Ölən kosmonavt
qadının son sözləri
1957-ci ildə SSRİ-nin başlatdığı kosmos səyahəti qısa müddət sonra bir yarışa çevriləcəkdi - SSRİ ilə ABŞ-ın kosmos yarışına. 4 oktyabr 1957-ci ildə SSRİ-nin "Sputnik 1"i kosmosa göndərməsilə birlikdə yarış da başlamış oldu. Bunun qarşılığında ABŞ bundan 4 ay sonra ilk süni peyki "Explorer 1"i kosmosa göndərərək SSRİ-yə bir növ cavab verdi.
12 aprel 1961-ci ildə SSRİ dünyada ilk dəfə kosmosa insan göndərdi. Yuri Qaqarin "Vostok 1"lə etdiyi uçuşda 108 dəqiqə ərzində dünyanın ətrafında tam tur edərək yerə endi. Bu, insanlıq tarixi üçün ən böyük uğurlardan biri idi.
SSRİ qazandığı bu uğurla birlikdə başqa ilklərə də imza atmağa davam etdi. Valentina Tereşkova 16 iyun 1963-cü ildə "Vostok 6" ilə kosmosa göndərilən ilk qadın oldu. Dünya ətrafında 48 tur vuran qadın kosmonavt kosmosda təxminən 3 gün keçirdi və Qazaxıstan-Çin sərhədindəki bir bölgədə yerə endi. Amma bəzi insanlar onun kosmosa uçan ilk qadın olmadığını düşünürdülər.
SSRİ kosmos çalışmalarına başlayanda bu işdə ABŞ-dan öndə olmaq məqsədilə atacağı bütün addımları gizli şəkildə planlayırdı.
"Sputnik 1" kosmosdan dünyaya radiosiqnallar göndərdi. Bu siqnallar
dünyadan rahatlıqla
dinlənilə bilirdi.
Hamı böyük maraqla gedişatı izləyirdi.
Onlardan biri də Axilles
və Ciovani qardaşları idi. Bu iki qardaş
bütün gedişatı
həyəcanla izləyir
və nəticələri
araşdırırdılar. 1950-ci illərin sonunda
qardaşlar öz imkanları ilə radiostansiya qurdular. SSRİ-nin "Sputnik 1" uğurundan sonra artıq kosmosa bir canlı göndərməsi planlaşdırılırdı.
3 noyabr 1957-ci ildə baş verənlərdən xəbərsiz
Layka adlı it
"Sputnik 2" vasitəsilə kosmosa göndəriləcəkdi.
Uçuş baş verməzdən
əvvəl həmin iki qardaş hamıdan xəbərsiz şəkildə sistem üçün hazırlıq
gördülər, "Sputnik 2" göndərildikdən sonra
ondan siqnallar almağa çalışdılar.
Bir nöqtəyə kimi Laykanın ürək döyüntülərini dinləməyə
başladılar. Bəlkə də
dinlədikləri səs
onun son anlarına aid idi. Çünki ilk yüksəlişlə bərabər temperatur 43 dərəcəyə qədər
qalxmışdı. Rus mənbələri
Laykanın ölümünü
temperaturun yüksəlməsi
nəticəsində Laykanın
ürək döyüntülərinin
artması ilə əlaqələndirdi. İtalyan qardaşların
bu araşdırmaları
ətrafındakı şəxslər
arasında onlara şöhrət qazandırdı.
Bunun sayəsində aldıqları
maddi dəstəklə
onlar "Torrebert"
adlı dinləmə
stansiyası qurdular.
Həmin illərdə kosmos çalışmaları zamanı
bəzi kosmonavtların
yoxa çıxdıqları,
baş verən qəzaların ört-basdır
edildiyi düşünüldü. "İtmiş kosmonavt" ifadəsi barədə ilk
mənbə 1959-cu ilin
dekabrında bir çexiyalının kosmosa
rəsmi olmayan uçuşlarda bir neçə kosmonavtın
uğursuz cəhdlər
nəticəsində öldüyü
bilgisini yayması ilə ortaya çıxdı. 1961-1967-ci
illərdə təqribən
11 qəza baş verdiyi və bu qəzaların onların ört-basdır
edilməsinə dair dəlil və şəkillər arxivlərdə
gizlədilmişdi. Şəkillərdəki bəzi insanlar sanki heç var olmamış kimi sonradan silinmişdilər.
