən və qətl edilən bacı və qardaşlarımızın
qisasının DÖVLƏTimiz
tərəfindən alınmağa
başladığı gündür!
27 sentyabr qatı iqtidaryönümlüdən radikal
müxalifətçiyədək, liberalından mühafizəkarınadək,
sağçısından solçusunadək,
ateistindən dindarınadək
hər kəsin eyni amal uğrunda
dəmir yumruq kimi birləşdiyi gündür!
27 sentyabr müqəddəs Azərbaycan bayrağının
tarixi ərazilərimizin
hər qarşından
göründüyü gündür!
Və nəhayət, 27 sentyabr gələcəkdəki daha
əlamətdar günlərin
təməl daşıdır!
***
Aqşin
Kərimov, jurnalist:
- Müharibədəki qələbənin
qlobal və regional əhəmiyyəti:
1. Regionda yeni şərait
formalaşdı, bu, iqtisadi və siyasi fürsətlər təqdim edir.
2. Beynəlxalq güclərin
regiona marağı artdı, Azərbaycanın
müttəfiq ölkələrlə
əməkdaşlığı yeni fazaya daxil
oldu,
3. Türkiyə regiona girdi, bu, Rusiya
təsirinin zəiflədilməsi
üçün vacibdir.
4. İsrail, Britaniya kimi ölkələr Qarabağdakı layihələrdə
iştirak edir.
5. Moskva Türkiyə
amilinə görə
Azərbaycanla bəzi
məsələlərdə hesablaşır.
6. İran artıq güc dili danışmağın
zərərlərini aydın
dərk edir.
Mənəvi əhəmiyyəti:
1. Xalqın özünəinamı
qayıtdı, milli qürur bərpa edildi,
2. Artıq kimsə azərbaycanlı kimliyindən
utanmır, böyük
fəxrlə bunu deyir,
3. Ermənilər üzərində
güclü psixoloji üstünlük qazanıldı.
***
Aygün
Bağırlı, filologiya
üzrə fəlsəfə
doktoru:
- İlk şəhidlərimiz
Əli və Bəxtiyar. Əli ilə eyni məktəbdə oxumuşuq.
Bəxtiyarın isə əmisi
ilə bir həyətdə yaşamışıq.
Onların şəhid
olduğu 22 fevral
1988-ci il dünən kimi yadımdadır. Bəxtiyarın
anasının təlaşla
oğlunu gözləməsi
və o acı xəbər... Həyətimizə
və həyatımıza
çökən sükut...
Sonra o sükutda o qədər yaşlandıq ki, onların və itirdiyimiz gəncliyimizin qisasını övladlarımız
aldı. Hamınızı ehtiram və kədərlə anırıq.
Əslində heç
unutmadıq ki...
***
Sabir Rüstəmxanlı, millət
vəkili:
- Amilinin şiri və dünyanın fikri.
ABŞ-ın dövlət katibi Mayk Pompeo
2021-ci il İran Müqavimət Hərəkatı ilə bağlı deyib:
İran
dinin dövlətdən
ayrıldığı, demokratik
və nüvəsiz bir ölkəyə
çevrilməlidir. İndiki rejim
başçıları mühakimə
olunmalıdır. Sabah yox, gələn həftə yox, gələn il
deyil, elə bu gün.
İran
prezidenti minlərlə
iranlı siyasi məhbusun kütləvi edam edilməsində şəxsən məsuliyyət
daşıyır.
Onlardan 5000-dən çoxunun
adı açıqlanmışdır.
Anonim məzarlarda
dəfn olunanlar minlərlədir.
Bu, bəşəriyyətə qarşı cinayətdir.
İbrahim Raisi ilə hər hansı bir razılaşma, qatillə müqaviləyə
bərabərdir.
İran
rejiminin liderləri təkcə öz ölkələrinə və
İran xalqına
hakim olmaq istəmirlər,
əksinə, iştahları
Bağdaddan Tehrana, Şamdan, Beyrutdan Sənaya qədərdir.
Rejim daxilində
mötədillərin olması
barədə aldatmaları
bir kənara qoymalıyıq. Yaxşılıq terrorçu bir
rejimin başa düşəcəyi bir şey deyil.
İran rejiminin liderləri üsyanları yatırmaq
və İran xalqını özünə
tabe etmək üçün pandemiyadan
istifadə edirlər.
Bu, tamamilə qəbuledilməzdir.
***
Həcər Paşayeva, yazıçı-publisist:
- Bu gün rayon məktəbinin
gənc direktoru ilə təsadüfən
tanış oldum. "Məktəb
direktoru" sözünü
eşidəndə bilirəm
ki, çoxunuzda nə fikirlər yaranır. O neqativ fikirlərə aid bütün
"standart"ları darmadağın
edən əsl ziyalı, savadlı, demokratik və vətənpərvər gənc
bir xanım. Bütün kollektiv sevinir. Razı olsa, haqqında yazacam.
