SƏN,
DƏNİZ VƏ ŞEİR
Nə vaxt, əbədiyyət, əbədiyyətdə
azadlıq, azadlıqda
xoşbəxtliyə düşünsəm,
Nazım Hikmətin o gözəl misralarını
oxuyardım.
"Motorları maviliklere
süreceğiz çocuklar..
Işıklı maviliklere süreceğiz!"
Şairin xoşbəxt uşaqları
ilə birlikdə qayığa minirəm və bir quş
kimi mavi dənizin üstündə
uçuram.
Divanu Lügati't
Türkdə "təniz"
olaraq adlandırılan
bu mavi dünya,
hansı şairi arxasınca aparmadı ki?
Tevfik Fikrət:
"Bir çocuk ruhu kadar
şimdi münevver,
lekesiz,
Uyuyor mai deniz".
Yahya Kamal:
"Yürü! Hür maviliğin bittiği
son hadde kadar!
İnsan,
alemde hayal ettiği
müddetçe yaşar".
Orhan Vəli:
"Bakakalırım giden geminin ardından
Atamam kendimi denize, dünya güzeli
Serde erkeklik var, ağlayamam!"
Yalnız onlarmı? Cahit Sıtkı, Fazıl
Hüsnü Dağlarca,
Edip Cansevər, Turqut Uyar həmişə
əbədiyyət, azadlıq
və ya dənizin mavisində sevgililərinin gözlərini
axtarmışlar. Mistik
şair Nacip Fazıl təqvim vərəqindəki şəkildən
mavi dənizi axtarır:
"Yüzüme o resimden,
Köpükler vurdu sandım.
Duymuş
gibi tıkandım,
Ciğerimde bir yosun.
Artık
beni kim
tutsun.
Denizler oldu tasam,
Yakar onu bulmazsam!"
Laçında doğulan, amma dənizin mavisində eşqin rəngini görən şair Nazim Əhmədli də, Türkiyədəki
şairlər kimi, eşqinin fəryadını dənizlə
bölüşür:
"ruhum əsir
oldu, harda,
babam diksindi, məzarda;
ürcah oldum, uzaq yurda,
sevdim, uzaq bir dənizi".
Uzaq dənizlər
əslində, əlçatmaz
arzulardır. Keşiş atası ilə
birlikdə itən Əslilər, dəyişən
və pisləşən
bir dünyada yenidən doğulmaq arzusundadırlar. Həssas
qəlbi olan şair, nəinki uzaq dənizi sevir, həm də göyə baxır, buludlarla danışır və xəyal dünyasında gələcəyin gözəl
günlərini bir bostan kimi əkir:
"göydə bulud ləliyir,
damcı-damcı çiləyir;
fələk tumu ələyir,
mən də, bostan əkirəm;"
Nədənsə, hər dəfə Nazim Əhmədlinin şeirlərini oxuyanda ağlıma alman şairi Rilke gəlir. O da, solğun və utancaq sətirləri ilə şeirlərində
şəkillərə fərqli
mənalar verirdi. Simvolik reallıq, ən sadə formada, fərqli mənaları görünən varlıqlara
aid etməkdir. Bir
çiçək, bir
uşaq və ya əsən bir külək, axan su, bir
dağ zirvəsi Rilke
və ya Nazim Əhmədli kimi şairlərin gözündə tamamilə
fərqli formalar alır:
"daşı, ağacı qara,
göyüzü para-para;
suyu çəkilib hara
bir ölü dənizi var;"
Nazim Əhmədlinin
şeirlərində zaman-zaman
xalq şeiri üslubuna yaxın şeirləri də görmək mümkündür. Onun bəzi şeirlərini oxuyanda mənə elə gəlir ki, XVII əsrin böyük şairi Qaracoğlandan oxuyuram:
"gəl gizlicə
çıxıb gedək,
bağçanızın gül yerinə;
mənə bir şeir bəstələ,
oxuyaq, bülbül yerinə;"
Sözlər öz yerindədir, axıcıdır və musiqisi ilə insanlara rəhbərlik edir. Belə sadə görünən
çətin şeirləri
yalnız ustad şairlər həyata keçirə bilərlər.
Qısa müddət əvvəl şair Nazim Əhmədlinin "Uzaq dənizi sevdim" kitabı Almaniyada nəşr olundu. Yusif Savalan
kitabdakı qırx şeirin səkkizini tərcümə etmişdir.
Qalan 32 şeiri mən tərcümə etdim və türkoloq K.H.Kielin redaktəsiylə
kitab çap olundu.
Nazim Əhmədli alman dilində nəşr olunan kitabında uzaq ölkələrdən, uzaq dənizlərdən və itkin sevdiklərindən bəhs edərkən, uşaqlıqda yaşadığı kəndin görüntüsünə diqqət çəkir. Onun hər şeirində uşaqlıq həsrətinin səsini eşitmək və görmək mümkündür. Kitabda əsasən təbiət, sevgi və mistisizm mövzusunda şeirləri olan şair Əhmədli insan ruhunu əhatə edən şeirlərində çox uğur qazanır. Şeirlərində işıq, ümid və gələcəyə inam onu bədbin bir ümidli şairə çevirir. Onda təbiətin rəngi daxili duyğularla qarışıb. Sevgi haqqında danışarkən, təbiətin daxili sistemindəki harmoniyadan daha çox simvolları nəzərdə tutur.
Şairin ana dilinə olan sevgisi yüksəkdir. Hisslərini şeirlə
ifadə edərkən
dili olduqca səlisdir. Zaman zaman yerli dildən istifadə edən şair, şeirlərinin bu şəkildə yadda qalmasını da asanlaşdırır. Bəzən bir
güllə sanki insanla danışır kimi danışır.
"Çiçəklər yetim qaldı" şeirində bir bitkinin şeirin axıcılığında özünü
necə ifadə etməsi heyrətləndiricidir:
"deyir, nə
dərdim qalıbdı,
külək bir ötüm qalıbdı;
çiçəklər yetim qalıbdı,
bulud naxır-naxır
gedir;"
Torpağın, çiçəklərin, böcəklərin və
quşların dilində
danışan şair
tez -tez gözlərini özünə
çevirir:
"bilmirəm, nədir
bu səs,
içim boşca
bir qəfəs;
min ildi, nəfəs-nəfəs,
canımı bir dərd sökür;"
Əminəm ki, alman oxucular
da Azərbaycandan gələn bu yəni melodik səsi eşidəcəklər.
Orxan
ARAS
525-ci qəzet.- 2021.- 29 sentyabr.- S.21.