Vətən müharibəsi zamanı mülki əhaliyə dəymiş ziyan aradan qaldırılır

 

 

 

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən bir sıra şəhər rayon mərkəzlərimizi  artilleriya ballistik raket atəşinə tutaraq insanlıq əleyhinə cinayətlər törətmişdir.

Nəticədə mülki əhali arasında çoxsaylı tələfatla yanaşı, mülki obyektlərə, fərdi yaşayış evlərinə infrastruktura xeyli ziyan dəymişdir.

Dəymiş ziyanın qiymətləndirilməsi qısa vaxt ərzində aradan qaldırılması məqsdilə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış dövlət komissiyası 11 şəhər rayon ərazisində 1000-dən artıq obyektə baxış keçirmiş, qiymətləndirmə təmir-tikintinin ilkin planlaşdırılması işlərini aparmışdır.

Həmin ərazilərdən biri Gəncədir. Oktyabrın 11-də ilk raket zərbəsinə məruz qalan şəhərdə çoxsaylı insan tələfatı olmuş, körpələr atasız-anasız, insanlar evsiz-eşiksiz qalmışlar. Təəssüflər olsun ki, dünya ictimaiyyəti bu cinayətə lazım olan reaksiyanı verməmişdir. Nəticədə Ermənistan ikinci dəfə bu vandal hərəkətini təkrar etmişdir. Oktyabrın 17-də gecə saatlarında Gəncə yenidən raket atəşinə tutulmuş, ikisi azyaşlı olmaqla 14 nəfər həlak olmuş, 50-dən artıq dinc əhali xəsarət almışdır.

Dövlət bu dəfə ziyan dəymiş insanların yanında olmuşdur. Evləri dağılmış mülki əhali müvəqqəti sığınacaqla təmin edilərək, onlara kompensasiya ödənilmişdir. Bu günlərdə isə dağılmış evlərin bərpası istiqamətində işlərə başlanılmışdır. Dövlət başçısının müvafiq sərəncamına əsasən, Gəncədə Ermənistanın təcavüzü nəticəsində zərər çəkmiş infrastrukturun, sahibkarlıq obyektlərinin, eləcə yaşayış evlərinin bərpasına start verilmişdir.

İlkin mərhələdə şəhərə atılan ballistik raketlər nəticəsində dağılmış ərazilərdə təmizləmə işləri həyata keçirilir. Biz şəhərin Muxtar Hacıyev küçəsində olarkən dağıntıların aradan qaldırılması işləri ilə tanış olduq. İnşaat mühəndisi Murad Tapdıqlı ilə söhbət zamanı məlum oldu ki, artıq 3-4 gündür ərazidə təmizləmə işləri aparılır. Ərazi dağıntılardan təmizləndikdən sonra evlərin tikintisinə başlanacaqdır. Tikintiyə lazımi qədər texnika işçi qüvvəsi cəlb olunub. Layihəyə əsasən burada 1, 2 3 otaqlı evlər inşa ediləcək.

Qeyd edək ki, Gəncədə dağılmış 24 fərdi yaşayış evinin bir neçə çoxmənzilli yaşayış binasının yenidən tikilməsi, 1598 təmir bərpa kateqoriyasına aid olan evin təmiri nəzərdə tutulur.

 

 

 

Sabir ƏLİYEV,

 

Azərbaycan. - 2021.- 29 yanvar.- S. 5.