"Şöhrət tapdı adınla bizim ana yurdumuz"  

 

SƏMƏD VURĞUNUN ÜZEYİR HACIBƏYLİ HAQQINDA DÜŞÜNDÜKLƏRİ VƏ YAZDIQLARI

 

 

Səməd Vurğunun Üzeyir Hacıbəyli haqqındakı "Böyük bəstəkar" "İnsan qəlbinin tərənnümçüsü" adlı məqalə məruzələri böyük bəstəkarın yaradıcılığının kəsb etdyi estetik dəyərin, monumentallığın dərkidir, - desək yanılmarıq. Vurğun Üzeyir sənətinin mahiyyət ideyasını çox yığcam, aydın özünəməxsus üslubda təqdim edir. Şair, Üzeyirin bəyin yaradıcılığını insanı həyatı təsdiq edən sənət kimi xarakterizə edib vurğulayır ki, bu əsərlərdə yaşanılmamış hisslərə, duyğulara rast gəlməzsən. Burada hər şey insan qəlbinin, onun ilıq duyğularının eyni zamanda, idrakının məhsuludur, bu sənət nümunələrində ürək fikir, hiss düşüncə vahid harmoniya yaradır. Buna görə Səməd Vurğun Üzeyir sənətini gerçəkliyin, həyat həqiqətlərinin simfoniyası hesab edir.

 

Üzeyir Hacıbəyli sənəti soyuq şüurun məhsulu deyildi. Onun yaradıcılığında lirik notların duyğulara emosional təsiri ilə insanı mübarizəyə səsləyən, cəsarət yenilməzlik, vüqar qürur aşılayan motivlər həmahəngdir. Burada həm insan duyğularını dilləndirən "Sənsiz" "Sevgili canan" kimi romanslar, hisslərin şahanə ifadəsi olan "Leyli Məcnun" kimi opera, həm insanın qorxu hissini boğan, onda fövqəlgüc yenilməzlik hiss etdirən "Koroğlu" kimi əsər, S.Vurğunun ifadəsi ilə desək "diqqətəşayan" hadisə - "Cəngi" janrı da var. S.Vurğun "Koroğlu" operasının tamaşaya qoyulduğu günü mədəniyyətimizin tarixi bayram günü hesab edirdi. S.Vurğuna görə, bu opera dünya milli musiqi mədəniyyətinin yüksək nailiyyətlərinin, müəllifin zəngin yaradıcılıq təcrübəsinin ifadəsi kimi bütün mədəni ölkələrin mənəvi tələblərinə cavab verən əsərdir. "Operanın mürəkkəb zəngin simfonik quruluşu, milli musiqi alətlərimizlə Avropa musiqi alətlərinin həmahəng bir dillə danışması, vokal musiqi sənətinin inkişafı üçün yazılmış klassik ariyalar, kütləvi qəhrəmanlıq səhnələrini ifadə edən mürəkkəb həyəcanlı musiqi nömrələri, iki-üç səsli xor sənətinin gözəl nümunələri bütün bunların vahid bir ahəngi Üzeyir sənətinin yüksək mədəniyyətini nümayiş etdirir". S.Vurğun qeyd edir ki, Üzeyir bəy bu əsərdə 400 il əvvəlki tarixi hadisələrə müraciət etsə , öz əsrinin, eyni zamanda, sabahın da nəbzini tutmağı bacarmışdır. "Koroğlu" operası Şərqin Qərbin estetik təfəkkürü zəminində ortaya çıxmışdır.

 

 

 

S.Vurğun Üzeyir bəyin "Leyli Məcnun" operasının da yüksək estetik dəyərindən bəhs edir, bu əsəri Azərbaycan mədəniyyətinin orijinal mənəvi məhsulu, poeziya musiqisinin gözəl incisi kimi qiymətləndirirdi. Onun fikrincə, Nizami Füzulinin ecazkar qələmi ilə dünyada tanınan bu ərəb əfsanəsi XX əsrdə Üzeyirin musiqi fırçası ilə daha da bitkinləşdi, tamamlandı populyarlıq qazandı. S.Vurğun Üzeyirin bu mövzuya təsadüfən müraciət etmədiyini, azad düşüncənin, azad sevginin əsrlər boyu söz fikir adamlarını narahat etdiyini söyləyirdi. Üzeyir azad fikir azad eşq haqqında söz demək ehtiyacını bu əsər vasitəsilə ödədi. İnsanlığın faciəsini, mənəvi məhkumiyyətini o da belə - içindən gəldiyi kimi cizgilədi. S.Vurğuna görə, o, bu cizgiləmədə XX əsr insanının zövqünü, ruhunu, mənəvi tələb təbəddülatını önə çəkdi. Bu ərəb əfsanəsi özümüzünküləşdi, qəlbə daha məhrəm, daha yaxın oldu.

