Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı
inzibati xətalar haqqında işlər üzrə protocol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 3 may tarixli
1361 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 5, maddə 765, ¹ 9, maddə
1650, ¹ 10, maddə 1789, ¹ 12 (I kitab), maddələr 2314,
2321; 2018, ¹ 1, maddə 54, ¹ 2, maddələr 200, 219, ¹ 3, maddələr
416, 430, 448, ¹ 5, maddələr 916, 919, ¹ 6,
maddə 1243, ¹ 9, maddələr
1828, 1840, ¹ 11, maddələr 2274, 2289, ¹ 12
(I kitab), maddələr
2540, 2587, 2601; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 216, ¹ 3, maddə
431, ¹ 4, maddə 620, ¹ 5, maddələr
819, 824, 835, 866, ¹ 7, maddə 1221, ¹ 8, maddə
1388, ¹ 10, maddələr 1581, 1587, ¹ 11, maddələr 1700, 1710; 2020, ¹ 3, maddə 252, ¹ 5, maddələr
538, 564, ¹ 6, maddələr 710, 714, ¹ 7, maddələr 865, 880, ¹ 8, maddə
1032; Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 12
noyabr tarixli 1176 nömrəli və 30 dekabr tarixli 1222 nömrəli fərmanları)
ilə təsdiq edilmiş “Rayon (şəhər)
məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın
18-1-ci hissəsində “bölmələrin
rəhbərləri” sözləri
“bölmənin rəhbəri,
onun müavini, sektor müdiri, baş məsləhətçi,
böyük məsləhətçi,
aparıcı məsləhətçi,
məsləhətçi” sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28
yanvar 2021-ci il
Azərbaycan. - 2021.- 29 yanvar.- S.2.