Yüz minlərlə eksponatın saxlandığı Təbiət Tarixi Muzeyi  

 

Azərbaycan ərazisində qədim heyvanların çanaq sümüklərinin tapılması tropik iqlim qurşağında məskən salmış heyvanların vaxtilə ölkəmizdə yaşadığını sübut edir. 120 milyon il əvvəl okeanda yaşamış ixtiozavr balıq növləri, 25-30 milyon il əvvəl yaşamış 16 növ balinakimilər, dişli dişsiz quşlar, dəniz tısbağaları, 8-10 milyon il əvvəl yaşamış xortumlular, zürafələr, kərgədanlar, nəhəng kaftarlar, 1 milyon 500 il əvvəl yaşamış cənubi, çöl meşə filləri, nəhəng marallar, öküzlər, mastodontlar, dinoterilər, mağara şiri, bəbir, antilop qədim atlar, eləcə dünyanın ən nadir tapıntılarından biri hesab olunan Binəqədi dördüncü dövr Fauna Flora Təbiət Abidəsindən tapılmış çoxsaylı heyvan bitki qalıqları AMEA-nın Təbiət Tarixi Muzeyində saxlanılan qiymətli nümunələr arasındadır. Binəqədi  qır gölündən toplanan kolleksiya içərisində xordalılardan - 43 növ məməli, 111 növ quş, 2 növ sürünən, 1 növ suda-quruda yaşayan aşkarlanıb. Ümumilikdə isə 200-dən çox məməlilər, 250-dən çox quşlar, sürünənlərin 30 növü, suda-quruda yaşayanların 8 növü, balıqların 78 növü, böcəklərin 200-dən çox növü, 43 bitki növü, molyuskların 500-dən çox növü muzeyin zəngin kolleksiyalarında ziyarətçilərə təqdim olunur. Muzeydə saxlanılan ən qədim paleontoloji materiallardan olan Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılmış paleozoy erasının devon dövründən nümunələrin yaşı 350-400 milyon ili əhatə edir.

 

Müsahibimiz AMEA Təbiət Tarixi Muzeyinin baş direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov bu barədə məlumat verib.

 

 

 

***

 

- Təbiət Tarixi Muzeyi 1919-cu ilin avqustunda Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin təşəbbüsü ilə yaradılmış "İstiqlal" onun nəzdində 1920-ci ildə təşkil olunan Dövlət Muzeyi təbiət bölməsi kimi fəaliyyətə başlayıb. 1927-ci ildə ləğv edilən həmin muzeydəki təbiət bölməsinin bazası əsasında 1937-ci ildə Təbiət Tarixi Muzeyi yaradılıb. 1957-ci ildən isə muzey bir müddət indiki AMEA Geologiya Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 20 oktyabr 2014-cü il tarixində "Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya fauna üzrə yeni Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, AMEA nəzdində geologiya, paleontologiya, mineralogiya fauna üzrə Təbiət Tarixi Muzeyi yaradılıb. Təbiət Tarixi Muzeyi 2017-ci ildən sərbəst qurum kimi fəaliyyət göstərir.

 

Devon dövründən holosenədək olan dövrü əhatə edən orqanizmlərin kolleksiyasının qorunduğu Təbiət Tarixi Muzeyində onurğalılar faunasının təbaşir dövrü, Pirəkəşkül faunasının paleogen-neogen dövrləri, Eldar faunasının miosen dövrü, Abşeron Bakı faunasının pleystosen dövrü, Binəqədi dördüncü dövr onurğasızlar onurğalılar faunası, Azərbaycanın qədim flora fauna qazıntıları saxlanılır. Qazıntılardan başqa, muzeydə Azərbaycanın həmsərhəd ölkələrin müasir fauna nümunələri nümayiş etdirilir. Burada Azərbaycan faunasının "Qırmızı kitabı"na daxil olan nadir endemik heyvanların (ceyran, bəbir, kaftar, muflon, qızılı mabuya başqaları) müqəvvaları, skeletləri geniş şəkildə ziyarətçilərə təqdim olunur.