Bu silinmələr bir yox, bir
neçə fərqi
şəkillərdə nəzərə
çarpırdı.
28 noyabr 1960-cı ildə italyan qardaşların bir peykdən dinlədiyi siqnallar hər keçən dəqiqə azalırdı. Sanki bu peyk dünyadan get-gedə uzaqlaşırdı. Bəlkə də, gözlənilməz bir qəza onu kosmosun dərinliklərinə göndərmişdi. Bundan təxminən bir il sonra, 1961-ci ilin fevralında daha fərqli səslər eşidildi. Radiosiqnallar vasitəsilə gələn səsdə bir kişinin çətinliklə nəfəs alıb-verdiyini asanlıqla eşitmək olurdu. Bu səsin inandırıcılığını artıran məsələ isə SSRİ-nin 3 gün sonra bir pilotsuz kosmos aparatlarının düşdüyünü açıqlaması oldu. Bəlkə də eşidilən həmin səs qəzadan bir neçə dəqiqə əvvələ aid idi.
Bu dəlillər arasında biri daha ağır və diqqətçəkən idi. Adı bilinməyən bir qadının səsi. Əlbəttə, o qadın haqqında əldə hansasa bir dəlil yoxdur. Təkcə onun eşidilən son sözlərindən başqa. Radiosiqnallar vasitəsilə eşidilən səslərdə qadın kosmonavtın dedikləri tükürpədici təsir bağışlayırdı:
"Beş. Dörd. Üç. İki. Bir. Cavab verin... Cavab verin... Cavab verin... Dinlə... Cavab verin... Mənimlə danışın... Mənimlə
danışın... Bura
çox istidir... Bura çox istidir... Nə? 45 dərəcə?
Nə?
50 dərəcə? Hə... Hə... Nəfəs alıram... Nəfəs alıram... Oksigen... Çox istidir... Bu, təhlükəlidir.
Hər şey. Hə... Hə... Necə? Mənimlə danışın. Nə edəcəyəm? Hə...
Hə... Hə... Bura çox istiləşir... İsti...
Hər yerdə... İstini hiss edirəm... İstini hiss edirəm... Alovları görürəm!
Nə?
Alovları görürəm!
İstiliyi hiss edirəm..."
İtalyan qardaşlar bunu kosmonavt qadının son sözləri kimi şərh etdilər. O qadının
başına gələnləri
bir anlıq da olsa, düşünməyinizi
və hiss etməyinizi
istəyirəm. O kiçik
hava maşınında
kosmosun bir nöqtəsində təkbaşınıza
qaldığınızı, heç kəsin sizə cavab vermədiyini, hava maşınının getdikcə
sürətləndiyini və
temperaturun inanılmaz
dərəcədə yüksəldiyini
fikirləşin. Üstəlik,
bütün bunlarla birlikdə az
sonra öləcəyinizi
bilmiş olmağınız
da var. Böyük bir çarəsizlikdir. Əlbəttə, bu səsin
gerçək olub-olmaması
sorğulana bilər, çünki verilən hesabatlarda həmin qadının adı çəkilmir. Amma SSRİ-nin
həmin çalışmaları
dünyadan gizli apardığı da gerçəkdir. Əgər o zamanlar belə bir qəzaların baş verdiyi xüsusilə də
ABŞ tərəfindən öyrənilsəydi, bu,
SSRİ üçün heç
də yaxşı olmazdı.
Bir kosmonavtı heç kəsin olmadığı
ucsuz-bucaqsız kosmosa göndərmək böyük riskdir və bəzən
uğurun gəlməsi üçün
fədakarlıq etmək lazım olur. SSRİ-nin dağılması ilə birlikdə
ortaya çıxan bir
çox sənədlərdə kosmos çalışmaları nəticəsində
ölənlərin olduğu və onlardan bəzilərinin gizlədildiyi öyrənildi.
Bütün bunlar yalan da ola
bilər, ancaq əgər doğrudursa,
həmin insanlar tarixdən silindiklərini
və bizim onların son
anlarına şahid olduğumuzu
heç vaxt bilməyəcəklər...
El ROMAN
525-ci qəzet.- 2021.- 29 sentyabr.- S.24.