Yeni Azərbaycan Partiyası “Vahid Rusiya” Partiyasına etiraz məktubu ünvanlayıb
Yeni Azərbaycan Partiyası Rusiya Dövlət Dumasının üzvü
V.Milonovun Azərbaycana
qarşı qərəzli
çıxışları ilə əlaqədar “Vahid Rusiya” (Åäèíàÿ Ðîññèÿ) Partiyasına etiraz məktubu ünvanlayıb.
Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyasından məlumat verilir.
Məktubda deyilir: “Bu günlərdə
Rusiya Federasiyasının
Dövlət Dumasının
“Vahid Rusiya” Partiyasından olan üzvü Vitaliy Milonov bir sıra
erməni və Rusiya mediasına müsahibəsi zamanı Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr səsləndirərək,
açıq-aşkar qərəzli
mövqe və nifrət sərgiləyib.
Qeyd edilib
ki, 44 günlük Vətən müharibəsi
dövründə də
V.Milonovun Azərbaycan
Respublikasının Dağlıq
Qarabağ bölgəsinə
qeyri-qanuni səfəri
Azərbaycan ictimaiyyətində
ciddi narazılıq doğurmuş, onun adı haqlı olaraq Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar
siyahısına daxil edilmişdir.
Görünən odur ki,
V.Milonov özünün
səhvlərindən nəticə
çıxarmayaraq, Dumanın
hakim partiyadan olan digər üzvü K.Zatulinin Azərbaycana qarşı sərgilədiyi
qərəzli mövqeyini
daha aqressiv şəkildə davam etdirməkdədir”.
YAP-ın “Vahid Rusiya” Partiyasına
etiraz məktubunda daha sonra bildirilir:
“Yeni Azərbaycan Partiyası Dövlət Dumasının üzvü
V.Milonovun ölkəmizə
qarşı təxribatçı
davranışını və
təhqiramiz çıxışlarını
qətiyyətlə pisləyir
və qeyd etməyi lazım bilir ki, bu
cür hallar Azərbaycanla Rusiya arasındakı dostluq münasibətlərinin ruhuna
tamamilə ziddir. Şübhə yoxdur ki, onun hərəkətləri
Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında
əldə olunmuş,
regionda sülhə və inkişafa yeni imkanlar açan
razılaşmalara kölgə
salmaq məqsədi daşıyır.
Dövlət Dumasında hakim “Vahid Rusiya” Partiyasını təmsil edən V.Milonovun və K.Zatulinin Azərbaycana qarşı gizlədilməyən
qeyri-dost münasibəti
bizdə təəssüf
doğurur. Onların məsuliyyətsiz bəyanatları ikitərəfli
qaydada və beynəlxalq təşkilatlar
çərçivəsində sıx əməkdaşlıq edən
partiyalarımızın xoş
münasibətləri ilə
bir araya sığmır.
Ümid edirik ki,
“Vahid Rusiya” Partiyası və onun parlament fraksiyası partiyanın Rusiya Federasiyasının Dövlət Dumasındakı
təmsilçilərinin gələcəkdə
Azərbaycan Respublikasına
qarşı bu cür düşünülməmiş
və qərəzli bəyanatlar səsləndirməməsi
üçün müvafiq
tədbirlər görəcəkdir”.
Azərbaycan. - 2021.- 29 yanvar.- S.1.