 

Muzeydə Zoologiya, Paleontologiya Geologiya bölmələri fəaliyyət göstərir. Zooloji bölmə faunanın onurğasızları onurğalılarından (balıqlar, suda quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Paleontoloji şöbədə müasir qazıntı halında tapılan canlılar saxlanılır. Paleontologiya bölməsinin böyük marağa səbəb olması burada nadir eksponatlar, o cümlədən, Binəqədi qır gölündən, Pirəkəşkül, Eldar oyuğu, Quşquna, Bozdaq, Qaracadan tapılmış onurğalı heyvanların skeletlərinin qalıqlarının nümayiş olunması ilə əlaqədardır. Geoloji şöbədə isə respublikamızda məlum olan filiz qeyri-filiz yataqlarından toplanılmış porfirit, bazalt, mərmər, perlit, dolomit, barit, hemotit, mis, kvars, sidorit kimi süxur mineral nümunələri nümayiş etdirilir.

 

- Muzeyin zəngin kolleksiyasında daha çox hansı əraziləri əhatə edən eksponatlara rast gəlmək olar?

 

- Təbiət Tarixi Muzeyində yüz minlərlə eksponat qorunub saxlanılır. Muzeydə saxlanılan hər bir fauna flora nümunəsi öz dövrünün xüsusiyyətlərini əks etdirir. Tapıntıların əksəriyyəti təbiət abidələrindən toplanılıb: Pirəkəşkül maykop faunası, Eldar yuxarı sarmat faunası, Quşkuna ağçaqıl faunası, Azıx mağarası, Bozdaq Qaraca pleystosen faunaları, Qobustan holosen faunası.

 

Azərbaycanda ilk dəfə 1870-ci ildə qazıntı halında tapılan ibtidai öküzün qalıqları muzeyin kolleksiyasını zənginləşdirir.

 

Burada qazıntılar zamanı tapılan heyvanların sümükləri müasir heyvanlarla müqayisə olunur, fərqlər müəyyənləşdirilir. Muzeyin əməkdaşları Balakənin Filizçay, Katex polimetal yatağından, Gədəbəyin Uğur, Köhnə Gədəbəy Qədir filiz yataqlarından, eləcə Daşkəsənin Alunit Kobalt yataqlarından aşkar etdikləri geoloji paleontoloji nümunələri muzeyin eksponatları sırasına daxil edirlər.

 

Qeyd edim ki, İkinci Qarabağ müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yaxın zamanda Kiçik Qafqaz ərazisində yerləşən Laçın, Kəlbəcər Zəngilana ekspedisiyaların təşkili nəzərdə tutulur.

 

Ümumiyyətlə, dünyanın nadir tapıntılarından olan Binəqədi dördüncü dövr fauna florası ABŞ-ın Kaliforniya ştatındakı Ranco La Brea ərazisi ilə müqayisə olunur. Lakin Ranço La Breadakı eksponatların maksimal yaşı 35 mindən başlayır. Binəqədi qır gölündə aşkar edilən fauna flora nümunələrinin isə 10 mindən 120 minədək yaşı var.

 

Lakin təəssüf ki, muzeydə qorunub saxlanılan bütün nümunələrin ziyarətçilərə təqdim olunması üçün lazımi şərait yoxdur. Kolleksiyanın böyük bir qismi hazırda anbarda saxlanılır. Həmçinin, muzeyin minlərlə kolleksiya nümunələri Binəqədi qır gölü ərazisində qorunur.

 

 

 

- Bildiyimiz kimi, Təbiət Tarixi Muzeyində paleontologiya sahəsində aparılan tədqiqatların nəticəsi olaraq toplanan nadir eksponatlar qorunur. Bu eksponatlar barədə fikirlərinizi bölüşərdiniz.

 

- Muzeydə saxlanılan ən qədim paleontoloji materiallardan olan devonların yaşı 350-400 milyon ili əhatə edir. Geoloji vaxt baxımından ən qədim eksponatlardan biri alt Təbaşir dövründə (145 mln. il öncə) dünya okeanlarında yaşamış Azərbaycan sularında fəal həyat sürmüş molyusklar tipinin nümayəndəsi belemnitlərdir. Eksponat 1974-cü ildə "SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri" sərgisinin bürünc medalına layiq görülmüşdür.