 

S.Vurğun Üzeyir Hacıbəyli yaradıcılığına milli musiqi, ümumiyyətlə estetik təfəkkür tariximizin bir mərhələsi kimi nəzər salır, bu irsin mədəniyyət tariximizin ümumi inkişafı ilə sıx bağlılığını qeyd edir onun tərəqqisinə təsir gücünü açıqlayırdı. Onun müasirlərinin sənət səhnəyə, yeni yaranan janrlara olan baxışlarına təsirindən bəhs edirdi. Məlumdur ki, Üzeyir sənəti, onun mədəniyyət tariximizə gətirdiyi novator yeniliklər öz çağdaşları tərəfindən birmənalı qarşılanmırdı. Bu radikal münasibət dövrü mətbuatda da yer alırdı. Həmin müəlliflər iddia edirdilər ki, teatr səhnəmizdə dram faciələr var bunların tərbiyəvi əhəmiyyəti yetərincədir. Opera operettaya isə ehtiyac yoxdur. Onlar fikirlərini belə əsaslandırırdılar ki, Azərbaycan tamaşaçısı, müsəlman tamaşaçısı hələ operanı dərk etmək səviyyəsində deyildir. Üzeyir bəy isə "Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında" silsilə cavab məqalələrində məntiqi mühakimələrlə operanın kəsb etdiyi əhəmiyyəti, opponentlərinin isə fikirlərinin əsassız olduğunu sübut edirdi. S.Vurğun öz məruzələrində bu cür tendensiya müəlliflərini "yoxsul təbiətli" adlandırırdı. Ancaq sevinirdi ki, bu ikili münasibətlər Üzeyir bəyin yaradıcı təbiətinə, fitrətinə təsir edə bilməmişdir.

 

S.Vurğun Üzeyir bəydən təkcə bəstəkar kimi yox, bir dramaturq, musiqi nəzəriyyəçisi kimi bəhs edir, onun "Azərbaycan musiqi ladlarının əsasları" adlı elmi əsərinin kəsb etdiyi dəyər əhəmiyyətdən söz açır, bu əsərin daxili məzmun nəzəri əsas etibarı ilə miqyaslılığını açıqlayırdı. Bu əsəri Azərbaycan musiqisini İran Şərq musiqisindən ayırmayıb, orijinallığını özünəməxsusluğunu inkar edənlərin nəzəriyyəsinə tutarlı cavab sayırdı. S.Vurğun həmçinin, Üzeyir Hacıbəylinin milli çalğı alətlərindən ibarət notlu orkestr yaratmasını tarixi hadisə hesab edirdi. "Rədd olsun tar kamança!" deyən, Azərbaycan xalqını öz milli musiqi mədəniyyətindən məhrum etmək istəyən bir çox satqın xalq düşmənlərinin kütbaş nəzəriyyələrinə qarşı Üzeyir ilk dəfə milli musiqi alətlərimizin notlu orkestrini yaratdı. O, nəzəri əməli olaraq tar, kamança, tütək, yastı balaban, qoşa zurnalar vasitəsilə simfonik əsərlərin ifa olunmasını sübut etdi".

 

 

 

S.Vurğunun böyük istedad səmimiyyətlə qələmə aldığı "Böyük bəstəkar" "Eşq olsun sənətkara!" şeirləri şairin Üzeyir Hacıbəylinin şəxsiyyəti, yaradıcılığı, mədəniyyət tariximizdəki misilsiz rolu haqqında düşüncələrinin ifadəsi baxımından parlaq əsərlərdir. Təsadüfi deyil ki, xüsusən "Eşq olsun sənətkara!" şeirinin misraları, hətta bütöv bəndləri dillər əzbərinə çevrilib:

 

Budur, baxır üzümə, baxır sənətkar gözü,

Yenə gülür-danışır, nəfəs alır Üzeyir,

Süzülür qəlb evimə onun hər odlu sözü,

Rübabının səsində qanad açır min şeir.

 

O, bu gün də bizimlə addımlayır yanaşı,

"Koroğlu"dan oxuyur

yenə zəfər ordumuz.

Ey Füzuli şeirinin bir bəstəkar qardaşı,

Şöhrət tapdı adınla bizim ana yurdumuz!

 

Ölüm sevinməsin qoy!

Ömrünü vermir bada

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

 

 S.Vurğunun Üzeyir bəy haqqındakı fikir və mülahizələri həm onun böyük sənətkarın yaradıcılığına olan ehtiramını və diqqətini, həm də istedadının başqa bir tərəfini - musiqimusiqi nəzəriyyəsi haqqında geniş məlumatı olduğunu üzə çıxarır.

 

 

Aygün BAĞIRLI

Filologiya üzrə fəlsəfə doktoru,

dosent, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini

 

525-ci qəzet.- 2021.- 29 sentyabr.- S.22.