***
Yeganə
Hacıyeva, jurnalist:
- 10 noyabr üçtərəfli
razılaşmanın 4-cü bəndi həyata keçirilməyə başlanıb
və Qarabağdan erməni terrorçuları
çıxarılır.
Ermənilər Ağdərə, Suqovuşan,
Şıxarx, Göyarx
istiqamətində olan
mövqelərini boşaldıblar.
Bir neçə
gündən sonra Ağdərə Azərbaycanın
administrativ tabeliyinə
keçir.
Suqovuşan istiqamətində 951 yüksəkliyində
ordumuzla üzbəüz
dayanan erməni silahlıları çıxarılıb.
Boşaldılan erməni silahlıların
postları rus sülhməramlılar tərəfindən
partladılır.
***
Mirvari Qəhrəmanlı, "Neftçilərin
Hüquqlarının Müdafiə
Təşkilatı"nın
sədri:
- Güclü külək olacağı bilindiyi halda işçilər köhnə, təhlükəli
dəniz özüllərindən
niyə evakuasiya olunmayıb?
Neft Daşları 1, 3 və 5 saylı mədənin özüllərindən və
Nərimanov adına
NQÇİ-dən işçilər
narahatlıq bildirirlər:
- Salam Mirvari xanım. 22.09.2021-ci il tarixində hava şəraitinin dəyişəcəyi, küləyin
sürətinin artacağı
ilə əlaqadar Azneftdən Telefonoqramma daxil olub. Bununla belə,
təhlükəli, köhnə
dəniz özüllərindən
işçilər evakuasiya
olunmayıb. Hal-hazırda açıq dənizdə küləyin
sürəti 25-30 m/s, dalğanın
hündürlüyü 4-5 metrdir. Güclü yağış yağır
və külək əsir. Dənizdəki SDÖ-lar (Stasionar
Dəniz özülləri)
beşik kimi yellənir, budkalar su içindədir.
Qeyd: məlumat səhər saat 8:00-da daxil olub.
***
Fərid
Pərdəşünas, texnobloger:
- Hazırda kiber dələduzlar demək olar ki, hamıya
hücum edir. Yaşlı nəsildən tutmuş, tanınmışına, cavan,
uşaq demədən
hamıya zənglər
edirlər. Xüsusilə zəngləri "Kapital
Bank" adından edirlər.
Belə vəziyyətdə
kiber hücum qurbanı olmamaq üçün bir neçə kibergigyenik qaydalara əməl etmək lazımdır:
* Kimliyindən asılı olmayaraq yazılı və yaxud səsli
şəkildə bank kartı
məlumatlarınızı heç kimə təqdim etməyin. Hətta bu, bank əməkdaşı
olsa belə. Unutmayın ki, bank əməkdaşları
heç bir halda sizin kart məlumatlarınızı telefonda
tələb etmirlər.
* Elan saytlarında yerləşdirdiyiniz məhsulları
satan zaman
sizdən beh vermək üçün
bank məlumatlarınızı tələb edən insanlarla heç bir halda kart məlumatlarınızı bölüşməyin.
* "Azərpoçt" adından gələn saxta linklərə daxil olub, kart məlumatlarınızı ödəniş
vasitəsi kimi qeyd etməyin.
* Bank, maaş, təqaüd
kartlarınızı azyaşlı
uşaqlarınıza "Play Store",
"App Store" qeydiyyatı üçün verməyin.
Belə olan halda uşaqlar
oyundaxili satınalmalar
edirlər və valideynlər də yapışırlar bankdan
ki, bəs günahkar sizsiniz.
* Bank kartlarınızı pulsuz
wifi təqdim edən məkanlarda (kafe, mall) internet üzərindən
istifadə etməyin.
* Bank kartlarınızdan "Google",
"PayPal" və bir
çox xarici servislərdən davamlı
pul çıxılırsa,
məsləhətdir ki,
mobil bank tətbiqindən
xarici ödənişləri
birdəfəlik bağlayın.
* Dələduzlar "Caller ID Spoofing" ilə sizə istənilən nömrədən
zəng edə bilərlər. Hətta bankın, polisin,
qohum, qonşunun adından. Kimliyindən asılı olmayaraq
öz doğmanıza
belə kart məlumatlarınızı
səsli və görüntülü şəkildə
təqdim etməyin.
* Xeyriyyə aksiyaları üçün paylaşdığınız
kart məlumatlarında kartın
PAN (üzərindəki 16 rəqəmli)
kodundan, məxsus olduğu bankdan başqa heç bir detalı paylaşmayın. CVV, kartın bitmə tarixi kimi məlumatların
paylaşılması kiber
gigyena baxımından
güvənli deyil.
***
Xaqani Səfəroğlu, jurnalist:
- "Taliban" siftə elədi. Baş nazirin müavini Bəradər bəyan edib ki, Tacikistan Əfqanıstanın daxili işlərinə qarşır... Cavabını alacaq.
Yetim Tacikistan
heç öz daxili işlərinə qarışa bilmir. Görəsən, kim
atıb onu odun
içinə?
525-ci qəzet.- 2021.- 28 sentyabr.- S.8.