Bunlarla yanaşı, muzeydə qədim konxilofauna kolleksiyaları da nümayiş olunur: Mezozoy Yura dövründən (150-160 mln. il) təbaşir dövründən (70-120 mln. il) molyusklar tipinin üç sinfinin (qastropodlar, ikitaylılar başıayaqlılar) mindən çox nümunəsi olan kolleksiyalar.

 

Onurğalı heyvanlardan isə Dəvəçi apt çöküntülərindən (təbaşir dövrü, 120 mln. il) ixtiozavrın, Pirəkəşkül ətrafında tapılan oliqosendən (30 mln.) tapılmış qədim yalançı dişli quşların əsl quşların, eyni ərazidən oliqosen miosendə yaşayan çox qədim dişli dişsiz  balinalar delfinlər (15 növü) muzeyin müvafiq vitrinlərində öz yerini tapmışdır.

 

- Qeyd etdiyiniz kimi, ölkəmizin ərazisində aparılan qazıntılar nəticəsində tapılan sümüklərin əksəriyyəti muzeydə nümayiş etdirilir öyrənilir. Son illərdə aparılan tədqiqatlara əsasən, hansı heyvanların vaxtilə ölkəmizdə yaşadığı sübut olunub?

 

- Azərbaycan bitkiheyvan növlərinin geniş yayılması baxımından olduqca zəngin təbiətə malikdir. Ekspozisiyalarda ölkəmizin zəngin təbii sərvətləri yer alır. Tədqiqatlar nəticəsində Azərbaycanda 4 növ zürafənin yaşadığı məlum olub. Ölkəmizdə yaşamış kaftarlar isə müasir şirlərdən dəfələrlə daha nəhəng olublar.

 

Muzeyin vitrinlərində Xəzər dənizində yaşayan balıqların, ilk növbədə, nərəkimilər dəstəsindən olan bölgə, qaya balığı, nərə və uzunburun balıqların müqəvvaları və müasir balıqların eksponatları yer alıb. Azərbaycanda yaşamış 16 növ balinakimilərin sonuncusu 6-7 milyon yaşı olan sarmat balinasıdır. 30 milyon yaşı olan tuna balığı, 120-200 milyon yaşı olan dəniz kirpilərinin qalıqları da muzeydə qorunub saxlanılır.

 

Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycanın Xəzər akvatoriyasında 1971-2020-ci illərdə aparılan ekolojimorfoloji monitorinq nəticəsində Abşeron yarımadasının şimal sahilinə atılmış  Xəzər suitisi cəsədlərinin say dinamikası və ümumilikdə Xəzərdə suiti sayı arasında korrelyasiya təsdiq edilib. Bu dinamika Xəzərdə suiti saylarının indikatorudur. Bundan başqa, muzeyin əməkdaşları Xəzər suitisinin qorunması məqsədilə İngiltərə hökumətinin "Darvin" qrant təşəbbüsü layihəsində fəal iştirak edir və Azərbaycanda bu layihəyə rəhbərlik edirlər.

 

Onu da qeyd edim ki, Azərbaycanın əksər bölgələrindən tapılan arxeoloji materiallar Təbiət Tarixi Muzeyinə gətirilir. Onların arasında paleontoloji və təbii dəyişikliklər əsasında müxtəlif canlıların skeletləri və bitki örtüyünün qalıqları daha çoxdur. Son zamanlar aparılan tədqiqatlar əsasında meşə fili, nəhəng ibtidai öküz, nəhəng maralın əcdadı, iki yeni növ kərgədanın vaxtilə Azərbaycanda yaşadığı məlum olub. Muzeydə 100-150 il bundan öncə çap olunmuş kitabların saxlanıldığı kitabxana da fəaliyyət göstərir.

 

Nərgiz QƏHRƏMANOVA,

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant

 

525-ci qəzet.- 2021.- 30 sentyabr.- S.16.