Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə
Azərbaycanda 650 min ağacın əkilməsi
aksiyası İspaniyada
mükafata layiq görülüb
“LG
Electronics” şirkətinin
İspaniya üzrə
baş ofisinin Madrid şəhərində
yerləşən mənzil-qərargahında
ətraf mühitin qorunmasına töhfə vermiş ölkələrin
mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər
verir ki, “LG Electronics” şirkətinin
İspaniya üzrə
baş ofisi Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
2019-cu ildə Azərbaycanda
elan olunmuş “Nəsimi ili” çərçivəsində bir gündə 650 min ağacın əkilməsi aksiyasını
yüksək qiymətləndirərək, buna
görə ölkəmizi
mükafata layiq görüb. Təşkilatçılar
Azərbaycan tərəfindən
planetimizin yaşıllaşdırılmasına
və karbon-dioksid qazının həcminin azaldılmasına verilən
töhfəni təqdir
ediblər.
Sözügedən mükafatı ölkəmiz
adından qəbul edən səfir A.Məhərrəmov mükafata
görə “LG Electronics”
şirkətinin İspaniya
üzrə baş ofisinin prezidenti Xayme de Xaraisə
təşəkkür edib.
O, respublikamızda ətraf
mühitin, fauna və flora ehtiyatlarının
qorunmasının əsas
prioritet istiqamətlərdən
biri olduğunu qeyd edib. Tədbirin
təşkilatçılarına və iştirakçılara
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
ölkəmizdə bu
sahədə həyata
keçirilən layihə
və aksiyalar barədə ətraflı
məlumat verilib. Bu nəcib aksiyaların
qlobal iqlim dəyişikliyinin təsirlərinin
azaldılmasına, ölkəmizdə,
eyni zamanda, dünyada yaşıllığın
artmasına verdiyi əhəmiyyətli töhfədən
bəhs edilib.
Mehriban
Əliyevanın təşəbbüsü
ilə Heydər Əliyev Fondu tərəfindən hələ
2007-ci ildən etibarən
ölkəmizdə ətraf
mühitin mühafizəsi
məqsədilə “Hərəmiz
bir ağac əkək!” aksiyasının
həyata keçirilməyə
başlandığı qeyd
olunaraq, sözügedən
layihə çərçivəsində ölkə ərazisində
bir milyondan çox yeni ağacın əkildiyi diqqətə çatdırılıb.
Respublikamızda
ətraf mühitin qorunması ilə bağlı geniş məlumatlandırma
kampaniyası aparan, Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci
ildə fəaliyyətə başlamış IDEA (Ətraf
Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq)
İctimai Birliyinin ölkəmizin
yaşıllaşdırılmasında əhəmiyyətli
rolundan bəhs olunaraq, IDEA-nın BMT-nin Ətraf Mühit
Proqramı (UNEP) ilə birlikdə “Yaşıl həftə” təşəbbüsünün
uğurla həyata keçirildiyi, IDEA tərəfindən
müxtəlif ölkələrdən olan gənc
ekoloqların şəbəkələşməsinin təmin
edildiyi diqqətə çatdırılıb.
Tədbir zamanı Çili və Çex Respublikası da ətraf mühitin qorunmasına verdikləri töhfəyə görə
müvafiq mükafata layiq görülüblər.
Azərbaycan. - 2021.- 29 yanvar.- S.3.