Mən bir Şuşa gördüm 

 

"Şuşaya getmişdim-ədalətin, ləyaqətin, qürurun, zəfərin, igidin, şəhidin şəhərinə….

 

Sonuncu dəfə 10 yaşımda Ağdamdan Əsgəran Xankəndindən keçib burularaq dağa dırmaşan yolla getdiyim şəhərə bu dəfə igidlik qanla salınmış yeni yolla - Zəfər Yolu ilə getmişdim….Yol burula-burula müqəddəs şəhərə qalxırdı birdən o əzəmətli qaya şəhər - Şuşa göründü. Maşındakı üç nəfərin üçü eyni andaHiiiiii, ŞuşaŞuşanı gördümdedi

 

Mən düz 32 ildən sonra yenə bir Şuşa gördüm…..Bir həftədir 140-dan enməyən təzyiqim öz-özünə endi, nəfəsim genəldi, gözüm açıldı, ürəyim fərəhləndi, çünki mən bir Şuşa gördüm….

 

Mən bir Şuşa gördüməzəməti göyə ucalan qayalarda, abır-həyası başındakı dumanda saxlı

 

Mən bir Şuşa gördüm-Cıdır düzünə qalxan qayalarda DƏMİR YUMRUQ izi

 

Mən bir Şuşa gördüm - işığı yanır, iti hürür, quşları cükküldəşir, cırcıraması cırıldayır, gündüz günəşi, gecə ayı parlayır, hənirtimizi duyur, bizi havası ilə sığallayır

 

Mən bir Şuşa gördüm - Üzeyir Bəyin səsi gələn...

 

Mən bir Şuşa gördüm -29 il əvvəl dağılan yerləri kif bağlamış, azərbaycanlılara məxsus məhlələrin evlərin çoxu I Qarabağ savaşından bəri darmadağın, içincə ağac, kol-kos bitmiş, uşaq ikən həsəd apardığım kübar eyvanları yanıb kül-olmuş, çürüyüb tökülmüş...…

 

Mən bir Şuşa gördümbulaqlarının yarısı qurumuş

 

Mən bir Şuşa gördüm - alması, gavalısı, payızlıq böyürtkəni dəymiş

 

Mən bir Şuşa gördüm - yetim məzarlara qucaq açanGəlib dədə-babasının qəbrini tapa bilməyənlərin küçədə boynunu burub çarəsizcə oturduğu

 

Mən bir Şuşa gördümşəhərini, evini görməyə gələnlərin hıçqırıqlarına təsəlli verən….

 

Mən bir Şuşa gördümbaşı dik, ürəyi nisgillialnında qürur, boğazında 2907 qəhərli düyün

 

Mən bir Şuşa gördümküçələrində, divarlarında, pəncərələrində üzbəüz döyüşün izlərini saxlayan

 

Mən bir Şuşa gördüm –1524 metrlik uca zirvəsindəki bayrağımızla düşmənə dünyaya meydan oxuyan...

 

Mən bir Şuşa gördümZəfər bayrağını bu müqəddəs zirvəyə sancan ərənlərin oylağı...

 

Mən bir Şuşa gördümmisilsiz qəhrəmanlığa şahid olan, küçələrində şəhid ruhu dolaşan….

 

Mən bir Şuşa gördümiri çay daşlı küçələrinə axan şəhid qanına tumar çəkən

 

Mən bir Şuşa gördüm - Şəhid anasına bənzərqəlbi qubarlı, gözü nəmli... Dərdini udub, dərindən nəfəs alıbVətən sağ olsundeyən

 

Mən bir Şuşa gördüm - Şəhid balasına bənzərtitrəyən səsini boğubAtam qəhrəmandırdeyən

 

Mən bir Şuşa gördüm - Qulağıma pıçıldadı ki, bura gələndə öncə sükuta dalınşşş.......Şuşa Şəhid Şəhəridir...

 

 

#Shusha #QarabağAzərbaycandır"

 

Qeyd: Bu yazı müəllifin feysbuk səhifəsindən götürülüb.

 

 

- Səadət Məmmədova

 

525-ci qəzet.- 2021.- 29 sentyabr.- S.12.